Icma.az
close
up
RU
Dünyada sürətlə yayılan yeni dələduzluq növü “QR fişinq”

Dünyada sürətlə yayılan yeni dələduzluq növü “QR fişinq”

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Dünyanın bir sıra ölkələrində – ABŞ, Sinqapur və Avropanın bəzi dövlətlərində yeni kiberdələduzluq üsulu sürətlə yayılır.
Yeniavaz.com xəbər verir ki, söhbət QR-kodlar vasitəsilə həyata keçirilən “QR-fişinq”dən (Phishing) gedir.
İlk baxışdan sadə və təhlükəsiz görünən bu üsul əslində ciddi maliyyə riskləri yaradır. Belə ki, adi bir QR-kodun skan edilməsi bank kartındakı vəsaitin itirilməsi ilə nəticələnə bilər.
“QR-fişinq” necə işləyir?
Sxem demək olar ki, həmişə eynidir. Dələduzlar saxta QR-kod hazırlayaraq onu kafe, parkinq, özünəxidmət terminalları aparatlarında orijinal kodun üzərinə yapışdırırlar. Müştəri kodu skan etdiyini və xidmətə görə ödəniş etdiyini zənn edir. Əslində isə vəsait birbaşa dələduzun hesabına köçürülür və ya istifadəçi kart məlumatlarını daxil etdiyi saxta “fişinq” saytına yönləndirilir.
Sinqapurda qeydə alınan hadisələrdə şəbəkə kafelərində masaların üzərindəki QR-kodların dəyişdirildiyi, nəticədə müştərilərin ödədiyi pulların naməlum şəxslərə çatdığı məlum olub.
Təhlükə niyə gözəgörünməzdir?
“QR-fişinq”in əsas təhlükəsi onun çətin sezilməsindədir. İnsanlar QR-kodları adətən təhlükəsiz hesab edir. Saxta kodun yapışdırılması bir neçə saniyə çəkir və vizual olaraq fərqi ayırd etmək çətindir. Üstəlik, bəzi hallarda dinamik “QR-fişinq”dən istifadə olunur. Kod rəsmi şirkətin loqosu və interfeysi olan səhifəyə yönləndirir, ödəniş məbləği avtomatik əlavə olunur və istifadəçi hər şeyin normal olduğunu düşünür.
Müşahidə kameraları da bu cür halların qarşısını almaqda çox vaxt effektiv olmur, çünki dələduzluq prosesi saniyələr içində baş verir.
Azərbaycan üçün risk varmı?
Azərbaycanda hələlik “QR-fişinq” halları geniş yayılmayıb və rəsmi müraciətlər yoxdur. Lakin mütəxəssislər bildirir ki, bu yalnız zaman məsələsidir. Ölkədə kafe və ticarət obyektlərində QR-ödənişlərin sürətlə yayılması, həmçinin dələduzluq üsullarının bir ölkədən digərinə asanlıqla “köçməsi” riski artırır. Üstəlik, bu sxem üçün xüsusi texniki biliklərə ehtiyac yoxdur – sadəcə printer kifayətdir.
Özünüzü necə qoruya bilərsiniz?
Mütəxəssislər bir neçə sadə qaydaya əməl etməyi tövsiyə edirlər: Fiziki QR-kodu diqqətlə yoxlayın. Üzərində yapışqan izi, qeyri-bərabər kənarlar varsa, skan etməyin.
Skan etdikdən sonra açılan saytın ünvanına baxın. Şübhəli domen görsəniz, dərhal səhifəni bağlayın.
Heç vaxt QR-kod vasitəsilə kart məlumatlarını əl ilə daxil etməyin – bu, təhlükəli əlamətdir.
Ödənişi təsdiqləməzdən əvvəl məbləği mütləq yoxlayın. Şübhə yaranarsa, obyektin əməkdaşından QR-kodun onlara məxsus olub-olmadığını soruşun.
Ekspertlər vurğulayır ki, diqqətli olmaq və sadə təhlükəsizlik qaydalarına əməl etmək “QR-fişinq” kimi dələduzluq üsullarından qorunmağın ən effektiv yoludur.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:107
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 03 Yanvar 2026 22:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see386

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see224

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see201

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see187

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see177

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see177

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see171

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see152

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see147

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see141

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see141

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see140

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see138

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see134

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see132

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see130

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see130

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see130

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see130

Real n keçmiş futbolçusunun sevgilisi döyüldü

05 Yanvar 2026 01:23see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri