Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Dünyada bank hesablarından milyonlar oğurlanır Kibercinayətkarlar hansı üsullara əl atır?

Dünyada bank hesablarından milyonlar oğurlanır Kibercinayətkarlar hansı üsullara əl atır?

Icma.az bildirir, Azpost portalına istinadən.

Dünyanın müxtəlif ölkələrində maliyyə təşkilatlarına qarşı kiberhücumlar, məlumat sızmaları və milyonlarla dolların oğurlanması ilə nəticələnən dələduzluq sxemləri araşdırılır.

Son aylarda qeydə alınan ən diqqətçəkən hadisələr arasında Cənubi Koreyanın maliyyə sektoruna hücumlar, Fransada bankdan pul oğurlanması və Tayvanda müştəri hesablarından qanunsuz əməliyyatların aparılması var.

Fransada Crédit Mutuel Arkéa bankı təxminən 100 milyon avronun, yəni 113 milyon dolların oğurlandığını açıqlayıb. Kibercinayətkarlar vəsaitləri digər maliyyə qurumlarına köçürmək üçün bankın öz hesabından istifadə ediblər. Daha sonra pullar kriptovalyutaya çevrilmiş ola bilər.

Reuters-in məlumatına görə, bank oğurlanmış vəsaiti geri qaytarmağa çalışır. Müştərilərin hesablarına zərər dəyməyib, lakin bəzi pul köçürmələri müvəqqəti olaraq gecikdirilib.

Cənubi Koreyada sentyabrın 30-dan noyabrın 3-dək 37 maliyyə şirkətində 40 insident qeydə alınıb. Məlumat sızması təxminən 473 min qeydə aid olub. Oğurlanan vəsaitin həcmi 1 milyard von, yəni təxminən 745 min dollar qiymətləndirilir. Tənzimləyici qurum 580 maliyyə təşkilatının müdafiə sistemlərini yoxlamaq niyyətindədir. Bu barədə noyabrın 5-də Yonhap agentliyi məlumat yayıb.

Tayvanda SinoPac bankı 419 müştəri hesabından ümumilikdə 41,76 milyon Tayvan dolları, yəni təxminən 1,3 milyon dollar məbləğində 427 icazəsiz pul köçürməsi aşkar edib. Bank bildirib ki, kibercinayətkarlar mobil bankçılığın yeni platformasına xidmət göstərən təchizatçıların sistemlərindəki boşluqlardan istifadə ediblər. Maliyyə qurumu müştərilərin dəymiş zərərini kompensasiya etdiyini açıqlayıb.

Yaponiyada cinayətkarların özlərini bank əməkdaşları kimi təqdim etdiyi telefon dələduzluğu ilə bağlı araşdırma Vyetnamın da iştirak etdiyi beynəlxalq istintaqa çevrilib. Yaponiya polisinin məlumatına görə, Vyetnamda yeddi şübhəli saxlanılıb. Dələduzluq sxemi çərçivəsində cinayətkarlar saxta internet saytları vasitəsilə şirkətlərin bank məlumatlarını əldə ediblər.

İndoneziyada polis Jambi bankının 6609 müştərisinin hesablarından 144,82 milyard rupi, yəni təxminən 8,8 milyon dollar oğurlanmasını araşdırır. İstintaqın versiyasına görə, oğurlanan vəsaitlər qısa müddətdə kriptovalyutaya çevrilərək xarici ölkələrdəki elektron pul kisələrinə göndərilib. Bu barədə İndoneziya polisi iyul ayında məlumat yayıb.

ABŞ-da federal prokurorlar bank hesablarının ələ keçirilməsi sxemində iştirak etməkdə şübhəli bilinən 14 nəfərə qarşı ittiham irəli sürüblər. İstintaqın versiyasına görə, cinayətkarlar saxta sənədlərdən, SIM-kartların dəyişdirilməsi üsulundan və maliyyə, eləcə də telekommunikasiya şirkətlərinin vicdansız əməkdaşlarının köməyindən istifadə ediblər.

Təxminən 3000 potensial zərərçəkənin bank hesablarında 373 milyon dollardan çox vəsait olub. Bu məbləğ bütün pulların oğurlandığı anlamına gəlmir. Söhbət cinayətkarların hədəfinə çevrilə biləcək hesablardakı ümumi vəsaitdən gedir.

Sinqapurda bir şirkət elektron poçt vasitəsilə saxta ödəniş təlimatları aldıqdan sonra dələduzlara 12,8 milyon dollar köçürüb. Lakin Sinqapur və Kamboca polislərinin, eləcə də OCBC bankının əməkdaşlığı nəticəsində bütün məbləği geri qaytarmaq mümkün olub.

Şri-Lankada aprel ayında Maliyyə Nazirliyinin vəsaitlərindən 2,5 milyon dolların oğurlandığı açıqlanıb. Yerli KİV-lərin məlumatına görə, dələduzlar elektron yazışmalardan istifadə edərək pul köçürülməsinə nail olublar. Hakimiyyət orqanları araşdırmaya başlayıb və vəsaitləri geri qaytarmağa çalışıb.

Braziliyada Mərkəzi Bank 2026-cı ilin ilk doqquz ayında 99 kiberinsident qeydə alıb. Onlardan 68-i dələduzluqla bağlı olub. Tənzimləyici qurum aşkar edilən halların sayının artmasının müəyyən qədər monitorinq sistemlərinin təkmilləşdirilməsi ilə əlaqədar olduğunu bildirib.

Kanadada Royal Bank of Canada-nın keçmiş əməkdaşı üç cinayət ittihamı üzrə təqsirli bilinib. O, azı 43 saxta hesab açıb və ölkənin Baş naziri Mark Karninin bank məlumatlarına çıxış əldə edib.

İstintaq müəyyən edib ki, əməkdaş mütəşəkkil cinayətkarlıqla əlaqəsi olduğunu düşündüyü bir şəxsin maraqları naminə fəaliyyət göstərib. Bu hadisə bank sisteminə kütləvi haker hücumu deyil, bank daxilində baş vermiş dələduzluq faktı ilə bağlıdır.

Samir Abdulla

AzPost.az

Post navigation

Previous: Qeyri-neft ixracımız 20 faiz artdı – Azərbaycan xaricə ən çox hansı məhsulları satır?

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://azpost.info
archiveBu xəbər 05 Noyabr 2026 20:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri