“Dünyada artıq hüququn gücü yox, gücün hüququ işləyir” ŞƏRH
Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Artıq dünya birliyində köklü dəyişikliklərin baş verdiyini açıq şəkildə görürük. ABŞ-ın Venesuelaya qarşı sərt addımları, Prezident Maduronun həbsi ilə bağlı təzyiqlər onu göstərir ki, Vaşinqton yeni qlobal strategiya üzərində işləməyə başlayıb. Çünki mövcud beynəlxalq nizam artıq fəaliyyət göstərmir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Tofiq Abbasov deyib.
O bildirib ki, İkinci Dünya müharibəsindən sonra formalaşan, Yalta konfransından qaynaqlanan dünya düzəni öz missiyasını başa vurub:
“ABŞ, SSRİ və Avropa dövlətlərinin qurduğu bu sistem müasir çağırışlara cavab vermir. Hazırda isə yeni dünya nizamı ağrılı və gərgin proseslə formalaşır. Tarix göstərir ki, belə düzənlər adətən müharibələr, çevrilişlər və daxili qarışıqlıqlar fonunda yaranır. Bu gün dünyada yüzdən çox münaqişə ocağı mövcuddur. Dövlət çevrilişləri, daxili işlərə müdaxilələr və regional qarşıdurmalar artıq klassik müharibələrin alternativ formasıdır. ABŞ açıq şəkildə Monro doktrinasına qayıtdığını bəyan edir və Qərb yarımkürəsində əsas söz sahibi olmaq niyyətini gizlətmir. Hazırda ABŞ, Rusiya və Çin öz təsir dairələrini müəyyənləşdirir. Bu prosesdə Avropa, xüsusilə Böyük Britaniya çətin vəziyyətdə qalıb. Ukrayna müharibəsi də əslində Rusiya ilə Qərb arasında gedən geopolitik mübarizənin nəticəsidir və bu qarşıdurmanın əsas qurbanı Ukrayna xalqıdır”.
O deyib ki, BMT isə formal mövcudluğunu qorusa da, real təsir imkanlarını faktiki olaraq itirib:
“Dünyada artıq “hüququn gücü” yox, “gücün hüququ” işləyir. ABŞ da bu reallıqdan açıq şəkildə istifadə edir. Venesuelaya müdaxilə təsadüfi deyil. Burada əsas məqsəd enerji mənbələrinə nəzarətdir. ABŞ-ın İran, Venesuela, Nigeriya və Latın Amerikası ölkələri ilə bağlı siyasəti də bunu təsdiqləyir. Gələcəyin qlobal arxitekturasını iki əsas faktor müəyyən edəcək: enerji resursları və süni intellekt. Süni intellektin inkişafı isə böyük həcmdə enerji tələb edir. Bu səbəbdən “yaşıl enerji” ilə bağlı səslənən bəyanatlar hələlik real təminat yaratmır. Ənənəvi enerji mənbələri — neft və qaz hələ uzun müddət əsas rol oynamağa davam edəcək. Dünya yeni və sərt bir mərhələyə daxil olur. Qarşıdurmalar, toqquşmalar və müharibələr hələ bitməyəcək. Tarix boyu olduğu kimi, yeni dünya nizamı yenə də ağır və qanlı proseslərdən sonra formalaşacaq”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Bu mövzuda digər xəbərlər:“Dünyada gücün hüququ var, hüququn gücü yoxdur!”
08 Yanvar 2026 17:15
Hüququn gücü, gücün hüququ...
08 Yanvar 2026 15:50
Hadisələrin arxasında: Gücün hüququ, yoxsa hüququn gücü?
06 Yanvar 2026 17:22
Artıq beynəlxalq hüquq işləmir, gücün hüququ işləyir RƏY
19 Noyabr 2024 10:34
“Dünya “hüququn gücü“ndən “gücün hüququ“na keçir“ Ramiz Yunus
13 Yanvar 2026 18:58
Baxış sayı:48
Bu xəbər 16 Yanvar 2026 14:13 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları