Icma.az
close
up
RU
Dünyanı heyrətləndirdi: Maaşını işçiləri ilə bərabərləşdirdi, onlara ev almağa yol açdı

Dünyanı heyrətləndirdi: Maaşını işçiləri ilə bərabərləşdirdi, onlara ev almağa yol açdı

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-nin Sietl şəhərində fəaliyyət göstərən “Gravity Payments” ödəmə şirkətinin baş direktoru Den Prays 2015-ci ildə verdiyi radikal qərarla bütün dünyanın diqqətini çəkib. Bu qərar nədən ibarət idi? 

“Sherg.az” “Milliyet.com.tr”yə istinadən təqdim edir. 1984-cü ildə Aydahoda anadan olan Den Prays uşaqlıq illərində musiqi ilə maraqlanıb və gənc yaşlarından gitara çalmağa başlayıb. Bununla belə, onun əsl həvəsi texnologiya və sahibkarlıq olub. 19 yaşında olarkən qardaşı Lukas Priç ilə Sietldə “Gravity Payments” şirkətini qurub. Kiçik biznes üçün uyğun ödəniş sistemləri hazırlayan şirkət qısa müddətdə böyüyüb. Den Prays 31 yaşında milyonlarla dollar dəyərində sərvətə malik bir şirkətin baş direktoru olub. Lakin bir gün dostu ilə gəzinti zamanı narahatedici həqiqətlə qarşılaşıb. Gəzərkən dostu ona həyatının xaos içində olduğunu, ev sahibinin aylıq kirayə haqqını qaldırdığını və hesabı ödəməkdə çətinlik çəkdiyini bildirib. Bu sözlər onu həm qəzəbləndirib, həm də əsəbiləşdirib. D.Prays dostunun dolanışığını təmin etmək üçün iki işdə işlədiyini biləndə ABŞ-dəki gəlir bərabərsizliyi haqqında fikirlərini sorğulamağa başlayıb. O, ildə 70.000 dollar qazanan fərdlərin xoşbəxtliyinin əhəmiyyətli dərəcədə artdığını göstərən bir məqalə oxuyub və bu, onun qərarını formalaşdırıb. İldə 1,1 milyon dollar (təxminən 43 milyon lirə) qazanan Priç, işçilərinin çoxunun dolanmaq üçün çətinlik çəkdiyini anlayınca dramatik bir addım atmağa qərar verib. Həmin ilin aprelində o, öz maaşını kökündən azaldacağını və bütün işçilərinin maaşlarını minimum 70 min dollara (təxminən 2 milyon 700 min lirə) çatdıracağını açıqlayıb. Onun qərarının əsasını təkcə fərdi fədakarlıq deyil, həm də sistemin dərin tənqidi təşkil edirdi. Bu qərar həm şirkət daxilində, həm də mediada böyük əks-səda doğurdu. O, nəinki öz maaşını kəsib, iki evini də girov qoyub, səhmlərindən, əmanətlərindən imtina edib. O vaxtdan bəri “Gravity”də gözlənilməz dönüş baş verib. İşçi qüvvəsi iki dəfə artıb və dəyəri hər il 3,8 milyard dollardan 10,2 milyard dollara yüksəlib. D.Prays. "Bu elandan dörd il yarım şirkətimizin 10 faizindən çoxu ABŞ-nin ən bahalı şəhərlərindən birində kirayəçilər üçün öz evlərini ala bilib. Əvvəllər bu rəqəm yüzdə 1-dən az idi. D.Priçin qeyri-adi qərarı müsbət və mənfi reaksiyalara səbəb olub. Bəzi dairələr onu “müasir Robin Qud” kimi tərifləsə də, digərləri onun qərarının şirkəti batıracağını iddia edirdilər. Hətta qardaşı Lukas da bu strategiyaya qarşı çıxıb və şirkəti tərk edib. Ancaq nəticələr tənqidçiləri təəccübləndirib. “Gravity Payments” işçilərinin məşğulluğu və məhsuldarlığı,  müştərilərin sayını əhəmiyyətli dərəcədə artıb. Şirkət iki il ərzində mənfəətini iki dəfəyədək artırıb. D.Priç təkcə şirkəti ilə deyil, sosial şəbəkələrdəki paylaşımları ilə də diqqət çəkib. Onun gəlir bərabərsizliyi, işçilərin hüquqları, gender ədalətsizliyi və iş dünyasındakı zəhərli liderlik yanaşmaları ilə bağlı tənqidləri milyonlarla insana çatdı. Sosial mediada yüz minlərlə izləyicisi olan Prays qısa zamanda “iş dünyasının vicdanı” kimi tanınmağa başlayıb. Lakin haqqında bəzi xoşagəlməz iddialar da səslənib. D.Prays bu iddialara qarşı özünü belə müdafiə edib: "Bu saxta ittihamların yalan olduğunu məhkəmədə sübut edəcəyəm. O vaxtdan bəri dəfələrlə dediyim kimi, mən heç vaxt özümü fiziki və ya cinsi cəhətdən heç kimə qarşı təcavüz etməmişəm”. Onun hekayəsi qəhrəmanlıq və ziddiyyət arasında dəyişən bir portret çəkir və bu, həm də bizi iş dünyasında daha ədalətli bir nizamın mümkün olub-olmadığını sualı altına qoyur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 İyun 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri