Icma.az
close
up
RU
“Dünyada gedən proseslər mətbuatdan da yan keçməyib”

“Dünyada gedən proseslər mətbuatdan da yan keçməyib”

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan keçməyib”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Deputat bildirib ki, hazırda qlobal informasiya məkanında baş verən sürətli dəyişikliklər media sahəsində qanunvericilik bazasının mütəmadi təkmilləşdirilməsini zəruri edir: “Bu baxımdan 2021-ci ildə qəbul olunan “Media haqqında” Qanun media fəaliyyətinin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyənləşdirməklə yanaşı, informasiyanın əldə edilməsi, hazırlanması, ötürülməsi və yayılması sahəsində vahid hüquqi çərçivə formalaşdırdı. Sonrakı mərhələlərdə qanuna edilən mühüm dəyişikliklər isə media mühitinin daha da təkmilləşdirilməsinə, müasir çağırışlara uyğun inkişafına və peşəkar jurnalistikanın gücləndirilməsinə xidmət edir.

Media sahəsində bu il də mühüm institusional yeniliklər həyata keçirilib. Belə ki, “Dövlət qulluğu haqqında” və “Media haqqında” qanunlara edilən dəyişikliklərə əsasən, Azərbaycanda Media və Yayım Şurasının yaradılması nəzərdə tutulur. Milli Məclis tərəfindən təsdiqlənən bu dəyişikliklər media sahəsində normativ-hüquqi tənzimləmənin təkmilləşdirilməsinə, tətbiq mexanizmlərinin gücləndirilməsinə, hüquqi müəyyənliyin artırılmasına və beynəlxalq standartlara uyğun idarəetmə modelinin formalaşdırılmasına xidmət edir. Artıq dörd ildir ki, Milli Mətbuat Günü ərəfəsində keçirilən Şuşa Qlobal Media Forumu beynəlxalq media ictimaiyyətinin diqqət mərkəzində olan nüfuzlu platformalardan birinə çevrilib.

Forum dünyanın müxtəlif ölkələrindən media rəhbərlərini, jurnalistləri, kommunikasiya və informasiya texnologiyaları üzrə ekspertləri bir araya gətirərək qlobal informasiya gündəliyinin aktual məsələlərinin müzakirəsinə geniş imkan yaradır. Bu təşəbbüs Azərbaycanın media sahəsində əldə etdiyi nailiyyətləri, beynəlxalq informasiya məkanında artan rolunu və qlobal dialoqa verdiyi töhfəni bir daha nümayiş etdirir”. 

Millət vəkilinin sözlərinə görə, bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirib: “Rəqabət qabiliyyətini artırıb. Lakin dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir.

Eyni zamanda, media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır. Bu yolda media işçilərinə fəaliyyətlərində uğurlar arzulayıram”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 22 İyul 2026 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri