Icma.az
close
up
RU
Dünyada ajiotaj: Dollar almağa başlayıblar

Dünyada ajiotaj: Dollar almağa başlayıblar

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın əsas ticarət tərəfdaşlarına, Kanada və Meksikadan idxal olunan məhsullara 25 faiz, Çindən idxal edilən məhsullara isə 10 faiz tarif tətbiq etməsi bazarlarda ciddi dalğalanmalara səbəb olub. 

"Cebheinfo.az" "Reuters"-ə istinadən bildirir ki, artıq investorlar dollar almağa üstünlük verərək, səhmləri satmağa başlayıblar.

Tariflərin mənfi təsiri təkcə Kanada, Meksika və Çin ilə məhdudlaşmayıb, həmçinin kriptovalyutalara, səhmlərə və hətta ənənəvi “təhlükəsiz liman” hesab edilən Yaponiya yeninə də təsir edib. ABŞ dolları güclənərkən, investorlar digər aktivlərdən uzaq durmağa başlayıblar.

ABŞ Federal Ehtiyat Sisteminin (FED) bu qeyri-müəyyən mühitə necə reaksiya verəcəyi də sual altındadır. 

Trampın “ticarət müharibəsi”nin başlamasını elan etdiyini deyən “RBC Capital Markets”-in Asiya valyutaları üzrə baş strateqi Elvin Tan ABŞ dollarının yaxın zamanda zəifləyəcəyini gözləmir.

Bildirilib ki, bazar ertəsi avro 1,3 % ucuzlaşıb, Kanada dolları isə son 20 ilin ən aşağı səviyyəsinə düşüb. Çin yuanı ofşor ticarətdə dəyər itirib, neft bahalaşıb, metallara isə tələbat azalıb. ABŞ fond bazarı da təzyiq altındadır, indekslər təxminən 2 % geriləyib.

Çin isə Dünya Ticarət Təşkilatına şikayət etməyə və Trampın bu qərarına adekvat cavab tədbirləri görməyə hazırlaşır. 

Çin rəsmiləri bildiriblər ki, tariflər əslində ABŞ-də inflyasiyanı artıracaq və qlobal iqtisadi artıma mənfi təsir göstərəcək.

ABŞ Prezidenti tarifləri əsasən miqrasiya və narkotik qaçaqmalçılığı, xüsusən də fentanil maddəsi ilə əlaqələndirərək, Kanada, Çin və Meksikanın daha sərt tədbirlər görməsini tələb edir. Çin və Meksika isə bildiriblər ki, bu, ABŞ-nin daxili problemidir.

Dollar yüksəlir, Avropanın fond birjalarında səhmlər və avro ucuzlaşır, kriptovalyutalar çökür, Asiyanın fond birjalarında isə səhmlər treyderlər riskdən qaçdıqca ucuzlaşır. Hazırda bazarlarda qeyri-müəyyənlik davam edir. 

Mütəxəssislər bildirirlər ki, tariflərin iqtisadi təsiri onların nə qədər müddət qüvvədə qalacağından və Trampın strateji məqsədlərindən asılı olacaq.

"Bu cür genişmiqyaslı tariflər adətən uğursuz olur", - deyə “Cherry Lane Investments”-in tərəfdaşı Rik Mekler bildirib.

İnvestorlar isə tariflərin tezliklə ləğv olunacağına və ya ABŞ-nin ticarət tərəfdaşları ilə razılaşmaya gələ biləcəyinə ümid edirlər. Hələlik investorlar iqtisadi risklərdən qaçaraq dollar və ABŞ dövlət istiqrazlarını almağa üstünlük verirlər.

Səbinə Uğur
"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:151
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Fevral 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri