Icma.az
close
up
RU
Hüququn gücü, gücün hüququ...

Hüququn gücü, gücün hüququ...

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Prezident İlham Əliyev yerli televiziyalara müsahibəsində belə bir fikir irəli sürüb ki, hazırkı dünyada kim güclüdür, o da haqlıdır.

Prezident deyib: ".. Bugünkü dünyada beynəlxalq hüquq deyilən məsələ yoxdur. Bunu hər kəs gərək unutsun. Güc var, əməkdaşlıq var, müttəfiqlik var, qarşılıqlı dəstək var. Təbii ki, sən gərək özün əmin olasan ki, haqq yolundasan".

Təbii ki, Azərbaycan Prezidenti bunu təəssüf hissi ilə deyir. Eyni zamanda reallıq hissi ilə.

O, beynəlxalq hüququn, necə deyərlər, "hüquqsuz" duruma düşməsindən daxilən də narahatdır. Çünki Azərbaycan öz problemlərini həll edəndə də, dünya birliyində öz yerini müəyyənləşdirib, o yeri tutanda da məhz beynəlxalq hüquqa əsaslanırdı. Başqa dövlətlərlə, istər subregional, istər regional, istər qlobal aktorlarla ikitərəfli və çoxtərəfli münasibətlərini qurarkən, inkişaf etdirərkən, həmişə beynəlxalq hüquq normalarını əsas götürüb. İstər ikitərəfli, istər çoxtərəfli razılaşnalarla, eləcə də, beynılxalq konvensiyalarla üzərinə götürdüyü öhdəliklərə əməl edir, bu çərçivədə öz işini qurur. Ancaq reallıq da budur ki, Prezidenti də Yeni il bayramı münasibətilə xalqa müraciətində dediyi kimi, güclünun haqlı sayıldığı, ya da özünü haqlı saydığı bir dünyada yaşayırıq

Artıq dövlətlər bir-birinə qarşı davranış tərzini dəyişir; hüquq çərçivəsindən kənara çıxırlar. Bəli, bu gün artıq "yumşaq güc" deyil, "çılpaq güc" ön plana çıxır.

Prezidentin dediyi fikrin mənası aydındır: "çılpaq güc" qarşısında dayanmaq üçün müttəfiqlərin, tərəfdaşların və təbii ki, qardaş ölkələrin alternativ güc mərkəzlərinə çevrilməsinə ehtiyac daha da artır. Prezident Qəbələdə keçirilən türk zirvəsində Türk Dövlətləri Təşkilatı çərçivısində birgə hərbi təlimlərin keçirilməsini təsadüfən təklif etməmişdi. Bu təklifin mənası odur ki, Türk dövlətləri dünyada artan xaos təhlükəsi və hər cür hibrid təhdiddəm tək-tək, yaxud ikilikdə, üçlükdə müdafiə oluna bilməz, TDT-ni real və təsirli hərbi müdafiə gücünə, təhlükəsizlik çətirinə çevirmək lazımdır.

Bu, mühüm bir işdir, praqmatik vizyondur. Azərbaycanın öz təcrübəsi də bunu göstərir. Peşəkar və fədakar ordunun gücü ilə ortaya çıxana qədər məlum dairələr - Qərbdə, ya Şərqdə, Şimalda, ya Cənubda- Azərbaycanla hesablaşanlar az idi. Bunu açıq etiraf etmək lazımdır: böyük güclər Azərbaycanı güzəştlərə sövq edib, daha da zəif salmağa çalışdılar. Ancaq artıq beş ildir ki, Azərbaycanla güc dilində danışmaq mümkün deyil; o, bu gücü dosta da, düşmənə də göstərə bildi.

Azərbaycan "çılpaq güc" faktorunun ortaya çıxması reallığını qəbul edir və öz dostları ilə, müttəfiqləri ilə işbirliyini (xüsisilə təhlükəsizlik komponentini) gücləndirməyi tələb edir.

İndi dünya xaos dönəminə daxil olur. Bu, idarə olunan xaosdur hələ ki. Bəs sabah necə olacaq, bilinmir. Ona görə də dövlət öz gücünü akkumlysiya edir, qoruyur və daha da çoxaldır.

Belə bir deyim var: "Sülh istəyirsənsə, müharibəyə hazır ol".

Prezidentin də xəbərdarlığının mənası budur: "Xaos istəmirik, ancaq xaosa da hazırlıqlı olmalıyıq".

Dünya gücə tapınır, güc hüquqdan önə keçir. Xoşumuz gəlsə də, gəlmsə də, bu, belədir. İstəsək də, istəməsək də. Haqlıyıq və haqlı olmalıyıq, bu, öz yerində. Ancaq haqqımız olanı almaq və ya qorumaq üçün güclü olmağa məhkumuq...

Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:271
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 08 Yanvar 2026 15:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri