Icma.az
close
up
RU
Dünyada dilənçiliklə mübarizə metodları Bu ölkələrdə yığdıqları pullar ƏLİNDƏN ALINIR

Dünyada dilənçiliklə mübarizə metodları Bu ölkələrdə yığdıqları pullar ƏLİNDƏN ALINIR

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda dilənçiliklə mübarizə məqsədilə cərimələrin artırılması təklif olunur. İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, dilənçiliklə məşğul olan şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə cərimə oluna biləcək. Qüvvədə olan qanunvericiliyə görə isə, dilənçiliyə görə cərimə 20-25 manat təşkil edir.
Cərimənin məbləğinin artırılması problemin həlli üçün effektiv vasitə olacaqmı, yoxsa sosial səbəblərdən qaynaqlanan bu məsələ yalnız inzibati tədbirlərlə həll olacaq?
Mövzu ilə bağlı mütəxəssislər fərqli yanaşmalar irəli sürürlər. Çünki dilənçilik təkcə “pis vərdiş” yaxud xüsusi təbəqə olan və dünyanın hər yerinə səpələnmiş qaraçıların peşəsi, qazanc yolu deyil. Bunların arasında həssas qrupdan olan, baxıma və müalicəyə möhtac insanlar da var ki, onlar son çarə olaraq bu qazanc üsuluna əl atmalı olublar.
Məsələ ilə bağlı hüquqşünas Ruslan Mustafazadə Bizim.Media-ya bildirib ki, dilənçilərin vətəndaşlardan israrla pul istəməyi və davamlı olaraq tələb etməyi son zamanlarda çox narahatedici vəziyyətə gətirib çıxarıb:
“Müşahidələr onu göstərir ki, dilənçiliklə məşğul olanların əksəriyyəti azyaşlı uşaqlardır. Onlar da ya valideynləri ya da yaşda böyük olanlar tərəfindən buna məcbur edilib. Ümumiyyətlə qanunvericilikdə dəyişikliklərin edilməsi dilənçiliyin tam da olmasa, müəyyən dərəcədə qarşısınını alınmasında köməklik göstərəcək. Cəzaların sərtləşdirilməsi və praktikada icra edilməsi təsirsiz ötüşməyəcək. Dəyişiklikdə təkcə dilənçiliklə məşğul olmaq yox, həm də azyaşlıları dilənçiliyə cəlb etmək üçün də əlavə cəzalar nəzərdə tutulacaq”.
Həssas qrupdan olan vətəndaşlara gəlincə...
R.Mustafazadə bildirdi ki, bir çox hallarda dilənçiliklə məşğul olmanı maddi vəziyyətin pis olması ilə əlaqələndirirlər:
“Amma düşünürəm ki, qanunvericilikdə edilən dəyişikliklərdən sonra bu bəhanələr keçərli olmayacaq. Belə ki Azərbaycan Respublikasının aztəminatlı ailələrə dəstək olması üçün kifayət qədər sosial proqramları var. Bunlardan ünvanlı sosial yardım proqramını misal gətirmək olar. Aztəminatlı ailələr müraciət etməklə bu proqramdan yararlana, həm işlə təmin oluna, həm də aylıq maddi yardım ala bilərlər. Bu səbəbdən də maddi çatışmazlıq bəhanəsi dilənçilik edənləri cəzadan yayındıra bilməyəcək”.
Maraqlıdır, görəsən region ölkələrində və Avropada dilənçiliklə mübarizə metodları hansılardır? Onlarda da dilənçilərə cəza tətbiq olunurmu?
Almaniya və Fransada dilənçilik ümumilikdə cinayət sayılmır, lakin aqressiv dilənçilik və ya insanları məcbur edən davranışlar cərimə ilə nəticələnə bilər. Birləşmiş Krallığın iri şəhərlərində dilənçilik ictimai asayişi pozduğu halda polis tərəfindən cərimə tətbiq edilə və ya şəxslər müəyyən ərazilərdən uzaqlaşdırıla bilər. Bəzi Avropa ölkələri problemin yalnız cəza ilə həll olunmadığını nəzərə alaraq sosial dəstək proqramlarına üstünlük verir. Məsələn, Finlandiya və Niderlandda evsiz və aztəminatlı şəxslər üçün maddi yardım, sığınacaqlar və reabilitasiya proqramları həyata keçirilir.
Türkiyədə dilənçilik qanunla qadağandır. Polis dilənçiliklə məşğul olan şəxsləri saxlayaraq inzibati cərimə tətbiq edə və əldə edilən pullar müsadirə oluna bilər. Əgər şəxslər dilənçiliyə məcbur edilirsə və ya bu fəaliyyət mütəşəkkil şəkildə həyata keçirilirsə, həmin şəxslər barəsində daha ciddi cinayət məsuliyyəti nəzərdə tutulur.
 

Rusiyada sadə dilənçilik açıq şəkildə qadağan olunmasa da, mütəşəkkil dilənçilik və xüsusilə uşaqların bu fəaliyyətə cəlb edilməsi qanunla cəzalandırılır və cərimə və ya digər hüquqi tədbirlər tətbiq olunur.


Gürcüstanda ictimai qaydanı pozduğu hallarda polis dilənçiyə müdaxilə edə və inzibati tədbirlər görə bilər. Sosial xidmətlər vasitəsilə evsiz və ehtiyacı olan şəxslərin dəstəklənməsinə daha çox üstünlük verilir.
Qazaxıstanda isə dilənçilik inzibati xəta hesab olunur və buna görə cərimə və ya qısa müddətli inzibati həbs tətbiq edilə bilər.
Şəfiqə Şəfa, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Mart 2026 09:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see314

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see311

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see301

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see271

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see267

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see259

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see253

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see250

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see247

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see239

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see222

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see221

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see220

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see219

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see217

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see215

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see210

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see208

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see201

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri