Icma.az
close
up
RU
​Dünya miqyasında hərbi xərclər 2,7 trilyon dollara çatdı

​Dünya miqyasında hərbi xərclər 2,7 trilyon dollara çatdı

Metbuat saytına istinadən Icma.az xəbər verir.

Dünya miqyasında hərbi xərclər 2024-cü ildə 9,4 faiz artaraq 2,7 trilyon dollara çatıb.

Metbuat.az xəbər verir ki, bu rəqəm 1980-ci illərdə “Soyuq müharibə” bitdikdən sonra qeydə alınan ən yüksək artım tempidir. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun dərc etdiyi illik hesabata görə, Ukrayna və Qəzzada davam edən müharibələr, Avropa və Asiyada artan hərbi gərginlik qlobal silahlanma yarışını yenidən intensivləşdirib. 2024-cü ildə təxminən 1 trilyon dollarla dünyada ən yüksək hərbi xərclərə sahib ölkə yenə ABŞ olub. Bu xərclərə 61,1 milyard dollar dəyərində F-35 döyüş təyyarələri və sistemləri, 48,1 milyard dollar dəyərində yeni dəniz gəmiləri, 37,7 milyard dollar dəyərində nüvə arsenalının modernləşdirilməsi və 29,8 milyard dollar dəyərində raketdən müdafiə sistemləri daxildir. ABŞ büdcəsində Ukraynaya ayrılan 48,4 milyard dollarlıq hərbi yardım da diqqət çəkib. Bu yardım Kiyevin 64,8 milyard dollarlıq müdafiə büdcəsinin təxminən dörddə üçünə bərabərdir. Çin ABŞ-dən sonra ən çox hərbi xərc çəkən ikinci ölkədir.

Çinin 2024-cü ildə təxminən 314 milyard dollar xərcləyədiyi bildirilir. Rusiya isə Ukraynadakı müharibəyə görə hərbi xərclərini azı 38 faiz artırıb. Almaniya hərbi xərclərini 28 faiz, Rumıniya 43 faiz, Hollandiya 35 faiz, İsveç 34 faiz, Çexiya 32 faiz, Polşa 31 faiz, Danimarka 20 faiz, Norveç 17 faiz, Finlandiya 16 faiz, Türkiyə 12 faiz, Yunanıstan 11 faiz artırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 01 May 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri