2,8 milyarddan çox insan gündə 2,15 dollarla yaşayır
Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Son illərdə dünyada iqtisadi və texnoloji inkişaf sürətlənsə də, bu irəliləyiş insanların həyat məmnunluğunda eyni dərəcədə hiss olunmur.
Gəlir bərabərsizliyi, işini itirmək qorxusu, maddi çətinliklər və gələcəyə inamsızlıq bir çox insanın gündəlik həyatına təsir edir.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının 2025-ci ildə açıqladığı Dünya Sosial Hesabatında insanların həyat şəraiti və gələcəyə münasibəti ilə bağlı diqqətçəkən göstəricilər yer alıb. Hesabatda istinad edilən “Gallup” sorğusunun nəticələrinə görə, dünya üzrə respondentlərin 60 faizi həyatında çətinlik çəkənlər, 12 faizi isə ağır vəziyyətdə olanlar qrupuna daxil edilib.
Hesabatda qeyd olunur ki, dünyada 2,8 milyarddan çox insan gündəlik 2,15–6,85 dollar gəlirlə yaşayır. Bu isə dünya əhalisinin üçdə birindən çoxunun iqtisadi baxımdan həssas vəziyyətdə olduğunu göstərir. Gözlənilməz xərc, iş itkisi və ya digər iqtisadi çətinliklər belə insanların daha ağır yoxsulluq vəziyyətinə düşməsinə səbəb ola bilər.
Araşdırmada işsizlik qorxusu da diqqət çəkən problemlərdən biri kimi göstərilir. Dünya əhalisinin təxminən 60 faizi işini itirəcəyi və yeni iş tapa bilməyəcəyi ilə bağlı narahatlıq keçirir. Bundan başqa, dünya əhalisinin yarıdan çoxunun öz hökumətinə etimadı aşağıdır və ya ümumiyyətlə, yoxdur. Hesabat müəllifləri hesab edir ki, iqtisadi bərabərsizlik, sosial təminatsızlıq və etimadın azalması cəmiyyətlərdə parçalanmanı gücləndirir.
BMT mütəxəssisləri bu problemlərin aradan qaldırılması üçün sosial bərabərliyin gücləndirilməsini, iqtisadi təhlükəsizliyin təmin olunmasını və cəmiyyətdə həmrəyliyin artırılmasını vacib hesab edirlər.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 30 Oktyabr 2026 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















