Icma.az
close
up
RU
Dünyada yeni fəlakət riski: Azərbaycana da yaxınlaşır KONKRET

Dünyada yeni fəlakət riski: Azərbaycana da yaxınlaşır KONKRET

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hazırda dünyada bir neçə ciddi geosiyasi münaqişə eyni vaxtda davam edir. Ukrayna-Rusiya savaşı, İsrailin həm Fələstin, həm də İranla qarşıdurmaları qlobal sabitliyə mənfi təsir göstərir. Bildirilir ki, bu hadisələr, xüsusilə enerji və ərzaq tədarük zəncirlərinə təzyiq yaradır, məhsul qıtlığı riski ilə bağlı narahatlıqları artırır.

Davam edən geosiyasi münaqişələr ərzaq qıtlığına səbəb ola bilərmi? Azərbaycan bu risklərin qarşısını almaq üçün hansı tədbirlər görməlidir?

KONKRET.az xəbər verir ki, Globalinfo.az-a danışan qida məsələləri üzrə mütəxəssis Ağa Salamov deyib ki, münaqişələr ərzaq tədarükünü çətinləşdirir və bu da qıtlığa yol açır:

“Azərbaycan həm ixrac, həm də idxal edən ölkələr sırasındadır. Məsələn, xaricə meyvə-tərəvəz məhsulları ixrac edirik, İran və digər ölkələrdən pomidor, qarpız, yemiş, xiyar kimi ərzaqlar alırıq. Əsasən İran bazarı bizim üçün əhəmiyyətlidir. Müharibələr və qlobal gərginliklər isə idxala ciddi təsir göstərə və axını kəsə bilər. Belə vəziyyətlərdə çıxış yolu kənd təsərrüfatının inkişaf etdirilməsidir. Bu sahə təkcə iri fermerlər və oliqarxların biznes layihəsi kimi görülməməlidir. Əsas diqqət kiçik təsərrüfatlara, ailə və fərdi sahibkarlığa yönəlməlidir. Kəndlilərə torpaq becərmək, toyuq saxlamaq, arıçılıq və digər sahələrlə məşğul olmaq üçün şərait yaradılmalıdır”.

Mütəxəssis bildirib ki, kəndli məhsulunu sata biləcəyinə əmin olmalıdır:

“Dövlət real dəstək verməli, rüşvət və süni əngəllər aradan qaldırılmalıdır. Kənd təsərrüfatı yarmarkaları təşkil olunmalı, satış imkanları genişləndirilməlidir. Yəni bu, məmurların deyil, kəndlilərin işi olmalıdır. Gübrə və pestisidlər ehtiyacı olan ailə təsərrüfatlarına düzgün bölgü ilə çatdırılmalıdır”.

A.Salamovun sözlərinə görə, bu sahəyə diqqət ayrılsa, fərdi təsərrüfatlar çoxalar, ərzaq bolluğu yaranar və qıtlıq riskindən qorunarıq:

“Həmişə demişəm ki, kəndli bal arısı kimidir. Onlara şərait yaradılsa, bolluq olacaq. Əks halda, qıtlıq qaçılmazdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://konkret.az
archiveBu xəbər 18 İyun 2025 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see276

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see234

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see213

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see195

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see185

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see176

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see159

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see159

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see152

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see152

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see152

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see150

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see148

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see145

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see145

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see143

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see143

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see139

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see138

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri