Icma.az
close
up
RU
“Xocalıya ədalət!”in dünyada əks sədası

“Xocalıya ədalət!”in dünyada əks sədası

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Erməni vandalların Xocalıda törətdikləri qətliam insanlığın heç bir əxlaq normalarına sığmayan davranışdır. Bəşəri dəyərlərə və milli kimliyə sahib heç bir millət digərinə qarşı bu cür cinayətə yol verməz. Bu, eyni zamanda beynəlxalq hüququn qüsurlarını üzə çıxarır. Əgər bu soyqırımı ermənilərin başına gəlsəydi, dünya buna susmazdı. Bu gün BMT üzvü olan bütün ölkələr Xocalı vəhşiliyini soyqırımı kimi tanımalı və unutmamalıdırlar ki, belə hadisə bir daha təkrarlanmasın. Bu fikirlər Xocalı qətliamının qurbanlarının xatirəsinin anıldığı müxtəlif ölkələrdə çıxışların ana xəttini təşkil edirdi.

“Xocalıya ədalət!” beynəlxalq kampaniyası böyük uğur qazanıb

Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyində Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunan tədbir keçirilib. Anım mərasimində çıxış edən Azərbaycanın CAR-dakı müvəqqəti işlər vəkili Hüseyn Rəhimli erməni işğalçıları tərəfindən törədilən Xocalı soyqırımının bəşəriyyət tarixində qara ləkələrdən biri olduğunu iştirakçıların diqqətinə çatdırıb. O, bununla erməni millətçilərinin öz vəhşi simalarını bir daha nümayiş etdirdiklərini, törədilən faciənin təkcə azərbaycanlılara qarşı deyil, bəşəriyyətə qarşı yönəlmiş qanlı cinayət olduğunu dilə gətirib. Xocalıya hücum zamanı çox sayda uşaq, qadın və qocanın erməni quldur dəstələri tərəfindən xüsusi amansızlıqla qətlə yetirildiyi barədə danışan H.Rəhimli bu hadisələrin ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi etnik təmizləmə və soyqırımı siyasətinin nümunəsi olduğunu söyləyib: “Bu gün Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, bu soyqırımına qiymət verilməsi istiqamətində davamlı səylər göstərilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət!” beynəlxalq informasiya və təbliğat kampaniyası bu istiqamətdə böyük uğur qazanıb. Əminik ki, insanlığa qarşı törədilmiş vəhşiliyin günahkarları gec-tez öz cəzalarını alacaqlar”.

Sonra tədbir iştirakçıları Xocalı soyqırımına həsr edilən fotosərgi ilə, eyni zamanda, ermənilərin törətdikləri vəhşilikləri əks etdirən kitablarla tanış olublar.

“Bu faciə Azərbaycan irsini Qarabağdan silmək məqsədilə törədilib”

Azərbaycanın ABŞ-dakı səfirliyi və Corc Vaşinqton Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş anım tədbirində yerli ictimaiyyətin və azərbaycanlı icmasının üzvləri, bu ölkədə təhsil alan xarici və azərbaycanlı tələbələr, o cümlədən ABŞ-da akkreditə olunmuş diplomatik nümayəndəliklərin üzvləri iştirak ediblər. Tədbirdə çıxış edən Corc Vaşinqton Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyasının prezidenti Humay Sadiq ailəsinin məcburi köçkün kimi yaşadığı çətinliklərdən danışıb. H.Sadiq Xocalı soyqırımı zamanı həyatlarını itirənlərə Allahdan rəhmət diləyib, sülh və əmin-amanlıq dolu bir gələcəyə ümidini ifadə edib. Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Xocalı soyqırımı qurbanlarının etnik və dini mənsubiyyətlərinə görə həyatlarını itirdiklərini, bu faciənin Azərbaycan irsinin Qarabağ regionundan tamamilə silinməsi məqsədilə törədildiyini qeyd edib. Səfir Xocalı qurbanlarının əziz xatirəsinin yad edilməsinin hər kəsin borcu olduğunu, lakin bunun kifayət etməyini, davamlı olaraq bu soyqırımı inkar edənlərə müqavimət göstərməli olduğumuzu vurğulayıb.

Tədbirdə daha sonra Xocalı soyqırımı hadisələrindən bəhs edən məlumatlandırıcı videoçarx nümayiş edilib. Amerikalı kamança ustası, Amerika Muğam Cəmiyyətinin sədri Cefri Verbok Xocalı soyqırımının Azərbaycan tarixi üçün əhəmiyyətindən bəhs edib. C.Verbok Qarabağın artıq azad olduğunu, bunun ölkə rəhbərliyi ilə Azərbaycan xalqının birliyi hesabına əldə edildiyini vurğulayıb. Daha sonra, Verbok kamança ilə Azərbaycan muğam sənətindən nümunələr ifa edib.

“Erməni silahlıları dinc əhaliyə divan tutublar”

İtaliyanın Deputatlar Palatasında Xocalı soyqırımının 33-cü ildönümünə həsr olunmuş tədbir barədə senator Culio Terzi “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. O, çıxışında qeyd edib ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələrinin dinc əhaliyə qarşı törətdiyi soyqırımı cinayəti nəticəsində 613 Azərbaycan vətəndaşı, o cümlədən 63 uşaq, 106 qadın, 70 ahıl qətlə yetirilib. Senator paylaşımında onu da vurğulayıb ki, bu gün iki ölkə arasında qarşılıqlı münasibətlərdə ciddi irəliləyiş müşahidə olunur: “İtaliya Senatında bu yaxınlarda yekdilliklə qəbul edilən müvafiq qətnamə və bir sıra müsbət addımlar Bakı ilə İrəvan arasında sülh müqaviləsinə yol açır”.

Xatırladaq ki, bir müddət əvvəl İtaliya Senatı “Ermənistan və Azərbaycan arasında sülh prosesinin dəstəklənməsinə yönəlmiş təşəbbüslər haqqında” qətnaməni yekdilliklə qəbul edib.

“Bu cinayət təkrarlanmasın deyə, soyqırımı kimi tanınmalıdır”

Bunu Azərbaycanın azad olunmuş ərazilərinə səfər edən ilk xarici jurnalistlərdən biri – braziliyalı Fabiana Ceyhan deyib. O, Qarabağda gördüklərindən dəhşətə gəldiyini söyləyib: “Qarabağ Ermənistanın işğalından azad edildikdən sonra əraziyə səfər edən ilk jurnalistlərdən biri olmuşam. Düzdür, müəyyən qədər riskli idi, çünki ərazidə çoxlu sayda mina var idi. Amma biz risk edərək hər şeyi öz gözlərimizlə gördük”. F.Ceyhan bildirib ki, Qarabağ məsələsi onun üçün həyat missiyasına çevrilib: “Çünki həm tarixi, həm də coğrafi baxımdan Qarabağın Azərbaycana məxsus olduğunu gördük”. Braziliyalı jurnalist xatırladıb ki, Xocalı kiçik bir şəhər idi, orada hərbi qüvvə yox idi: “Yəni, Ermənistanın dinc və günahsız insanlara hücumunu heç nə ilə əsaslandırmaq mümkün deyil. Orada yalnız qadınlar, uşaqlar və qocalar qalmışdı. Bu, çox böyük insan faciəsidir və düşünürəm ki, dünya bu faciəni daim xatırlamalı və belə hadisələrin bir daha təkrarlanmaması üçün Xocalı soyqırımını tanımalıdır. Biz hamımız insanıq və haradan gəlməyimizdən asılı olmayaraq, Xocalı üçün sülh və ədalət naminə birləşməliyik”.

“Bu, etnik nifrət zəminində törədilmiş kütləvi qətldir”

“Xocalı soyqırımı etnik nifrət zəminində törədilmiş kütləvi qətldir”. Bunu “Tovuzdan Qarabağa: Cənubi Qafqazda müharibənin hərtərəfli təhlili” kitabının müəllifi, Çində fəaliyyət göstərən beynəlxalq jurnalist, siyasi analitik Malik Ayub Sumbal deyib. O, kitabında Ermənistan və Azərbaycan arasında 30 ildən çox davam edən münaqişə, Ermənistanın işğal siyasəti və törətdiyi cinayətləri geniş şəkildə təhlil etdiyini bildirib: “Bu, Qarabağda baş verən son müharibədən sonra dərc edilən ilk kitabdır. Azərbaycan 30 il işğal altında qalan torpaqlarını azad etdi. Kitab həmin bölgədəki hadisələrin dərin analizini təqdim edir və münaqişənin beynəlxalq diqqət mərkəzinə çevrildiyini açıb göstərir. Sevindirici haldır ki, Azərbaycan öz ərazilərini geri qaytarmağa nail oldu”. Malik Ayub Sumbal kitabda Xocalıya ayrıca bir fəsil ayırıdığını qeyd etdi: “Kitabımda bu dəhşətli qətliamın detalları və onun soyqırımı kimi tanınmasının vacibliyi vurğulanır. Günahsız insanların qətli cəzasız qala bilməz, ədalət tələb olunmalı və cinayətkarlar beynəlxalq hüquqa uyğun cəzalandırılmalıdırlar”.

Siyasi analitik vurğuladı ki, Xocalı faciəsi çağdaş tarixin beynəlxalq media tərəfindən qeydə alınmış ən dəhşətli soyqırımlarından biridir: “Bir gecədə 600-dən çox insanın, o cümlədən qadın və uşaqların qətlə yetirilməsi etnik təmizləmənin ən bariz nümunəsidir. Bir çox ölkə Xocalı soyqırımını pisləyib və ədalət tələb edir. Azərbaycan xalqı bu faciəni unutmur və hər il günahsız faciə qurbanlarını anır. Xocalı faciəsinin ildönümündə insanların necə sarsıldığını və sevdiklərinin həsrətini çəkdiyini görürəm. Hələ də itkin düşən çoxlu sayda insan var. Mən faciə qurbanlarını dərin hüzn və ehtiramla yad edir, ruhları qarşısında baş əyirəm”.

“Xocalı Xatın və Xirosima faciələri ilə eyni səviyyədə dayanır”

ABŞ-ın aparıcı ali təhsil ocaqlarından biri olan Kolumbiya Universitetində Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirilib. Tədbir Azərbaycan–Amerika Gənclər Federasiyasının təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub. Anım mərasimində ABŞ-ın müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələr və alimlər, bu ölkədə fəaliyyət göstərən diplomatlarımız və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edənlər ermənilər tərəfindən müxtəlif dövrlərdə Azərbaycan xalqına qarşı törədilmiş soyqırımlardan danışıblar. Vurğulanıb ki, Xocalı faciəsi XX əsrin ən dəhşətli qətliamlarından biri olaraq Xatın və Xirosima faciələri ilə eyni səviyyədə dayanır. Tədbir çərçivəsində Xocalı soyqırımından bəhs edən qısametrajlı film nümayiş etdirilib. Daha sonra Xocalı qurbanlarının xatirəsinə həsr edilən musiqilər ifa edilib, Nyu-Yorkda fəaliyyət göstərən “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzinin şagirdlərinin Xocalı soyqırımına həsr olunmuş rəsm əsərləri sərgilənib. Bundan əlavə, azərbaycanlı rəssam və heykəltəraş Emin Quliyevin “Xocalı harayı” heykəli də nümayiş olunub.

“Xocalı qətliamına təkcə Azərbaycanın məsələsi kimi baxmıram”

“Təəssüf ki, hətta 1948-ci il soyqırımı əleyhinə Cenevrə Konvensiyasından çox əvvəl də müharibə cinayətlərinin və soyqırımının uzun bir tarixi mövcuddur”. Bu sözləri ABŞ-ın Milli Müdafiə Universitetinin dosenti Stefan Bruks Xocalı soyqırımının ildönümü ilə bağlı danışarkən deyib. O bildirib ki, hər hansı bir soyqırımı ilə bağlı maarifləndirmənin aparılmaması bu cür hadisələrin davam etdirilməsinə təkan verir: “Soyqırımı və müharibə cinayətlərinin olmadığı bir dünya görmək üçün ilk addım kimi onlar haqqında məlumatlılıq artırılmalıdır. Ona görə də mən Xocalı faciəsinə təkcə Azərbaycanın məsələsi kimi baxmıram. Təbii ki, qurbanlar azərbaycanlılardır və bu, Azərbaycan xalqının acısıdır. Amma bu qurbanlar həm də bütün hərbi cinayətlərin və soyqırımlarının qurbanlarıdır. Beləliklə, bu faciə haqqında məlumatlılığı artırmaqla müharibə cinayəti və soyqırımı qurbanlarının hamısı barədə həqiqətləri dünyaya çatdıra bilərik. Ümid edirəm ki, bunu etməklə belə halın bir də təkrarlanmaması üçün birləşərək beynəlxalq ictimai rəyə və dövlətlərə daha çox təzyiq etmək mümkündür”.

Hazırladı:
İ.HƏSƏNQALA,
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Fevral 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see350

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see326

Dağıstanda təxminən 33 min abonent işıqsız qalıb

30 Avqust 2026 14:34see293

“Kurtlar vadisi”nin “Deryası”ndan “Polat” haqda şok sözlər (Foto)

30 Avqust 2026 15:51see260

Trampdan sərt ittihamlar: Vicdansız media

30 Avqust 2026 23:54see249

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

31 Avqust 2026 04:04see234

Qızı Rüfət Axundovu sevindirdi ÖZƏL

30 Avqust 2026 19:48see228

Qırmızı və yaşıl almaların faydaları Hansını yemək daha yaxşıdır?

31 Avqust 2026 03:05see226

Oksana Rəsulovanın azyaşlı ilə bağlı paylaşımı gündəm oldu VİDEO

30 Avqust 2026 14:52see225

Həkimlər dəhşətli bir diaqnoz qoyublar…

30 Avqust 2026 20:49see215

Ermənistanda siyasi DƏYİŞİKLİK: Paşinyan rəqiblərinə qarşı hərəkətə keçdi

30 Avqust 2026 22:25see210

Orqanizminizdə iltihab varsa qəhvə için

31 Avqust 2026 02:04see210

Qədim şəhərin divarları rənglərin dili ilə danışanda

31 Avqust 2026 14:46see210

Rusiya marafon yarışına “İsgəndər”lə hücum etdi Ölənlər var

30 Avqust 2026 18:05see208

Fizioterapiya ilə bağlı vacib məqamlar Səhiyyə Nazirliyinin mütəxəssisi açıqladı

31 Avqust 2026 11:56see204

Mövsümüdür, amma qiyməti düşmür meyvə tərəvəz niyə bahadır? ARAŞDIRMA

31 Avqust 2026 16:06see198

Azərbaycan səhiyyəsi nə zaman əhalini qane edəcək? KONKRET

31 Avqust 2026 12:56see196

Natavan Həbibinin hovuz paylaşımı müzakirə yaratdı (Foto Video)

30 Avqust 2026 17:06see178

“Soçi” Şeydayevin iştirakı ilə üç xal qazandı

31 Avqust 2026 01:52see170

Bu dərman saç tökülməsinə qarşı EFFEKTLİDİR

31 Avqust 2026 13:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri