Icma.az
close
up
RU
Dünyanı hərblə bölüşdürürlər, İranı şeirlə

Dünyanı hərblə bölüşdürürlər, İranı şeirlə

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Səudiyyə Ərəbistanında keçirilən ABŞ - Rusiya tarixi görüşü bir növ Çemberlenin, Daladyerin Hitlerlə Mühendəki görüşünün eynisi kimi desək, heç də yanılmış olmayacağıq ki, ondan sonra dünya Almaniyanın əsl simasını görüb, dəhşətə düşdü. Ər-Riyadın klassik üslubda bəzənmiş parlaçama və bölüşdürülmə kabinetindən üç vacib nəticə çıxacaq:

1. Ukraynanın taleyinin müəyyənləşməsi
2. İranın gələcəyi
3. Çinin aqibəti.

Hər biri ilə bağlı ayrıca baxışlar söyləmək mümkündür: Amma birinci iki ilə hər mərkəz öz istəyinə qovuşub, üçüncü üzərində bölgü (tərəfsizlik) niyyətindədirlər.
Ukraynda Rusiya aspektində Şərqi Avropaya pis xəbərlər, Qərbi Avropaya isə "Alçaldılmış və təhqiredilmiş" gələcək vəd edir.

İran məsələsinin kökündə Yaxın Şərq - İsrail və qlobal kommunkasiya dayanır.
Çin isə - Sakit Okean doktrinasının icrasına başlamaq üçün ABŞ-la Rusiyanın razılaşmasını gözləyir.
Dünyanın digər iki aktoru (Britaniya və Fransa) isə faktiki süst durumda - yekunda real bir gücün yanında yer alacaqları günü gözləyirlər.

Lakin Çinlə rəqabət mümkündürmü?
Rusiya nə qədər "sözünü tutacaq"?
Bölgünün şərtlərinə əməl ediləcəkmi?

Görünür ki, Çinə dair 2030 baxışlarını icra etməyə ABŞ-ın bəlkə də gücü çatmayacaq, amma real olan həmişəki kimi, qan və göz yaşı əskik olmayan Yaxın Şərqə olacaq.
İran masadadır və güman ki, bu gecə Rusiya onu ən azı tarixdə 5-ci dəfə olduğu kimi qərblə bölüşdürməyə hazırlaşır.

Amma kiçik Suriyanın böyük modeli olan İranla bağlı hadisələrin dağıdıcı gücü nə Ukraynaya bənzəyir, nə də müəmmalı Çinə...

İran və kurioz olaylar həmişə aşağıda yazdığım kimi, əkizdir:
1. Deyilənə görə, İran Rusiya ilə müharibədə (1813-1828) məğlub olduqdan sonra Fətəli şah öz ordusunun niyə belə zəif olduğunu anlamaq üçün "gülləkeçirməz qalxan" hazırlatdırıb öz üzərində sınamaq istəyirdi. Saray alimləri və silah ustaları şahı son anda bu fikirdən daşındıra bildilər. Amma həyatını itirməsə də Güney Qafqazı, Azərbaycanı birdəfəlik itirmişdi.
2. Daha bir nağıla görə, İranı iki böyük güc (Rusiya və Britaniya) 1907-ci ildə faktiki olaraq böləndə Qacar şahı Məhəmmədəli şah bu xəbəri eşidəndə sarayındakı güzgülərin hamısını qırdırdı, çünki ölkəsinin parçalanmasını qəbul edə bilmirdi. Bu dövrdə İranın elitası o qədər zəif idi ki, şah Rusiya səfirinə "Siz bizim torpaqlarımızı böldünüz, bəs bizə nə qaldı?" sualını vermişdi. Səfir isə cavab vermək əvəzinə çayını içməyə davam etmişdi. Sulaına cavab tapmayan Şahın ölkəsi səfirin stəkanında yaranan adi dalğayla müstəqilliyini Rusiya və Britaniyaya "bağışlamışdı".
3. 1941-ci ildə Britaniya və SSRİ İranı işğal edəndə Rza şah sarayında gizlətdiyi böyük qızıl ehtiyatını qaçırmağa çalışdı.
Bu qızılların bir hissəsi Almaniyaya göndərilmək üçün qatara yüklənmişdi, lakin Britaniya casusları son anda marşrutu dəyişərək qızılları ələ keçirdi. Canı qızıldan qiymətli Şah devrildi, sürgünə göndərildi, onun yerinə Qərbə daha yaxın olan oğlu Məhəmməd Rza şah hakimiyyətə gətirildi.
4. İslam İnqilabı zamanı devrilən şah ölkədən qaçmazdan əvvəl 70 yaşlı keçmiş baş naziri Bahtiyarı tələsik vəzifəyə gətirdi, çünki onun ABŞ-ın etibarını qazanacağına inanırdı.
Xomeyni isə Bahtiyarı "xain" elan etdikdən sonra, Tehranın ən böyük stadionuna insanları yığıb onlara Bahtiyarın istefa məktubunu canlı yayımla oxutdurdu. İslam Respublikası elan olundu, şah isə İrana bir daha qayıda bilmədi.
5. İmam Xomeyni öldükdən sonra onun tabutu izdihamın arasında daşınarkən minlərlə insan onuaçmağa çalışdı və tabut yerə düşdü.
Dövlət mediası Xomeyninin cəsədinin yerə düşmədiyini elan etsə də, əslində canlı yayımda tabutun barmaqlandığı aydın görünürdü. Xamenei rəhbər seçildi və İranın dini diktaturası daha da möhkəmləndi.

50-ci illərdə Abadandakı neft quyularında çalışan ingilislər üçün inşa edilən klubun üzərinə elə belə də yazılmışdı: Köpəklər və İranlılar girə bilməz!
İran yeni bir kuriozun həndəvərindədir. Tarix yenidən bir bölgünü göstərmək üzrədir.
Qoca imperiya Şəhriyarın iki misrası ilə, Ərdoğanın bir beyti ilə silkələnir.

Bir uçaydım bu çırpınan yelinən,
Bağlaşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən,
Bir görəydim ayrılığı kim saldı?
Ölkəmizdə kim qırıldı, kim qaldı?

Əziz Əlibəyli
Siyasi şərhçi, Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat xidmətinin rəhbəri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 19 Fevral 2025 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see339

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see329

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see321

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see312

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see307

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see299

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see293

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see282

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see275

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see271

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see251

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see234

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see231

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see222

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see219

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see214

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see196

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see187

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see181

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri