Icma.az
close
up
RU
Dünyada ədalət bərpa olunacaq

Dünyada ədalət bərpa olunacaq

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Prezident cənab İlham Əliyevin AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışının əhəmiyyətli hissəsini Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlamasına həsr etməsi təsadüfi deyil. Müharibə və münaqişənin çoğrafiyasının genişlənməsi bir daha sübut edir ki, hələ də dünyada ikili standartlar hökm sürür, ədalət prinsipləri pozulur, böyük güclər beynəlxalq hüququn normalarını gözdən salır. Ermənistan dövləti hər zaman Azərbaycana qarşı təcavüzkar siyasət həyata keçirib. Ermənistanın hər üç keçmiş prezidentləri Azərbaycan torpaqlarının işğal edilməsində, şəhər və kəndlərimizin viran qoyulmasında, dinc sakinlərin, qadınların, uşaqların, qocaların qətlə yetirilməsində bir başa təşkilatçı və iştirakçı olublar. Qarabağda azərbaycanlı qadın və uşaqları vəhşicəsinə qətlə yetirən, sonradan isə Ermənistan dövlətinin prezidenti olmuş Serj Sarkisyan Xocalı soyqırımının iştirakçısı olmasını etiraf etmişdir. Məhz dünyada beynəlxalq hüququn işləməməsi səbəbindən uşaq qatilləri olan Ermənistanın keçmiş prezidentləri hələ də ədalət məhkəməsinə cəlb olunmayıblar. Əminəm ki, vaxt gələcək onlar da törətdikləri cinayətə görə müttəhimlər kürsüsündə əyləşəcəklər. Təəssüf ki, 2018-ci ildən Ermənistanın hökumətinə rəhbər seçilən hazırki Baş Nazir Nikol Paşinyan da öz sələflərinin yolu ilə getməyi qərar verdi.

Beynəlxalq tədbirlərdə Qarabağ Ermənistandır söyləyən, işğal edilmiş Azərbaycan şəhəri olan Şuşaya səfər edərək rəqs edən Paşinyan beynəlxalq hüququ heçə sayırdı. Avropa Şurası, Avropa İttifaqı, bir sıra beynəlxalq təşkilatlar Ermənistanın bu təcavüzünə göz yumurdular. Prezident cənab İlham Əliyev dəfələrlə bütün beynəlxalq təşkilatların tribunalarından bu təşkilatların, xüsusən münaqişənin həll olunmasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun qanunsuz fəaliyyətləri barədə dünya ictimaiyyətinə xəbərdarlıq etmişdir.  Beynəlxalq təşkilatlar bir dəfə də olsun işğalçı siyasət həyata keçirən Ermənistana qarşı heç bir təzyiq göstərməmişdir. Əksinə işğala məruz qalan Azərbaycanı bu işğalla barışmağa çağırırdılar. 

Ölkə başçımız bütün beynəlxalq təşkilatların tədbirlərində Azərbaycanın bu işğalla barışmayacağını bildirirdi və nəyin bahasına olur-olsun torpaqlarımızı işğaldan azad edəcəyimizi bildirirdi. Ermənistanın rəhbərliyi beynəlxalq hüququn prinsiplərini heçə saysa da Azərbaycan dövlətinin və xalqının nəyə qadir olduğunu düzgün hesablamamışdlr. Ermənistanın təmas xəttində tez-tez Azərbaycan ordusunun mövqelərini atəşə tutması nəticəsində hərbiçilərimiz və mülki şəxslərimiz qətlə yetirilirdi. Buna cavab olaraq Prezident, Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il 27 sentyabrda Azərbaycan Ordusuna əks hücum əmri verdi. 44 günə Ermənistan ordusu darmadağın edilərək torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi. 2023-cü ildə isə antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Vaxtilə Azərbaycanın yeni torpaqlarını işğal edəcəklərini söyləyən, Ermənistan tanklarının Bakıda olacaqlarını deyən separatçılar, azərbaycanlıları qətlə yetirən hərbi cinayətkarlar Bakı təcridxanasında layiq olduqları cəzanı çəkirlər. Həbsxanada cəza çəkənlər insanlığa qarşı ən qəddar cinayətlər törətmişdilər. Prezident cənab İlham Əliyev çıxışında da qeyd etdiyi kimi onların məhkəmə prosesi mahiyyətinə və formasına görə Nümberq tribunalının analoqu idi. Ermənilətin törətdikləri bu cür vəhşiliyə rəğmən Azərbaycan Ordusu dinc erməni sakininə bir güllə belə atmadı. Bu Azərbaycan xalqının böyüklüyünün və yüksək mənəviyyata malik olmasının nümunəsidir.

Prezident cənab İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündəki çıxışında açıq və qətiyyətli şəkildə bir daha vurğuladı ki, BMT TŞ qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlamayacağına qədər dünyada müharibələr davam edəcək və yeni münaqişə ocaqları yaranacaq. Düşünürəm ki, dünya ictimaiyyəti bu həqiqəti qəbul edəcək, Prezident cənab İlham Əliyevin bu təklifi reallaşacaq və dünyada ədalət bərpa olunacaq.

Kamilə Əliyeva 
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Oktyabr 2026 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri