Trampdan dünyanı sarsıdan bəyanat: “İranı yox edəcəyik” KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp Ağ Evdəki çıxışı zamanı İranla bağlı gərginliyi son həddə çatdıran bəyanatla çıxış edib.
KONKRET.az xəbər verir ki, “Sky News”un yaydığı məlumata görə, dövlət başçısı ABŞ-ın hərbi qüdrətinin bütöv bir ölkəni çox qısa zamanda məhv etməyə qadir olduğunu vurğulayıb.
Prezident Tramp çıxışında hərbi variantların masada olduğunu açıq şəkildə ifadə edərək deyib: “Bütöv bir ölkəni bir gecəyə aradan qaldırmaq olar. Bu, hətta sabah gecə də baş verə bilər”. Onun bu sözləri Vaşinqton və Tehran arasındakı qarşıdurmanın artıq geri dönülməz bir mərhələyə daxil olduğunun göstəricisi kimi qiymətləndirilir.
Bu bəyanat, Trampın daha əvvəl İranın infrastrukturuna və strateji obyektlərinə yönəlik sərt xəbərdarlıqlarının davamı hesab olunur. Regionda hərbi hazırlıqların artdığı bir vaxtda ABŞ liderinin “bir gecədə məhv etmə” hədəsi beynəlxalq ictimaiyyətdə böyük narahatlıq doğurub. Hazırda bütün dünyanın diqqəti sabahkı gecəyə və tərəflərin atacağı növbəti addımlara yönəlib.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 06 Aprel 2026 22:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















