Icma.az
close
up
RU
Dünyanı aldatmaq üçün Qarabağdan tapılan nadir eksponatları oğurlayıblar

Dünyanı aldatmaq üçün Qarabağdan tapılan nadir eksponatları oğurlayıblar

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"2019-cu ildə ermənilər Qarabağda qanunsuz arxeoloji qazıntılar zamanı yaşı təxminən 3000-2500 il əvvələ gedib çıxan tunc dövrünə aid bu heykəli oğurlayıb aparıblar".

Ölkə.Az xəbər verir ki, bunu tarix üzrə araşdırmaçı,dosent Zaur Əliyev qeyd edib. O bildirib ki, bu gün erməni "alimləri" bu heykələ yüzlərlə saxta tarix yapışdırmağa cəhd edirlər:

“Gah onu Tiqrana, gah "qədim Ermənistan”a (?) və sairəyə bağlamaq üçün məqalələr yazırlar. Lakin heç biri tutarlı və dəqiq fakt ortaya qoya bilmirlər. Çünki bu coğrafiyada ermənilərə aid qədim heç nə yoxdur deyə istinadla yanaşı, onun laborator analizini belə etməyə çəkinirlər. 
Fiqurun əlində qalxan və gürz tutması onun bir döyüşçünü təmsil etdiyini göstərir. Bu cür heykəl fiqurları "antropomorfik fiqurlar" adlanır. Sol əldəki qalxan o dövrün müdafiə taktikasını göstərir. Qalxan çox vaxt günəş simvolu kimi də qəbul edilirdi. Sağ əldəki gürz və ya toppuz gücü, hakimiyyəti və ilahi qüdrəti təmsil edirdi.  Bu cürə simvollar isə heç bir erməni tarixində olmayıb. Çünki onların inanc sistemi Azərbaycan coğrafiyasında yaşayan aborigen Türk, Talış və Şahdağ xalqlarına əsla bənzəmir. 

Azərbaycanın Gədəbəy, Daşkəsən və Qarabağ bölgələrində aparılan qazıntılar zamanı (Xocalı-Gədəbəy mədəniyyəti) buna çox bənzər tunc insan və heyvan fiqurlarının tapılması Çar Rusiyası, Sovetlər dövründə və müstəqillik illərində alimlər tərəfindən təsdiq edilib.
Azərbaycan heykəltaraşlığı öz mənşəyinə görə bir çox tarixi, bədii yaradıcılıq ənənələrinə bağlıdır ki, bunların da kökləri orta daş dövrünə aid Qobustan qəbilələrinə gedib çıxır ki, onların yaratdıqları  qaya təsvirləri bu sahədə ilk nümunələr sayıla bilər.

Qədim insanlar inanırdılar ki, bu cür kiçik heykəllər döyüş zamanı onları ruhən qoruyur. Şəkildəki qalxan və silah Azərbaycanın qədim qayaüstü rəsmlərində, Qobustan və Gəmiqayada rast gəlinən silahlı insan təsvirləri ilə ideoloji cəhətdən üst-üstə düşür.
Şəkildəki fiqur "Qafqaz tunc sənəti" ailəsinə daxildir. Bu sənət növü Azərbaycandan keçərək həm şimala, həm də cənuba yayılmışdır. Ona görə də bu fiqurun Qarabağda tapılması Azərbaycan mədəniyyətinin bir hissəsi olmasını bir daha təsdiq edir”.

Z.Əliyevin sözlərinə görə, Qarabağda tapılan bu cür yüzlərlə nümunələrı oğurlamaqla  "qədim erməni sənəti" kimi təqdim etməklə, öz tarixlərini süni şəkildə min illərlə geriyə çəkməyə çalışırlar:

“Bəllidir ki, arxeologiya sahəsində tapılan hər bir qədim eksponat tarix və siyasətdə güclü silahdır.

Ermənilər işğal etdikləri ərazilərdə qanunsuz qazıntılar apararaq tapılan hər bir tunc fiquru və ya saxsı qabı "erməni izi" kimi qələmə verirlər ki, özlərini "qədim" olduqlarını savadsız kütləyə göstərə bilsinlər.  Halbuki ciddi alimlər və tədqiqatçılar bilirlər ki, həmin fiqurlar o dövrdə yaşamış yerli xalqlara aiddir. 

Minlərlə tunc kəmər, fiqur, silah və digər eksponatlar İrəvana daşındı. Orada isə bu əşyaların pasportları dəyişdirilərək "Ermənistan ərazisindən tapılmışdır" etiketi ilə dünya muzeylərinə və sərgilərinə çıxarıldı. Saxtakar ermənilər başa düşmürlər ki, bu etdikləri Haaqa Konvensiyasına görə hərbi cinayət sayılır.

Ermənilər özlərini "ağıllı" sayırlar, lakin başa düşə bilmirlər ki, peşəkar insanları, alimləri tədqiqatçıları aldada bilməzlər. Onlar sadəcə öz özlərini aldada bilərlər. 

Bu proses sadəcə bir əşyanı götürmək deyil, "mədəni soyqırımı"dır. Bu gün dünyanın nüfuzlu alimləri, hətta erməni alimləri onların bu torpaqlara gəlmə olduqlarını yüzlərlə faktlarla sübut edirlər. Lakin Hindistanın Kəlküttə və Mədrəs ərazisinin sakinləri olan boşalar dünyanı aldatmaq üçün yerli, qədim bir mədəniyyət obrazı yaratmağa cəhd edirlər ki, bunun də bir istiqaməti Qarabağdan tapılan nadir arxeoloji eksponatları oğurlamaqdır”.

Billurə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Dekabr 2025 12:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri