Icma.az
close
up
RU
Dünyada temperatur 1,5 dərəcədən çox yüksələcək Xəbərdarlıq

Dünyada temperatur 1,5 dərəcədən çox yüksələcək Xəbərdarlıq

Sfera.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ümumdünya Meteorologiya Təşkilatının (WMO) bu gün yayımladığı hesabata əsasən, yaxın 5 il ərzində (2025–2029) qlobal səviyyədə istiləşmənin təhlükəli həddə çatacağı və Paris İqlim Sazişində müəyyən edilmiş 1,5°C-lik hədəfin müvəqqəti də olsa aşılacağı barədə ciddi xəbərdarlıq edilib.

Sfera.az “The Guardian” nəşrinə istinadən xəbə verir ki, WMO ekspertləri bildirirlər ki, sənaye öncəsi dövrlə müqayisədə orta illik temperaturun ən azı bir dəfə 1,5°C-dən artıq olma ehtimalı 86 faizdir. Bu isə son illər qlobal istiləşmənin sürətlə artdığını və iqlim dəyişikliyinin artıq gözlənilən gələcək yox, indiki reallıq olduğunu göstərir.

Eyni zamanda hesabatda qeyd olunur ki, bu dövrdə beş illik ortalama temperaturun 1,5°C həddini keçmə ehtimalı 70 faizdir. Hətta ilk dəfə olaraq bir ilin 2°C-dən çox istiliklə keçməsi ehtimalı da 1 faiz olaraq göstərilir.

Ən kritik bölgələrdən biri kimi Arktik göstərilir. Burada istilik artımının qlobal ortalama ilə müqayisədə 3,5 dəfə daha sürətli olacağı vurğulanır. Eyni zamanda Amazon meşələri daha çox quraqlıq riski ilə üzləşəcək və bu da onların karbon udma qabiliyyətini zəiflədəcək. Cənubi Asiya və Şimali Avropa bölgələrində isə yağıntıların artması və daşqın təhlükəsinin yüksəlməsi gözlənilir.

WMO rəsmiləri dünya liderlərini fosil yanacaqlardan istifadənin azaldılması, emissiyaların sürətlə kəsilməsi və təmiz enerji keçidinin sürətləndirilməsi üçün təcili tədbirlər görməyə çağırır. Ekspertlərə görə, əgər bu tədbirlər həyata keçirilməzsə, insan sağlamlığı, kənd təsərrüfatı, iqtisadiyyat və ekosistemlər üzərində dağıdıcı nəticələr qaçınılmaz olacaq.

Fidan Hacızadə
Sfera.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://sfera.az
archiveBu xəbər 28 May 2025 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri