Dünyanı dəhşətə gətirən cinayət işində 2 il öncəki açıqlaması gündəm oldu Video
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
ABŞ Ədliyyə Departamentinin cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunmuş və daha sonra həbsxanada ölü tapılmış Ceffri Epşteynin işi ilə bağlı genişmiqyaslı arxiv məlumatları ictimaiyyətə açıqlaması dünyada səs-küyə səbəb olub. Bu, artıq sadəcə fərdi cinayət işi deyil, həm ABŞ, həm də qlobal mediada güc, cəzasızlıq və şəffaflıq məsələlərinin simvolu kimi gündəmi zəbt edib.
“Qafqazinfo” xəbər verir ki, bu məqamda türkiyəli jurnalist Ayşe Arman instaqram hesabında “Epşteyn adası”nda türkiyəli uşaqların olub-olmaması məsələsini qaldırıb.
“Toplumsal Cinsiyet Eşitliği” (“Gender bərabərliyi”) adlı hesabda qarşısına çıxan bir videonu paylaşan jurnalist bu görüntülərin “Epşteyn işi” ilə əlaqədar materiallardan götürülə biləcəyini bildirib. O, videoda səsi eşidilən uşağın Türkiyə türkcəsində “anneciğim” (“ana”) deyə qışqırdığını iddia edib. Arman Türkiyənin ədliyyə sisteminin uşaq istismarı kimi bir iddiaya ciddi yanaşacağına ümidvar olduğunu dilə gətirib. Daha sonra sözügedən görüntülər sosial şəbəkələrin Türkiyə seqmentində geniş yayılaraq ciddi müzakirə yaradıb.
Hadisələr fonunda digər türkiyəli məşhur jurnalist Fatih Altaylının 2024-cü ildə iştirak etdiyi verilişdə səsləndirdiyi fikirlər gündəmə gəlib. Rəsmi statistikaya istinadən çıxış edən jurnalist hər il Türkiyədə təxminən 10 min uşağın itkin düşdüyünü bildirib.
“Türkiyədə son 8 il ərzində 98-100 min uşaq itkin düşüb. Dövlətin rəsmi məlumatlarına görə, hər il Türkiyədə təxminən 10 min, hər ay isə 1000-1200 arası uşaq itkin düşür… Onların qaçırılması, ölkə xaricinə aparılması, ölkə daxilində itkin düşməsi, orqan mafiyasının qurbanı olması barədə heç bir konkret məlumatımız yoxdur”, - F.Altaylı vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 03 Fevral 2026 10:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















