Icma.az
close
up
RU
Dünyada təbiət qədər dəyərli heç nə yoxdur Leyla Əliyeva

Dünyada təbiət qədər dəyərli heç nə yoxdur Leyla Əliyeva

Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda keçirilən COP29 çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondunun Azərbaycana həsr olunan yeni nəşri təqdim edilib.

Publika.az xəbər verir ki, “Azərbaycan. Təbiətin sehrində” (Azerbaijan. Inspired by Nature) kitabı Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihə çərçivəsində nəşr olunub.

Layihənin ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, layihə rəhbəri Prezidentin köməkçisi Anar Ələkbərovdur.

Təqdimat mərasimində Prezidentin köməkçisi Anar Ələkbərov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, İSESKO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, İşa Xeyriyyə Fondunun təsisçisi, məşhur hindistanlı yoqin Sadhquru (Caqqi Vasudev) və başqaları iştirak ediblər.

Tədbirdə bildirilib ki, nəşrin COP29 günlərində təqdimatı təsadüfi deyil. Burada Azərbaycanın füsunkar təbiəti, flora və faunasına dair fotoşəkillər, müvafiq məlumatlar yer alıb. Kitab oxucuları Azərbaycanın ecazkar təbiəti ilə tanış etməklə yanaşı, bu zənginliyin əhəmiyyətini, onun qorunub saxlanılmasının vacibliyini gündəmə gətirir.

2020-ci ildən start götürən genişmiqyaslı layihə çərçivəsində çəkilən yüzlərlə foto arasında unikal kadrlarla yanaşı, nadir heyvan, quş və bitki növlərini də görmək olar. Layihə Azərbaycan təbiətinin müxtəlifliyini təsvir edərək ölkənin bütün regionlarını, milli parklar və qoruqlarını əhatə edib. Layihə üzrə videoçəkilişlər aparılıb, videoçarxlar və sənədli film hazırlanıb. Təqdimat zamanı sənədli filmin treyleri nümayiş olunub.

Tədbirdə çıxış edən Leyla Əliyeva kitabın hər kəsi təbiəti sevməyə və onu qorumağa səslədiyini bildirərək deyib: "Dünyada təbiət qədər dəyərli heç nə yoxdur. Biz hava ilə nəfəs alırıq. Susuz üç gün də yaşaya bilmərik. Torpaqdan, ağaclardan enerji alırıq, onunla qidalanırıq. Təəssüf ki, gün ərzində insan bunun haqqında çox az düşünür. İnanıram ki, bu kitabda toplanmış şəkillər Azərbaycanın gözəlliklərini təqdim edəcək, insanlara təbiəti sevməyi və qorumağı bir daha xatırladacaq. Atalarımız demişkən: "Gəzməzsən, bilməzsən". Hamıya Vətənimizi gəzməyə daha çox vaxt ayırmağı arzu edirəm. Mən bu möhtəşəm iş üçün bütün komandaya təşəkkürümü bildirmək istəyirəm və Lerikdə birlikdə keçirdiyimiz günləri heç zaman unutmayacağam. Bu kitab bizi təbiəti sevməyə və qorumağa çağırır. Təbiət bizə həyat bəxş edir, biz də onu sevməyi öyrənək".

Layihənin fotoqraflarından biri Aleksey Lyokin çəkilişlər zamanı fotoqraflar qrupunun ölkəmizin bütün guşələrinə səfər etdiyini, çəkilişlər apardığını, bütün rayonların nadir təbiəti ilə tanış olduğunu bildirib. Qeyd olunub ki, çəkilişlər təbiətin bütün gözəlliyini maksimum dərəcədə göstərmək üçün ilin bütün fəsillərində aparılıb.

"Layihə zamanı heyvanların həyatı, kiçik dostlarımızın ehtiyac duyduğu xoş münasibət haqqında daha ətraflı məlumat əldə etdik. Məsələn, Şirvan Milli Parkının ərazisində yaşayan ceyranlar dəniz suyu içməyə uyğunlaşıblar. Bunu izləmək, sadəcə, təəccüb doğurdu. Biz bütün ilboyu Azərbaycanda flaminqo çəkmək imkanını əldə etmişik. Miqrasiya yolu ölkə ərazisindən keçdiyi üçün onları Abşeron, Şirvan, Qızılağac və Ağgöl milli parklarında müşahidə etmək olar. Biz Azərbaycan ərazisindən, xüsusən Beşbarmaq dağının yerləşdiyi yerdən uçan çox sayda quşlar müşahidə edə bildik.

İşğaldan azad olunmuş ərazilərdə - Qarabağda və Şərqi Zəngəzurda çəkilişlər zamanı qeyri-adi hisslər yaşadıq. Qarabağ və Şərqi Zəngəzurun gözəlliyi göz oxşayır. Kəlbəcərdə yerləşən İstisu bulağı və Şuşadakı Çətir şəlaləsi möhtəşəmdir. Kəlbəcərdəki bazalt qayaları diqqəti cəlb edir”, - deyən A.Lyokin ən qədim yaşayış məskənlərindən biri sayılan Azıx mağarasında aparılan çəkilişləri də vurğulayıb. Bu yerlərdə sözlə ifadə edə bilməyəcəyimiz qədər inanılmaz duyğular yaşadıqlarını, bütün bu duyğuların filmdə əksini tapdığını deyib.

İşa Xeyriyyə Fondunun təsisçisi, məşhur hindistanlı yoqin Sadhquru (Caqqi Vasudev) təbiət və onun elementlərinin sıx əlaqəsindən, iqlim dəyişmələri nəticəsində baş verən dəyişikliklərdən danışıb. O, bəşər övladının evi olan təbiətin ayrı-ayrı komponentlərinin bir-biri ilə vəhdətindən bəhs edərək onları qorumağın vacibliyini vurğulayıb.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Azərbaycan. Təbiətin sehrində” nəşrinin ilk nümunələrini ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik və İşa Xeyriyyə Fondunun təsisçisi, məşhur hindistanlı yoqin Sadhquruya (Caqqi Vasudev) təqdim edib.

Qonaqlar nəşrdən zövq aldıqlarını qeyd ediblər.

Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, ötən müddətdə layihə həm də sosial şəbəkədə geniş işıqlandırılıb, bu platforma üzərindən müxtəlif maarifləndirici rubrikalar, müsabiqələr təşkil olunub. Bu isə daha geniş ictimaiyyətin layihə barədə məlumatlanmasına imkan verib.

Kitab Azərbaycan və ingilis dillərində hazırlanıb. Tezliklə, həmçinin nəşrə daxil olan fotolardan ibarət sərgi və lentə alınan sənədli filmin təqdimatı keçiriləcək.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu gün həmçinin COP29-un Yaşıl Zonasında yaradılmış yerli və xarici pavilyonları ziyarət edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://publika.az
archiveBu xəbər 13 Noyabr 2024 23:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri