Icma.az
close
up
RU
Qarabağdan getmiş ermənilər üçün görün NƏ təklif edildi

Qarabağdan getmiş ermənilər üçün görün NƏ təklif edildi

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qarabağı könüllü şəkildə Ermənistana köçən edən ermənilərin bu ölkədə daimi məskunlaşdırılması üçün İrəvan və Abovyan ətrafında “Nor Artsax” adlı yaşayış məhəllələrinin salınması təklif edilib.

Turkustan.az erməni mediasına istinadən xəbər verir ki, bu təkliflə Avrasiya Ekspert Klubunun koordinatoru, siyasi analitik Aram Safaryan çıxış edib.

Safaryanın iddiasına görə, ötən müddətdə Qarabağdan köçən ermənilərin təxminən 15 faizi artıq Rusiyaya gedib. Bir çox ailə isə Fransa və ya ABŞ-a köçmək imkanının yaranacağına ümid edir. Təxminən 15 min nəfərin Ermənistan vətəndaşlığı aldığı, digərlərinin isə hələlik gözləmə mövqeyində olduğu bildirilir.

Ermənilərin bir hissəsinin Azərbaycana qayıtmaq ümidləri barədə danışan Safaryan bunu “siyasi məsələ” adlandırıb və məsələnin həllinin uzunmüddətli beynəlxalq siyasi proseslərdən asılı olduğunu söyləyib. Bunun əvəzinə o, hazırda Ermənistan ərazisində yaşayan köçkün ermənilərin mənzillə təmin edilməsi barədə dövlət səviyyəsində prinsipial qərar qəbul olunmasını təklif edib.

Onun fikrincə, belə məhəllələr İrəvanda artıq mövcud olan Kilikiya, Sebastiya, Malatya, Harberd, Nor Areş, Arabkir, Zeytun və Maraş kimi yaşayış məntəqələri ənənəsinin davamı ola bilər. Siyasi analitik öz təklifini əsaslandırmaq üçün tarixi nümunələrə də müraciət edib. O, 1946–1949-cu illərdə 90 mindən çox erməninin Sovet Ermənistanına köçürüldüyünü, onların dövlət dəstəyi ilə İrəvan, Gümrü, Vanadzor, Abovyan və digər şəhərlərdə bütöv yaşayış rayonları və qəsəbələr saldıqlarını xatırladıb.

Safaryan etiraf edib ki, həmin şəxslərin bir hissəsi sonradan Avropa və ABŞ-a mühacirət etsə də, onların yaratdığı məhəllələr Ermənistanda qalıb. Safaryanın sözlərinə görə, Qarabağdan köçən ermənilərin Ermənistanda yerləşdirilməsi yalnız onların mənzillə təmin olunması ilə məhdudlaşmamalıdır. O, yeni yaşayış məhəllələrində bazar günü məktəblərinin, icma mərkəzlərinin və mədəniyyət təşkilatlarının yaradılmasını da təklif edir. Onun fikrincə, bununla həmin qrup ermənilərin dialektinin, ənənələrinin, mədəni xüsusiyyətlərinin və tarixi yaddaşının qorunması mümkün olar.

Beləliklə, erməni siyasi analitikin irəli sürdüyü plan Qarabağdan köçən ermənilərin Ermənistanda müvəqqəti deyil, faktiki olaraq daimi məskunlaşdırılmasını, onlar üçün ayrıca yaşayış məhəllələrinin və icma infrastrukturlarının yaradılmasını nəzərdə tutur. Təklifin ən diqqətçəkən tərəfi isə İrəvan və Abovyan yaxınlığında bu məqsədlə “Nor Artsax” (“yeni artsax”) adlandırılacaq yaşayış rayonlarının salınması ideyasıdır./Musavat.com

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 20 İyul 2026 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri