Icma.az
close
up
RU
Dünyada ağcaqanad xəstəliyi yayılır Ölümcüldür

Dünyada ağcaqanad xəstəliyi yayılır Ölümcüldür

Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Avropanın bir sıra məşhur turizm ölkələrində ağcaqanadların yaydığı təhlükəli viruslara yoluxma halları artır. Həkimlər xəbərdarlıq edirlər ki, bu infeksiyalardan bəziləri sinir sistemini zədələyə, iflicə, beyin iltihabına və hətta ölümə səbəb ola bilər.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ən riskli ölkələr sırasında İtaliya, Fransa, İspaniya, Portuqaliya, Yunanıstan, Rumıniya və Şimali Makedoniya yer alır.

Mütəxəssislər bildirirlər ki, son vaxtlar müşahidə olunan anomal isti hava ağcaqanadların sürətlə çoxalması üçün əlverişli şərait yaradıb.

Hansı viruslar təhlükə yaradır?

Həkimlərin sözlərinə görə, hazırda ən çox narahatlıq doğuran infeksiyalar bunlardır: Qərbi Nil virusu, denge qızdırması, çikunqunya qızdırması.

Əksər yoluxanlarda xəstəlik yüngül keçir və ya heç bir əlamət vermir. Lakin bəzi hallarda meningit, ensefalit, beyin zədələnməsi, güclü oynaq ağrıları, görmə pozğunluğu, iflic və ölüm kimi ağır fəsadlar yarana bilər.

Xüsusilə qərbi nil virusu ilə bağlı vəziyyət narahatlıq doğurur. Avropa mətbuatının məlumatına görə, təkcə İtaliyada bu mövsüm virus səbəbindən artıq onlarla ölüm halı qeydə alınıb.

İqlim dəyişikliyi riski artırır

Barselonada fəaliyyət göstərən professor Reyçel Lou bildirib ki, iqlim dəyişikliyi nəticəsində yaranan qlobal istiləşmə xəstəlik daşıyan ağcaqanadların yeni ərazilərə yayılmasına şərait yaradır.

Onun sözlərinə görə, malyariya, denge və digər infeksiyaları yayan həşəratlar əvvəllər rast gəlinməyən bölgələrdə də məskunlaşa bilir. Bu isə həmin ərazilərdə yaşayan insanların immunitetinin olmaması və səhiyyə sisteminin belə hallara tam hazır olmaması səbəbindən riski daha da artırır.

Professor hesab edir ki, yay mövsümünün daha uzun və isti keçməsi gələcək illərdə bu virusların daha geniş yayılmasına səbəb olacaq.

Turistlər necə qoruna bilər?

Həkimlər yay tətilinə gedənlərə ağcaqanad sancmalarından maksimum qorunmağı tövsiyə edirlər.

Bunun üçün repelentlərdən istifadə etmək, axşam saatlarında uzunqollu geyimlər geyinmək, pəncərə və qapılarda ağcaqanad torlarından istifadə etmək, həmçinin durğun su olan ərazilərdən uzaq durmaq məsləhət görülür.

Mütəxəssislər bildirirlər ki, istirahətdən qayıtdıqdan sonra yüksək hərarət, güclü baş ağrısı, dəri səpgisi və ya oynaq ağrıları yaranarsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır. Erkən diaqnoz ağır fəsadların qarşısını almaqda mühüm rol oynayır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://lent.az
archiveBu xəbər 10 İyul 2026 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri