Icma.az
close
up
RU
DOST Azərbaycana dünyada da dostlar qazandırır

DOST Azərbaycana dünyada da dostlar qazandırır

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən inqilabi islahatlar, ilk növbədə, əhalinin rifahının yaxşılaşdırılmasına, vətəndaş məmnunluğuna yönəlib. Beynəlxalq səviyyədə təqdir olunan Azərbaycan xidmət brendi – DOST konsepsiyası müasir dünyanın sosial innovasiyalar sahəsində qabaqcıl təcrübələri sırasına daxil edilib. Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliynin beynəlxalq arenada qazandığı uğurlar ölkəmizin sivil imicinə əlavə nüfuz gətirir. Müsahibimiz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədovdur.

– Fərid müəllim, DOST konsepsiyası dövlət sosial xidmətlərinin innovativ təqdimat üzərindən, vahid platformadan, tam şəffaf və operativ, vətəndaş rahatlığı və sadə prosedurlar əsasında göstərilməsinə xidmət edir. İstərdik ki, əvvəlcə DOST Agentliyinin fəaliyyəti və vətəndaşlara göstərilən xidmətlər barədə məlumat verəsiniz.

– Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli fərmanı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi yaradılıb. Vətəndaş məmnuniyyətinə doğru keyfiyyətcə yeni mərhələ açan DOST layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsüdür. “Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi”nin missiyası əhalinin əmək, məşğulluq və sosial müdafiə xidmətlərinə DOST mərkəzləri şəbəkəsi vasitəsilə müasir, operativ və elektron xidmətlərin tətbiqi ilə rahat çıxışını təmin etməkdir.

2019-cu il may ayının 9-da DOST Agentliyinin və ilk DOST Mərkəzinin açılışında Prezident İlham Əliyev sosial sahənin Azərbaycan üçün prioritet olduğunu, bu sahəyə çox böyük diqqət göstərildiyini qeyd edib. DOST Agentliyinin yaradılmasının bu istiqamətdə atılmış çox önəmli addım olduğunu vurğulayan dövlətimizin başçısı növbəti illərdə agentliyin fəaliyyətinin genişləndirilməsinin vətəndaşlar tərəfindən də çox yüksək qiymətləndiriləcəyinə əminliyini ifadə edib.

– Dövlətin sosial siyasəti, bu sahədə xidmətlərə əlçatanlılığın təmin edilməsi məqsədilə yaradılan DOST infrastrukturunun ölkəboyu genişləndirilməsi davam etdirilir. Gələcək üçün hansı hədəflər müəyyənləşdirilib?

– Agentliyin missiyası həssas qruplara dövlət qayğısının artırılması və vətəndaş məmnunluğunun təmin edilməsidir. Bu missiya innovativ həllərin tətbiqi ilə həyata keçirilir. Məqsədimiz sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açmaq, şəffaflıq və operativliyi təmin etmək, hər kəsə dost məramı ilə yanaşmaqdır. DOST mərkəzlərində ötən dövrdə 2,8 milyondan çox vətəndaşa xidmət göstərilib. Xidmətlərdən vətəndaş məmnunluğu səviyyəsi 98,2 faiz təşkil edir. DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində görülən işlər də təqdirəlayiqdir.

Hazırda ölkə üzrə 5-i Bakıda, 1-i Abşeronda, 1-i Bərdədə olmaqla 7 DOST mərkəzi əhaliyə xidmət edir. Həmçinin Zəngilan rayonunun Ağalı kəndində “Smart DOST” məntəqəsi və Qarabağ Regional DOST Mərkəzinin Şuşa filialı fəaliyyət göstərir. Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda DOST mərkəzlərinin qurulması üçün layihələr reallaşdırılır, təmir-tikinti işləri aparılır. İşğaldan azad edilmiş ərazilərimizə köçürülən sakinlərin də DOST xidmətləri ilə əhatə olunmaları üçün atılan addımların davamı olaraq bu ilin avqust ayında Qarabağ Regional DOST Mərkəzinin Kəlbəcər rayonunda DOST məntəqəsi istifadəyə verilib. Ümumilikdə, 14 regional DOST mərkəzi və ətraf rayonlar üzrə 64 kiçik filiallardan ibarət xidmət şəbəkəsi yaradılacaq və bütün ölkə əhalisinin DOST xidmətlərinə tam əlçatanlığı yaxın bir neçə il ərzində təmin olunacaq.

– BMT tərəfindən “İnnovativ ictimai xidmət həlləri” statusunda tanınan DOST təcrübəsini öyrənən ölkələrin sırası getdikcə genişlənir. Hansı ölkələr bu brendə daha çox maraq göstərir?

– Yaxşı və nümunəvi xidmət həmişə maraq doğurur. İldən-ilə xidmət keyfiyyətini yüksəldən DOST Agentliyi Azərbaycan brendi kimi beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir. Artıq bir neçə ölkə DOST təcrübəsini öyrənərək onu tətbiq etməyə başlayıb. Hazırda Özbəkistanda ilk DOST mərkəzləri fəaliyyət göstərir. Bundan başqa, Moldovada pilot layihələr həyata keçirilir. Serbiyada və Rumıniyada isə DOST mexanizmi əsasında elektronlaşma dəstəyi verilir. Bu isə o deməkdir ki, Azərbaycan sosial sahədə xidmətlərin göstərilməsi istiqamətində artıq qabaqcıl ölkələrlə eyni sıradadır və öz təcrübəsini uğurla təqdim edir. Eyni zamanda, DOST modeli komponentlərinin tətbiqi istiqamətində Xorvatiya ilə işgüzar əlaqələr qurulub. DOST Agentliyi Birləşmiş Millətlər Təşkilatı, Avropa Sosial Şəbəkəsi, Beynəlxalq Sosial Təminat Assosiasiyası kimi mötəbər beynəlxalq qurumlarla, o cümlədən yerli təşkilatlar, ali təhsil müəssisələri və dövlət qurumları ilə də fəal əməkdaşlıq edir.

– Qısa zamanda əhalinin etimadı və rəğbətini qazanan DOST konsepsiyası əmək, məşğulluq və sosial müdafiə sahələrində fəaliyyət göstərən beynəlxalq təşkilatlarda da yüksək dəyərləndirilir. DOST Agentliyinin layiq görüldüyü beynəlxalq mükafatların sayı da artır.

– DOST Agentliyi fəaliyyətini Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) standartlarına uyğun tətbiq edilən “İnteqrəedilmiş menecment sistemi” əsasında qurur. Agentlik Keyfiyyət İdarəetmə Sistemi, Müştəri məmnunluğunun təmin edilməsi və Şikayətlərin İdarəedilməsi, Rüşvət əleyhinə idarəetmə sistemi və s. istiqamətlər üzrə ISO sertifikatlarına, həmçinin ötən dövr ərzində 30 beynəlxalq mükafat və sertifikata layiq görülüb. Onlardan 5-i birincilik, 9-u finalçı və 16-sı standart, keyfiyyət və mükəmməllik sertifikatlarıdır. Bu ilin 29 sentyabr - 3 oktyabr tarixində Malayziyanın Kuala Lumpur şəhərində keçirilən Ümumdünya Sosial Təminat Forumu DOST Agentliyi üçün əlamətdar olub.

Onu da bildirək ki, agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) “Xidmət keyfiyyəti” meyarı üzrə Mükəmməllik Sertifikatı ilə təltif olunub, forum çərçivəsində keçirilən Beynəlxalq Sosial Təminat Video Festivalında isə Fəxri Diplomla (Certificate of Merit) mükafatlandırılıb. Mükafatlar BSTA-nın prezidenti Məhəmməd Azman tərəfindən təqdim edilib. Bundan başqa, DOST Agentliyinin İdarə Heyətinin sədri BSTA “Sosial Təminat Siyasətinin Təhlili və Araşdırılması üzrə Texniki Komissiyası”nın sədri seçilib.

Qərar BSTA Bürosunun Malayziyanın Kuala-Lumpur şəhərində keçirilmiş 132-ci iclasında Assosiasiyanın Prezidenti Məhəmməd Azmanın irəli sürdüyü təqdimat əsasında qəbul olunub. 160-dan çox ölkənin qurumlarını birləşdirən BSTA sosial təminat sahəsində ən nüfuzlu beynəlxalq təşkilatlardan biridir. Bu qərar Azərbaycanın sosial siyasət və idarəetmə sahəsində qlobal miqyasda artmaqda olan nüfuzunun göstəricisidir.

– Sosial xidmətlərin texnoloji gələcəyi necə təsəvvür edilir?

– Oktyabrın 24-də ölkəmizdə sosial xidmətlərin gələcəyinə həsr olunmuş beynəlxalq tədbir – SOCGOV 2025 konfransı keçiriləcək. “İnsan və transformasiya üçün Süni İntellekt” mövzusunda baş tutacaq konfrans sosial xidmətlərin gələcək inkişafı, yeni idarəetmə yanaşmaları və beynəlxalq təcrübənin paylaşılması baxımından mühüm platforma olacaq. Hesab edirəm ki, tədbir Azərbaycanın sosial xidmətlər sahəsində qlobal əməkdaşlığa inteqrasiyasını gücləndirəcək.

SOCGOV 2025 sosial sahədə innovativ dövlət idarəetməsinə yönəlmiş qlobal təsir imkanı olan təşəbbüsdür. Konfransın keçirilməsində məqsəd yerli və beynəlxalq ekspertləri bir araya gətirməklə sosial xidmətlər sahəsində sürətli inkişaf perspektivlərinin qiymətləndirilməsi, innovativ yanaşmaların, süni intellekt alətlərinin və müasir texnologiyaların tətbiq edilməsi ilə gələcək inkişaf yollarının müəyyənləşdirilməsidir. Konfransdan sonra sosial sahədə yeni strateji yanaşmaların formalaşacağına, ölkəmizin bu istiqamətdə daha da nüfuz qazanacağına inanıram.

DOST-u beynəlxalq səviyyədə daha da tanınan və nümunə götürülən bir qurum kimi formalaşdırmaq üçün bu tip tədbirlərin keçirilməsi olduqca vacibdir. SOCGOV 2025 sosial xidmətlərin gələcəyinə açılan yeni pəncərədir. Burada əldə olunacaq nəticələr Azərbaycanın sosial müdafiə sahəsindəki mövqeyini gücləndirməklə yanaşı, qlobal miqyasda da yeni əməkdaşlıqlar üçün zəmin yaradacaq. Dünyanın, təxminən, 20 ölkəsindən nümayəndə, o cümlədən 40-a yaxın ekspert mütəxəssis də konfransın işində yaxından iştirak edəcək.

Bu məclis vətəndaşların sosial müdafiəsində dayanıqlılıq və innovativlik mövzularını gündəmə gətirəcək. Ekspertlər rəqəmsal dövlət və süni intellektlə transformasiya, sosial xidmətlərdə süni intellekt və sosial inklüzivlik, həmçinin əmək bazarının gələcəyi, bacarıqların inkişafı və rəqəmsal sahibkarlıq mövzularında müzakirələr aparacaqlar. Konfransdan sonra sosial sahədə yeni strateji yanaşmaların formalaşacağına, ölkəmizin bu istiqamətdə daha da nüfuz qazanacağına inanıram.

– Ətraflı məlumata görə təşəkkür edirik.

Müsahibəni qələmə aldı:
Mustafa KAMAL
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:267
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Oktyabr 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see380

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see245

Müctəba Xameneinin müalicə olunduğu xəstəxana bombalanıb Yeni təfərrüat

27 Sentyabr 2026 10:08see237

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see231

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see221

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see219

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see208

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see197

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see196

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see194

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see193

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see192

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see191

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see189

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see189

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see186

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see185

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see183

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see179

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri