Icma.az
close
up
RU
Dünyada məcburi və könüllü hərbi xidmət: Əsgər gedən də var, pulla alan da SİYAHI

Dünyada məcburi və könüllü hərbi xidmət: Əsgər gedən də var, pulla alan da SİYAHI

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dünyada hərbi xidmət sistemi ölkədən ölkəyə fərqli şəkildə təşkil olunur. 

Bu fərqlər əsasən dövlətlərin təhlükəsizlik vəziyyəti, regional münaqişələr və ordu strategiyası ilə bağlıdır. Ümumilikdə ölkələrdəki  modellər üç yerə bölünür: 

məcburi, qarışıq və könüllü hərbi xidmət sistemi.

“Cebheinfo.az”-ın araşdırmasına görə, Azərbaycan bu sistemlər arasında orta mövqedə dayanır.

Azərbaycanda hərbi xidsmət 18 yaşdan sonra başlayır və hərbi xidmətə yararlı kişilər üçün məcburidir. Xidmət müddəti 12–18 ay arasıdır. Ali təhsil statusuna görə müddət dəyişir. 

Aşağıdakı ölkələrdə də məcburi hərbi xidmət var:

Cənubi Koreyada 18–28 yaş arası kişilər məcburi xidmət keçir. Müddət 18–21 aydır. Ölkə təhlükəsizlik risklərinə görə çox sərt sistem tətbiq edir.

İsraildə həm kişilər, həm qadınlar xidmət edir. Kişilər 32 ay, qadınlar 24 ay xidmət keçirlər. Dünyanın ən sərt sistemlərindən biridir.

Rusiyada 18–30 yaş arası kişilər üçün məcburi hərbi xidmət var. Dinc dövr üçün müddət 1 ildir.Çində hərbi xidmət 18–22 yaş arası şəxslər üçün nəzərdə tutulur. Rəsmən məcburidir, amma praktikada seçmə çağırış sistemi daha çox tətbiq olunur.

İranda 18 yaşdan sonra hərbi xidmət tətbiq olunur. Müddət təxminən 24 aydır.Misirdə 18 yaşdan sonra kişilər məcburi xidmət keçir. Müddət 1–3 il arası dəyişir.Ukraynada müharibə vəziyyətinə görə çağırış sistemi aktivdir və 18 yaşdan etibarən tətbiq olunur.

Bu ölkələrdə isə qarışıq sistem mövcuddur:

Türkiyədə 20 yaşdan sonra hərbi xidmət başlayır. Müddət 6–12 ay arasıdır və pullu qısaltma sistemi mövcuddur.

Azərbaycanda məcburi sistemdir, amma təhsil və kateqoriyaya görə fərqlilik var.

İsveçrədə qısamüddətli xidmət və güclü ehtiyat ordu sistemi tətbiq olunur.İsveçdə seçmə çağırış sistemi var. Hamı yox, yalnız müəyyən şəxslər xidmət edir.

Finlandiyada kişilər üçün məcburi xidmət var, amma alternativ xidmət imkanları da mövcuddur.

Yunanıstanda 18 yaşdan sonra məcburi hərbi xidmət tətbiq olunur, lakin müddət nisbətən qısaldılıb.

Bu ölkələrdə isə könüllü hərbi xidmət qüvvədədir:

ABŞ-də məcburi xidmət yoxdur. Ordu tam könüllü əsasda formalaşıb. 18–25 yaş arası qeydiyyat sistemi mövcuddur.

Almaniyada 2011-ci ildən məcburi xidmət ləğv edilib və tam könüllü ordu sistemi tətbiq olunur.

İtaliyada 2005-ci ildən məcburi xidmət ləğv edilib.

İspaniyada tam könüllü ordu sistemi mövcuddur.

Böyük Britaniyada peşəkar ordu sistemi var, məcburi xidmət yoxdur.

Kanadada tam könüllü hərbi xidmət sistemi tətbiq olunur.

Avstraliyada könüllü ordu sistemi mövcuddur.

Yaponiyada məcburi xidmət yoxdur, özünümüdafiə qüvvələri könüllüdür.

Braziliyada formal çağırış sistemi olsa da, əsasən könüllü iştirak üstünlük təşkil edir.

Cənubi Afrikada tam könüllü ordu sistemi tətbiq olunur.

Ümumi müqayisə

Qeyd edək ki, dünya üzrə hərbi xidmət sistemləri ölkələrin təhlükəsizlik ehtiyaclarına uyğun formalaşıb. Müharibə riski yüksək olan ölkələrdə məcburi xidmət daha sərtdir, sabit və inkişaf etmiş ölkələrdə isə könüllü ordu modeli üstünlük təşkil edir. Azərbaycan isə bu iki model arasında balanslı – qarışıq sistemə sahib ölkədir.

Aişə Abdulova
“Cebheinfo.az”

Açar sözlər: hərbi xidmət dünya

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Aprel 2026 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri