Icma.az
close
up
RU
Dünyada qlobal hərbi xərclər 2,46 trilyon dollara çatdı HESABAT

Dünyada qlobal hərbi xərclər 2,46 trilyon dollara çatdı HESABAT

Icma.az, Olke.az saytına istinadən bildirir.

Ötən il dünyada əvvəlki illərlə müqayisədə qlobal hərbi xərclər real ifadədə 7,4 faiz artaraq, 2,46 trilyon dollara çatıb.

Ölkə.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Strateji Araşdırmalar İnstitutu (IISS) tərəfindən qlobal hərbi imkanların və müdafiə iqtisadiyyatının illik qiymətləndirilməsini özündə əks etdirən “Hərbi balans - 2025” adlı hesabat-kitabda qeyd olunub.

Nəşrdə bunun səbəbinin Ukraynada davam edən müharibənin bütün dünyada hərbi xərclərə təsir etməsi göstərilir.

Qeyd olunur ki, qlobal hərbi xərclərin real ifadədə artımı 2023-cü ildə 6,5 faiz təşkil edibsə, 2024-cü ildə isə bu, 7,4 faizə yüksəlib. Qeydedilən göstərici nisbət 2022-ci ildə 3,5 faiz olub. Hərbi xərclər 2024-cü ildə Afrika istisna olmaqla, bütün regionlarda real ifadədə artıb.

Hesabatda bu xərclərin qlobal Ümumi Daxili Məhsula (ÜDM) nisbətinin ötən il 1,94 faizə yüksəldiyi, 2022-ci ildə orta hesabla 1,59 faiz, 2023-cü ildə isə 1,80 faiz olduğu vurğulanıb.

Rusiyanın cəmi hərbi xərclərinin real ifadədə 41,9 artaraq, 145,9 milyard dollara çatdığınının əks olunduğu hesabatda bu ölkənin hərbi xərclərinin keçən il alıcılıq paritetinə görə 462 milyard dollara bərabər olduğu bildirilib.

Böyük Britaniya və 27 üzvlü Avropa İttifaqı (Aİ) daxil olmaqla, Avropanın müdafiə büdcələrinin keçən il 11,7 faiz artaraq, 457 milyard dollara çatdığına diqqət çəkən nəşr, Avropanın hərbi xərclərinin 2014-cü ilə nisbətən 10 illik dövr ərzində nominal olaraq 50 faiz artdığı qeyd olunub.

Həmçinin nəşrdə Almaniyanın müdafiə büdcəsinin keçən il 23 faiz artaraq 86 milyard dollara çatdığı, 30 ildən çox müddətdə ilk dəfə İngiltərənin 81 milyard dollarlıq müdafiə büdcəsini keçdiyini əksini tapıb. Çinin isə hərbi xərclərinin keçən il 7 faiz artaraq, 235 milyard dollara çatdığı vurğulanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Fevral 2025 05:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see434

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see372

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see290

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see276

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see258

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see251

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see248

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see237

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see230

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see226

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see222

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see220

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see218

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see218

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see210

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see208

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see207

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see202

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri