Icma.az
close
up
RU
Dünyada yeganə kristala qiymət qoya bilmirlər

Dünyada yeganə kristala qiymət qoya bilmirlər

Icma.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Yer üzündə ən nadir və qiymətli mineral daş almazdan da bahadır. Bunun səbəbi bu mineraldan bütün dünyada yalnız bir nümunənin olmasıdır. Kyautuit adlanan bu nadir, həmçinin qiymətsiz kristalın çəkisinin 1,61 karat olduğu deyilir.
Reyting.az
xarici KİV-lərə istinadla xəbər verir ki, kyautuitin rəngi sarımtıl-qəhvəyidir. Məhz buna görə də, əvvəllər bu kristalın yeni bir kəhrəba olduğu güman edilib. Bu kristalla bağlı aparılmış araşdırmalardan sonra məlum olub ki, kyautuit daşının ümumiyyətlə kəhrəba ilə heç bir əlaqəsi yoxdur.
Tədqiqatçıların sözlərinə görə, bu nadir və qiymətsiz kristal Yer üzündə indiyə qədər rast gəlinməyən yeganə nümunə olduğu üçün qiymətsizdir.
Elm adamları deyiblər ki, kristal haqqında məlumatlar heç də şişirdilmiş bədii obraz, mif yox, sübuta yetirilmiş elmi faktdır.
Müxtəlif dövrlərdə və həmçinin tamamilə fərqli məkanlarda tək nümunə olan nadir kristalın bənzərini tapmaq üçün dəfələrlə arxeoloji qazıntılar, araşdırmalar aparılsa da, unikal kyautuit kristalı hələ də tapılan yeganə təbii nümunə olaraq qalır. Üstəlik, bu nadir kristal ekspertlərin də qızğın müzakirəsinə səbəb olub.
Xatırladaq ki, 2010-cu ildə Myanmar gemoloqu Kiyu Tu Çaunqqidəki bazardan daha çox şeyititə bənzəyən bir daş alıb. Alıcı daha sonra da bu daşın tərkibini öyrənmək məqsədilə mütəxəssislərə bir nümunə göndərib. Tu əldə edilən nəticələri görəndən sonra isə başa düşüb ki, əslində onun əlində fərqli və sirli bir kristal var. Bu nadir mineralın tərkibini tam müəyyən edə bilməyəcəyini anlayan Kiyu Tu daha sonra Banqkokdakı ABŞ Gemoloji İnstitutu laboratoriyasına müraciət etməli olub. Amerika Gemoloji İnstitutu tədqiqatçıları müəyyən ediblər ki, bu daşın tərkibi əvvəllər elm aləmində yalnız sintetik formada tanınan vismut antimonata (Bi³⁺Sb⁵⁺O₄) yaxındır. Alimlər bildiriblər ki, bu kristalın quruluşu tamamilə unikal olduğu üçün hazırda təbiətdə buna bənzər heç bir daş yoxdur, çünki təbiətdə indiyə qədər bu cür nadir minerala təsadüf edilməyib.
Mütəxəssislərin sözlərinə görə, kyautuit qırmızımtıl rəngli, ağ zolaqlı və içərisində xarakterik içiboş damar borularla zəngin olan narıncı rəngə malikdir - onlar kəsmə gərginliyinin təsiri altında əmələ gəlib və məhz bu elementlər nadir kristalın əsas təbii mənşəyini təşkil edir. Həmçinin bu daşda titan, niobium, volfram, uranın izlərinin maqmatik mənşəyi var. Alimlərin fikrincə, çox güman ki, bu yeganə kristal nadir elementlərlə zəngin olan vulkanik qayaların xüsusi növlü peqmatitlərindən əmələ gəlib.
Alimlər qeyd ediblər ki, bu gün kyautuit uzun müddət dünyanın ən nadir daşları reytinqində birinci yeri tutan paintitdən də daha nadir və bahalı sayılır. Müqayisə üçün bildirilir ki, painitin bir karatı üçün 60.000 dollar qiymət qoyulur. Lakin nadir və bütün dünyada bir dənə olan Kiautuit kristalının dəyəri, qiyməti isə hələ təxmin olunmayıb.
Bu yeganə kristal nümunəsi Los Anceles Milli Tarix Muzeyində saxlanılır. Alimlərin fikrincə, onun mövcudluğu faktı bu nadir mineralı həm də elmi sirrə çevirib.
Oqtay QORÇU
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://reyting.az
archiveBu xəbər 28 Mart 2025 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri