Icma.az
close
up
RU
Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir?

Dünyada dollar sürətlə bahalaşır: Manatı nə gözləyir?

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ dolları əsas dünya valyutalarına nisbətdə son iki ilin ən yüksək həddinə çatıb - dollar indeksi (DXY) 10 noyabr 2022-ci ildən bəri ilk dəfə 110 bəndi keçib.“Goldman Sachs” analitiklərinə görə, cari ildə dolların 5 faiz artacağı və avrodan daha baha olacağı gözlənilir. Bu, sonuncu dəfə 2022-ci ildə baş verib. Ekspertlər bildirir ki, Trampın birinci prezidentliyi dövründə də dollar oxşar davranış nümayiş etdirib. Dollar bahalaşır, bəs manatın aqibəti necə olacaq?

 Bu barədə  Moderator.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib ki, bir neçə gün sonra Donald Tramp ABŞ-ın 45-ci prezidenti olaraq öz səlahiyyətlərinin icrasına başlayacaq:

“Amerika iqtisadiyyatı stabilləşməyə doğru gedir və dolların məzənnəsi təbii ki, digər valyutalara nisbətən daha da dəyər qazanır. Baş verən dəyişikliklər FED- in qərarına da təsir göstərəcək və bu dolların digər valyutalara nisbətən mövqelərinin daha da güclənməsi ilə nəticələnəcək. Dolların bahalaşması  və onun alıcılıq qabiliyyətinin yüksəlməsi digər valyutalardan da yan keçməyəcək. Azərbaycanda sərbəst məzənnə tətbiq olunarsa və monetar siyasətdən sərbəst monetar siyasətə keçid olarsa, o zaman dolların bahalaşması Azərbaycan manatına da  təsir göstərəcək. Hazırda dolların məzənnəsi milli valyutaya nisbətən tənzimləmə vəziyyətindədir və  baş verən  iqtisadi dəyişikliklər milli valyutaya hər hansı bir təsir göstərmir. O baxımdan mövcud durum davam edərsə, dolların güclənməsi məzənnəsinin dəyişməsinə təsir göstərməyəcək. Yox, əgər Azərbaycan hökuməti analoji qərar qəbul etsə və manatın kursunu sərbəst üzən tipə keçirərsə, o zaman manatın ABŞ dollarına nisbəti fərqli bir rəqəmlə ifadə olunacaq və sərbəst üzən valyuta məzənnəsi ilə indiki dövrdən müəyyən qədər fərqlənəcək”.

İqtisadçı ekspert diqqətə çatdırıb ki, dünya iqtisadiyyatının əsas məzənnəyə təsir imkanları, yerli istehsal, valyuta ehtiyatları və qızıl ehtiyatları ilə əlaqədardır:

“Bu istiqamətdə son illər Azərbaycan valyuta ehtiyatları artır. Azərbaycan  xammal iqtisadiyyatından istehsala əsaslanan iqtisadiyyata keçid edir. Belə bir şəraitdə, əgər 10 il əvvəlki kimi manatın kursu sərbəst buraxılsaydı, bu, daha ciddi və faciəvi nəticələrə səbəb ola bilərdi. Lakin hazırkı dövrdə bu cür bir addımın təsiri o qədər də ciddi olmayacaq. Bu addım yenə də ölkə iqtisadiyyatında müəyyən çaxnaşma yarada bilər”.

İqtisadçı hesab edir ki,  sərbəst üzən kursa keçmək hələ tezdir:

 “İndiki monetar siyasət, yəni dövlət tərəfindən intizabti qaydada manatın kursunun tənzimlənməsi davam etdirilməlidir. O vaxta qədər ki, Azərbaycan iqtisadiyyatı sərbəst kursa keçid zamanı milli valyutanın qorunması üçün kifayət qədər resurslara malik olsun. Hələ ki, resurslar mövcud deyil”.

Mehin Mehmanqızı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Yanvar 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see368

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see353

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see312

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see278

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see261

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see228

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see218

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see215

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see213

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see199

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see193

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see183

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see182

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see181

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see181

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see177

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see176

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see176

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri