Icma.az
close
up
RU
Azərbaycan bütün dünyanı heyrətləndirdi: Deputat

Azərbaycan bütün dünyanı heyrətləndirdi: Deputat

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Ölkə Prezidenti cənab İlham Əliyevin fəaliyyətindən bəhs olunarkən əlbəttə ki, Azərbaycanın 2020-ci ildə apardığı 44 günlük Vətən müharibəsində əldə olunmuş parlaq tarixi Qələbə və bu qələbədən doğan möhtəşəm nəticələr xüsusi qeyd olunmalıdır. Dövlət başçımızın gələcəyə xidmət edən strategiyası sayəsində bu gün təkcə Azərbaycanın deyil, ümumilikdə Cənubi Qafqazın beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni imkanlar açılmışdır.

Gununsesi.info xəbər verir ki, bu sözləri deputat Kamaləddin Qafarov deyib.

Onun fikrincə, münaqişənin həlli regionun təhlükəsizliyi və kommersiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir.

“Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Əlbəttə ki, parlaq qələbələrimizdən daha biri kimi keçən ilin sentyabr ayında keçirilmiş bir günlük antiterror əməliyyatının nəticələri göstərilməlidir. Bu tədbir nəticəsində Azərbaycan özünün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş oldu. 2023-cü il oktyabrın 15-də Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldıran Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciətlə etdiyi çıxışında bu sözləri dedi: “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq”. Bu gün artıq bütün dünya Azərbaycan Prezidentinin hər bir vədinə mütləq əməl edən qətiyyətli bir siyasi lider olduğunu bilir”.

Bu gün Azərbaycanın bütün dünyada islahatlar ölkəsi olaraq qəbul edildiyini vurğulayan K.Qafarov ölkəmizin qlobal miqyasda tanınan nailiyyətlərindən bəhs edib:

“Diqqətəlayiq faktlardan biri kimi qeyd edə bilərik ki, Dünya Bankının “Doing Business” 2019-cu ilin hesabatında Azərbaycanın dünyanın ən çox islahat aparan ölkəsi elan olunması və 190 dövlət arasında 25-ci yeri tutması da ölkəmizin dünya birliyinə uğurlu inteqrasiyasının göstəricilərindən biridir. “Doing Business 2020” hesabatında isə Azərbaycan daha 5 pillə irəliləyərək ən islahatçı 20 ölkə sırasına daxil edilib. Xüsusi nailiyyətlərdən biri də əlbəttə ki, Azərbaycanın artıq “kosmik ailənin” üzvü olmasıdır. Ölkənin iqtisadi qüdrəti və yeni texnologiyaların təşviqi sahəsində əldə olunan uğurlar nəticəsində Azərbaycan 2013-cü ildə ilk süni peykini orbitə çıxararaq dünya kosmos ailəsinin üzvünə çevrilib. 2013-cü ildə “Azerspace-1” telekommunikasiya, 2014-ci ildə “Azersky” Yerin məsafədən müşahidəsi, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxarılıb.”

K.Qafarov Prezident İlham Əliyevin yürütdüyü siyasət sayəsində ölkəmizin qısa zamanda dünyada tolerantlıq məkanı olaraq tanındığını və bu günlərdə Bakıda öz işini başa çatdırmış BMT-nin İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) da bunun daha bir möhtəşəm təsdiqi olduğunu diqqətə çatdırıb:

“Azərbaycanın sədrliyi ilə keçən və bu günlərdə öz işini başa çatdırmış COP29 möhtəşəm nəticələri ilə bütün dünyanı heyrətləndirdi. Təsadüfi deyil ki, Ölkə Prezidenti İlham Əliyev bu tədbirin ən yüksək səviyyədə keçirildiyini vurğulayaraq Bakı COP tədbirinin ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcəyini xüsusi qeyd edib. Dövlət başçımızın təşəbbüsü və səyləri ilə bütün proses boyunca Azərbaycan, ilk növbədə, inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırışlar etdi. Nəticə olaraq bütün dünya tarixi Bakı nailiyyətinə şahid oldu. COP29-a ev sahibliyi etmək hüququnun Azərbaycana verilməsi bizim ölkəyə beynəlxalq aləmdə göstərilən böyük hörmətin əlamətidir və ölkəmizin fəal rolunun yüksək qiymətləndirilməsi deməkdir. Bütün bu uğurların əsasında isə cənab Prezident İlham Əliyevin beynəlxalq aləmdə sahib olduğu yüksək şəxsi nüfuzu, dövlət başçımızın məqsədyönlü fəaliyyəti və həyata keçirdiyi praqmatik müstəqil siyasət kursu durur”.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 24 Dekabr 2024 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri