Icma.az
close
up
RU
Dünyada gedən gərgin proseslər fonunda Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub ŞƏRH AZƏRTAC

Dünyada gedən gərgin proseslər fonunda Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub ŞƏRH AZƏRTAC

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 15 yanvar, AZƏRTAC

Prezident İlham Əliyev tərəfindən müəyyənləşdirilən və onun rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi siyasətin nəticəsində 2024-cü il ölkə həyatının bütün sahələrində olduğu kimi, iqtisadi sahədə də uğurları ilə yadda qalıb. Fərəhləndirici haldır ki, dünyada gedən gərgin proseslər, geosiyasi münaqişələr, kəskin iqlim anomaliyaları fonunda Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlayıb və iqtisadi inkişaf templərində artım əldə edib. İqtisadiyyatımız qarşısında duran hədəflərə nail olunub və qarşıda duran vəzifələr icra edilib. Təbii ki, bunların hamısı bu sahədə müsbət iqtisadi göstəricilərin əldə olunmasına imkan yaradıb. Bu isə illərlə aparılan siyasətin nəticəsi, vaxtında həyata keçirilən tədbirlərin bəhrəsidir. Uzun illər aparılan iqtisadi islahatlar, inflyasiyaya qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması sahəsində dövlətin apardığı siyasət nəticəsində müsbət göstəricilər əldə olunub. Sözsüz ki, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və quruculuq prosesləri də dövlətimiz üçün prioritet məsələlər sırasındadır. Eyni zamanda, ölkəmizin ümumi inkişaf tendensiyasına uyğun olaraq qarşıya qoyulan bütün proqramlar uğurla icra edilir. Bütün bunlar dünya iqtisadiyyatının artım templəri və inkişaf etmiş ölkələrin göstəriciləri ilə müqayisədə Azərbaycan iqtisadiyyatının uğurla inkişaf etdiyini nümayiş etdirir. Bunun təməlində həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət və düşünülmüş strategiya dayanır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib.

O qeyd edib ki, illər öncə Azərbaycan iqtisadiyyatı qarşısında duran ən ümdə vəzifələrdən biri neft sektorundan asılılığın azaldılması və qeyri-neft sektorunda sənayenin artımına nail olmaq idi. Məhz 2024-cü ilin sosial-iqtisadi göstəricilərinə nəzər salanda görürük ki, ümumi daxili məhsulda 4 faiz artıma nail olunub, qeyri-neft sektorunda 6 faiz, qeyri-neft sənayesində isə 7 faizdən çox artım qeydə alınıb. Məhz dünyada baş verən gərginliklər və qarşıdurmalar fonunda Azərbaycan iqtisadiyyatı bu cür müsbət göstəricilər əldə edib. Bu, təbii ki, Azərbaycan iqtisadiyyatının dayanıqlığını təsdiqləyən faktlardır. Nəzərə alsaq ki, 2024-cü ildə Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri aparılıb və ölkənin təhlükəsizlik tədbirlərinə böyük həcmdə vəsait ayrılıb. Eyni zamanda, ölkədə uğurlu sosial layihələr və proqramlar icra edilib. Valyuta ehtiyatlarımız 5 milyard dollar artaraq 72 milyard dollara çatıb və bu ehtiyatlar xarici borcumuzu 14 dəfə üstələyib. Onu da qeyd etmək lazımdır ki, ümumi daxili məhsulun nisbətində xarici borcumuz cəmi 7,2 faiz təşkil edir. Bu da Azərbaycan iqtisadiyyatının dayanıqlılığını təsdiqləyən mühüm göstəricilərdir.

Deputat 2025-ci ilin dövlət büdcəsinin müstəqil Azərbaycanın tarixində ən böyük büdcəsi olduğunu deyərək bildirib: “Büdcə xərcləri 41 milyard manatdan çox təsdiq olunub. Bu büdcənin 41 faizi sosial sahəyə yönəldilib. Bu, Azərbaycan dövlətinin sosialyönümlü siyasətinin uğurunu bir daha təsdiq edir. Büdcə xərclərinin bu məbləğdə təsdiq olunması yeni ilin ilk günlərində ölkə prezidenti tərəfindən həyata keçirilən sosial siyasətin davamı olaraq, müstəqil Azərbaycanın tarixində beşinci böyük sosial paketin icrasına imkan yaradıb. Dövlətimizin başçısının bəyan etdiyi kimi, 2025-ci ilin yanvarından etibarən minimum əməkhaqqı 55 manat artırılaraq 400 manata çatdırılıb, minimum pensiya isə 40 manat artaraq 320 manat olub. Orta hesabla bu artım 14-15 faiz təşkil edir. Bütün bu amillər Azərbaycanın sosial dövlət strategiyasının tərkib hissəsidir. Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayanır. Qarşıya qoyulan əsas vəzifələrdən biri də vətəndaşların daha yaxşı yaşayış şəraitinin təmin edilməsi və onların sosial rifahının artırılmasıdır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Yanvar 2025 16:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri