Icma.az
close
up
RU
Dünyada ağcaqanad olmayan yeganə ölkə

Dünyada ağcaqanad olmayan yeganə ölkə

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

İsti yay günlərində hər kəsin kabusuna çevrilən ağcaqanadlar milyonlarla insanın həyatını çətinləşdirir. Halbuki dünyada bir ölkə var ki, qanımızı əmən bu uçan həşəratlardan tamamilə azaddır. Və bu heç də təsadüfi deyil…

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Şimali Atlantikada yerləşən İslandiya təkcə möhtəşəm təbiəti ilə deyil, həm də ağcaqanadların heç vaxt görülmədiyi nadir bölgələrdən biri olması ilə diqqət çəkir.

Ölkədə yaşayan sakinlər və turistlər yay aylarında belə ağcaqanad sancmasından narahat olmadan açıq havada əylənə bilirlər.

Alimlərin fikrincə, bunun ən mühüm səbəbi İslandiyanın özünəməxsus iqlimidir. Ölkədə tez-tez baş verən donma və ərimə dövrləri ağcaqanad sürfələrinin inkişafına mane olur. Ağcaqanadların çoxalması üçün durğun suda müəyyən temperaturlara ehtiyacı olsa da, İslandiyada bu şərtlər heç vaxt tam olaraq baş vermir.

İslandiyada su ehtiyatları yay və qış aylarında temperaturun dəyişməsindən asılı olaraq daim donur və əriyir. Bu dəyişiklik sürfələrin yumurtadan çıxmasına və ya sağ qalmasına imkan vermir. Mütəxəssislər bu səbəbdən ağcaqanadların İslandiyada yaşaya bilməyəcəyini deyirlər.

Ağcaqanadsız bölgələrdən biri də Antarktidadır… Lakin -60 dərəcəyə çatan hava şəraiti səbəbindən burada insan həyatı demək olar ki, mümkün deyil. İslandiya həm yaşana bilən iqlimi, həm də inkişaf etmiş infrastrukturu ilə ağcaqanadsız həyatın mümkün olduğu nadir nümunə kimi diqqəti çəkir.

Qlobal iqlim dəyişikliyi səbəbindən ağcaqanadların yayılma sahəsi hər il genişləndikcə, İslandiya kimi “ağcaqanadsız bölgələr” elm adamlarının xüsusi marağına səbəb olur. Tədqiqatçılar bu coğrafi üstünlüyün iqlim dəyişikliyi qarşısında nə qədər davamlı olduğunu anlamağa çalışırlar.

Günel

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:203
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 İyul 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see313

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see304

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see287

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see271

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see264

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see253

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see221

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see220

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see214

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see210

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see205

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see203

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see197

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see195

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see192

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see191

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see188

İstanbulda Kızılelma yolunda Türkiyə Azərbaycan arası əməkdaşlıq və ticarətin inkişafı proqramı düzənləndi

17 Oktyabr 2026 21:18see182

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see166

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri