Dünyada 700 milyon insan gündə 2,15 dollardan az gəlirlə yaşayır
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
2024-cü ildə dünyada təxminən 700 milyon insan gündə adambaşına 2,15 dollardan az gəlirlə yaşayaraq “son dərəcə yoxsul” sayılır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dünya Bankı məlumat yayıb.
Məlumata görə, BMT 17 oktyabrı Ümumdünya Yoxsulluğun Aradan Qaldırılması Günü kimi qeyd edir və builki mövzu “Ailələrə hörmət və effektiv dəstək göstərməklə sosial və institusional pis rəftara son qoymaq” adlanır.
Hesabatlara əsasən, COVID-19 pandemiyası və sonrakı böhranlar son onilliklərdə qlobal yoxsulluğun ən böyük artımına səbəb olub.
Belə ki, dünyada təxminən 3,5 milyard insan gündə 6,85 dollardan az gəlirlə yaşayır.
BMT 2030-cu ilə qədər yoxsulluğun bütün formalarının aradan qaldırılmasını davamlı inkişafın əsas məqsədlərindən biri kimi müəyyən edib.
Əli Hüseynov
Baxış sayı:30
Bu xəbər 16 Oktyabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















