Icma.az
close
up
RU
Dünyada milyonçuların sayı sürətlə artır

Dünyada milyonçuların sayı sürətlə artır

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Capgemini” şirkətinin illik "World Wealth Report” hesabatına görə, ötən il dünyada milyonçuların sayı 2 milyon nəfər artaraq 25,3 milyona çatıb. 

Ölkə.az xəbər verir ki, qlobal sərvətin ümumi həcmi isə 8,7% artaraq 98,3 trilyon dollara yüksəlib. Bu, 2018-ci ildən bəri ən yüksək artım tempi kimi qeyd olunur.

Hesabata əsasən, sərvət artımı demək olar ki, bütün regionlarda müşahidə olunub. Yalnız Yaxın Şərq istisna təşkil edib.

Analitiklər bu artımı fond bazarlarının güclənməsi və inflyasiyanın azalması ilə izah edirlər. Xüsusilə yarımkeçiricilərə olan yüksək qlobal tələbat Asiya bazarlarını dəstəkləyib və bölgədə yeni milyonçuların sayını artırıb.

Ən böyük artım ABŞ-da qeydə alınıb — 736 min yeni milyonçu. Ümumi sayı 8,7 milyon nəfərə çatıb.

Asiya-Sakit okean regionunun milyonçuların sayı 9,4%, ümumi sərvət isə 10,5% artıb. Yaponiya və Çin ən yüksək nəticə göstərən ölkələr olub (müvafiq olaraq 436 min və 154 min yeni milyonçu).

2024-cü ildəki geriləmədən sonra 2025-ci ildə Avropada milyonçuların sayı 6,5% artıb. Ən yüksək artım Lüksemburqda (13,5%), Almaniyada (11,1%), Fransa və Böyük Britaniyada isə daha zəif templə qeydə alınıb.

Afrika regionunda artım 4,1% olub. Əsas səbəb qiymətli metalların bahalaşmasıdır. Ən böyük artım Mərakeşdə (16,8%) qeydə alınıb.

Yeganə azalma müşahidə olunan region Yaxın Şərq olub — 1,4% eniş. Buna regional münaqişələr, neft qiymətlərinin azalması və iqtisadi fəallığın zəifləməsi səbəb göstərilir.

Hesabatda vurğulanır ki, ümumilikdə dünya üzrə sərvət artımı qlobal maliyyə bazarlarının sabitləşməsi ilə əlaqədardır.(qaynarinfo)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 İyun 2026 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri