Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

İraola: “Belə bir şey baş verməməlidir”

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Dünyada yalnız bir adada bitən unikal ağaclar tezliklə yox ola bilər

Dünyada yalnız bir adada bitən unikal ağaclar tezliklə yox ola bilər

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Göbələk formasında tacları və qan rəngində şirəsi ilə tanınan əjdaha ağacları yalnız Yəmənə məxsus Sokotra adasında yetişir. 

Qaynarinfo xəbər verir ki, "Independent" nəşrinin yazdığına görə, bu nadir ağac növü iqlim dəyişikliyi səbəbindən məhv olmaq təhlükəsi ilə üz-üzədir.

Sokotra adası Ərəb dənizində, Afrika Burnundan təxminən 240 kilometr məsafədə yerləşir. Adanın ekosistemi 825 bitki növünü əhatə edir, onların üçdə birindən çoxu yalnız burada rast gəlinir. Bu səbəbdən adaya UNESCO-nun Ümumdünya İrs Siyahısında yer verilib. Adada həmçinin butulka formalı ağaclar, ladanağacı və turistləri cəlb edən əjdaha ağaclarından ibarət meşələr mövcuddur.

Əjdaha ağacları təkcə botanik maraq doğuran bir növ deyil, həm də Sokotra ekosisteminin dayağıdır. Onların çətirə bənzər tacları duman və yağış suyunu torpağa yönləndirərək, ətrafdakı digər bitkilərin quraq iqlimdə inkişafına şərait yaradır.

Vaxtilə Sokotrada bu ağaclardan çox sayda olub. Lakin son illərdə artan siklonlar, adada sərbəst otlayan keçilər və Yəməndə davam edən vətəndaş qarşıdurmaları həm bu növü, həm də onun dəstəklədiyi unikal ekosistemi məhvə aparır. Alimlər xəbərdarlıq edirlər ki, müdaxilə olunmazsa, bu ağaclar bir neçə əsr ərzində tamamilə yox ola bilər və bununla yanaşı bir çox digər növlər də sıradan çıxacaq.

"Nature Climate Change" jurnalında 2017-ci ildə dərc olunmuş araşdırmaya görə, son onilliklərdə Ərəb dənizində güclü siklonların sayı xeyli artıb və bu prosesin nəticələrini Sokotranın əjdaha ağacları ödəyir.

Məsələn, 2015-ci ildə adanı ard-arda iki güclü siklon vurub və bu, misli görünməmiş dağıntılara səbəb olub. Bəzilərinin yaşı 500 ildən çox olan minlərlə ağac kökündən qopub. 2018-ci ildə isə bu fəlakət başqa bir siklonla davam edib. Alimlər bildirirlər ki, istixana qazlarının tullantıları artmağa davam etdikcə, fırtınaların intensivliyi də artacaq.

Lakin təbii fəlakətlər tək təhlükə deyil. Məsələn, şam və palıd ağacları ildə 60–90 sm böyüdüyü halda, əjdaha ağacları cəmi 2–3 sm inkişaf edir. Onlar yetkinliyə çatana qədər keçilər tərəfindən yeyilir. Hazırda bu ağacların cücərib böyüyə bildiyi yeganə yer – qorunan tingliklərdir.

"Əksər araşdırılmış meşələr artıq 'yetkin dövrünü keçmiş' hesab olunur – orada nə cavan ağac var, nə də cücərti. Sadəcə qocalmış, tədricən yıxılıb ölən ağaclar qalır və demək olar ki, təbii bərpa prosesi baş vermir,” – deyə biomüxtəliflik üzrə alim Alan Forrest bildirib.

Tingliklərdə ağacların çoxalması daha sabit və iqlim dəyişikliyinə qarşı dayanıqlı olsa da, Yəməndəki vətəndaş müharibəsi bu fəaliyyətləri maliyyə baxımından məhdudlaşdırır. Hökumət ölkənin sabitliyini təmin etməyə yönəlib və ekoloji məsələlərə yetərincə resurs ayıra bilmir.

Qeyd edək ki, daha əvvəl də Avropanın məşhur SPA kurortlarının iqlim dəyişikliyi səbəbindən təhlükə altında olduğu bildirilmişdi. Artan temperatur, daşqınlar və quraqlıqlar bu təbii mənbələri yox olmaqla üz-üzə qoyur.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 May 2025 23:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see342

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see313

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see276

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see264

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see260

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see250

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see248

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see246

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see243

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see239

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see235

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see234

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see228

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see223

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see219

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see219

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see219

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see209

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see202

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri