Icma.az
close
up
RU
Rusiya son dövrlərdə sanksiyalardan yayınmaq üçün yeni üsullara əl atır Politoloq

Rusiya son dövrlərdə sanksiyalardan yayınmaq üçün yeni üsullara əl atır Politoloq

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 18-ci sanksiyalar paketinə neftin qiymətinin 45 dollardan aşağı salınması, “Şimal axını” boru kəmərlərinə qarşı məhdudiyyətlər və Rusiyanın kölgə donanmasına qarşı tədbirlər daxildir. Lakin bu paket yekdilliklə qəbul edilməyib".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Yeganə Hacıyeva Rusiyaya tətbiq olunacaq sanskiyalardan bəhs edərkən bildirdi.

O, qeyd etdi ki, Macarıstan və Slovakiya sanksiyalar paketini bloklayaraq Avropa Komissiyasından enerji sahəsində təminat tələb ediblər:

"Slovakiya 20 milyard avroya qədər təzminat istəyir, Macarıstan isə Rusiyadan enerji idxalına dair güzəştlərin davam etməsində israrlıdır. Yeni sanksiyalar paketinə həmçinin Rusiya müdafiə sənayesinə kölgə yolla dəstək verən şirkətlərin və bu şirkətlərlə əlaqəli şəxslərin siyahısı da əlavə olunub. Məsələn, Rusiyanın yeni “Oreşnik” adlı orta mənzilli ballistik raketinin yaradılmasında 39 xarici şirkət iştirak edib. Onlardan 18-i artıq Aİ-nin sanksiya siyahısındadır, 21-i isə hələlik bu siyahıya daxil edilməyib. Bu 21 şirkət hələ də Rusiya ilə qanuni şəkildə əməkdaşlıq edir və “Oreşnik” raketinin istehsalı üçün əsas komponentləri ölkəyə idxal edir".

Siyasi şərhçi vurğuladı ki, Rusiya son dövrlərdə sanksiyalardan yayınmaq üçün yeni üsullara əl atır.

"Bu alətlərdən biri də kriptovalyutalardır. Onlar yüksək sürətli və asanlıqla diversifikasiya oluna bilən xarakteri ilə diqqət çəkir. Məsələn, postsovet ölkələrindən birinə məxsus A7A5 adlı token bu ilin ilk 100 günü ərzində 9 milyard dollardan artıq əməliyyatların aparılmasında istifadə olunub. Bu token Rusiya rublu ilə sabitlənib və sanksiya tətbiq olunmuş "Promsvyazbank"dakı hesablarla dəstəklənir.

A7A5 tokeni, həmçinin sanksiya siyahısında olan "Garantex" platforması ilə əlaqəli "Grinex" birjasında satılır. "Garantex" platforması sanksiyalara məruz qaldığı üçün 2025-ci ilin 6 mart tarixindən etibarən "Tether" tərəfindən bloklanıb", - deyə Yeganə Hacıyeva yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Avqust 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri