Icma.az
close
up
RU
Dünyada məktəbə getməyən uşaqların sayı artır

Dünyada məktəbə getməyən uşaqların sayı artır

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 25 mart, AZƏRTAC

Məktəbə getməyən uşaqların və gənclərin sayı yeddinci ildir durmadan ardıcıl olaraq artır və 273 milyon nəfərə çatıb. Bu, əhalinin sayının artması, böhranlar və büdcələrin azalması ilə bağlıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə UNESCO-nun 2026-cı il üzrə Təhsilin Monitorinqinə dair Qlobal Məruzəsində – təhsil sahəsinin vəziyyətinə dair əsas qlobal məlumat mənbəyində bildirilir.

Dünyada məktəb yaşlı hər altı uşaqdan biri təhsil sistemindən kənarda qalır və şagirdlərin yalnız üçdə ikisi orta təhsili başa vurur. Bununla belə, bir çox ölkə əhəmiyyətli irəliləyiş əldə edir ki, bu da hədəf göstəricilərin müəyyənləşdirilməsi və müvafiq siyasətin hazırlanması zamanı milli kontekstin nəzərə alınmasının vacibliyini vurğulayır.

UNESCO-nun çərşənbə günü dərc olunan məruzəsi göstərir ki, 2015-ci ildən bəri məktəbdə davamiyyətin təmin olunması üzrə irəliləyiş demək olar ki, bütün regionlarda zəifləyib. Ən ciddi zəifləmə Saxaranın cənubunda yerləşən Afrika ölkələrində müşahidə olunur ki, bu da əsasən əhalinin sayının artması ilə bağlıdır. Münaqişələr də daxil olmaqla bir sıra böhranlar irəliləyişi ləngidib. Dünyadakı bütün uşaqların altıda birindən çoxu münaqişə zonalarında yaşayır. Bu isə o deməkdir ki, məktəbə getməyən uşaqların faktiki sayı rəsmi statistikada əks olunan göstəricilərdən milyonlarla çoxdur.

Bu problem xüsusilə Yaxın Şərqdə kəskin xarakter daşıyır, burada davam edən regional gərginlik bir çox məktəbin bağlanmasına səbəb olub. Nəticədə milyonlarla uşaq dərslərdə iştirak etmək imkanından məhrum olub və təhsildə geri qalma riski ilə üzləşib.

Mövcud çətinliklərə baxmayaraq, məruzədə son illərdə qlobal təhsil sahəsində əhəmiyyətli nailiyyətlər də qeyd olunur. Bir sıra ölkələr 2000-ci ildən bəri məktəbə getməmə göstəricisini ən azı 80 faiz azaldıb. Bu azalma xüsusilə Madaqaskar və Toqoda uşaqlar arasında, Mərakeş və Vyetnamda yeniyetmələr arasında, Gürcüstan və Türkiyədə isə gənclər arasında müşahidə olunur.

Son 25 ildə ibtidai və orta təhsil sahəsində sosial baxımdan həssas əhali qruplarının maraqlarına xidmət edən müxtəlif maliyyələşdirmə mexanizmlərini tətbiq edən ölkələrin payı dörd dəfədən çox artıb. Söhbət vəsaitlərin submilli idarəetmə orqanlarına, məktəblərə, eləcə də birbaşa şagirdlərə və onların ailələrinə yönəldilməsi kimi tədbirlərdən gedir. Xüsusilə, ölkələrin 76 faizində əlverişsiz şəraitdə fəaliyyət göstərən məktəblərin xeyrinə resursların yenidən bölüşdürülməsi üzrə strategiyalar tətbiq olunur. Lakin məruzədə təqdim olunan yeni indeks göstərir ki, ölkələrin yalnız 8 faizi bu mexanizmlərdən sosial baxımdan həssas qrupların xeyrinə təhsil resurslarının yenidən bölüşdürülməsi üçün tam şəkildə istifadə edir.

Məruzə göstərir ki, istənilən tədbir ümumi təhsilə çıxışı təmin etməyə qadir deyil. Siyasət yerli reallıqlar nəzərə alınmaqla qurulmalı, problemləri kompleks şəkildə həll etməli və sübutlara əsaslanmalıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Mart 2026 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see304

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see292

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see279

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see267

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see265

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see264

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see243

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see239

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see238

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see237

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see232

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see228

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see225

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see224

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see221

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see215

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see213

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see213

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see201

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri