Icma.az
close
up
RU
Dünyanı sarsan Epşteyn skandalı: Zərərçəkmişlər ilk dəfə danışdı

Dünyanı sarsan Epşteyn skandalı: Zərərçəkmişlər ilk dəfə danışdı

Icma.az bildirir, Olke.az portalına istinadən.

Milyarder Cefri Epşteynin zərərçəkmişləri, yaşadıqları cinsi istismarı ilk dəfə bir araya gələrək gözyaşları içində açıqlayıblar. Onlar, Epşteynin qurbanlarının gözlərindəki qorxudan zövq aldığını və bu qorxunun onun gücünün əsas mənbəyi olduğunu bildirdilər.

Ölkə.az “En Son Haber”ə istinadən xəbər verir ki, 2000-ci illərin əvvəllərindən etibarən gənc qızları sistemli şəkildə cinsi istismara və insan qaçaqçılığına məruz qoyan Epşteyn, 2019-cu ildə həbsxanada ölü tapılıb.  ABŞ Ədliyyə Nazirliyinin milyonlarla səhifəlik Epşteyn sənədlərini açıqlaması ilə zərərçəkmişlərin şəxsiyyətləri üzə çıxdı və illərlə susan qadınlar danışmağa başladı. Sənədlər Epşteynin “masaj” adı altında başlayan istismarlarının xüsusi təyyarə səfərləri, Nev Mexicodakı “Zorro” ferması və Karib dənizindəki özəl adasına qədər uzandığını göstərib.

“BBC Newsnigh”ta danışan zərərçəkmişlər yaşadıqlarını gözyaşları içində bölüşüb. Şaraleyn Roçard, Vircinia Cefrinin fotosunu əlində tutaraq çıxış edib. Zərərçəkmiş Coanna Harrison, yaşadıqlarını danışarkən: “Bir nöqtədə boğulursan və nəfəs almaq lazımdır. Şəxsiyyətimin ifşa olunmasından sonra susa bilməzdim”,- deyə qeyd edib. 
Harrison, Epşteyn ilə 18 yaşında tanış olduğunu və masajla başlayan prosesin sonradan cinsi istismara çevrildiyini bildirib. 

Digər qurban Çaubtae Davies, Epşteynin özəl təyyarəsi ilə etdiyi səfərlərə aid əvvəllər yayımlanmayan fotoşəkilləri paylaşıb. Şəkillərdə Qişlayne Maksvel, aktyor Kevin Spacey və keçmiş ABŞ Prezidenti Bill Klinton də yer alıb. Davies səfərləri “həyatda bir dəfə yaşana biləcək təcrübələr” adlandırsa da, yaşananların “bağlı qapılar arxasında reallıqlar”la kölgələndiyini vurğulayıb.

“Qorxudan Zövq Alırdı”

Zərərçəkmişlər Epşteyn’in qurbanlarının qorxusundan güc aldığını ifadə ediblər: “Gözlərimizdəki qorxudan zövq alırdı. Donub qalmağımızdan, nə edəcəyimizi bilməməyimizdən xoşu gəlirdi”,- deyə zərərçəkmiş Lisa Fillips bildirib.
Onlar Epşteyn’in güclü şəxslərlə əlaqələrinin olduğunu və yaşananlardan bəzi şəxslərin xəbərdar ola biləcəyini qeyd ediblər. Fillips, İngiltərə Şəhzadəsi Endryu ilə Epşteyn əlaqələrindən danışaraq bir dostunun Şəhzadə Endryu ilə cinsi əlaqəyə zorlandığını iddia edib. Endryu isə bütün ittihamları rədd edir.

Zərərçəkmişlər Epşteyn’in 2019-cu ildə həbsxanada ölümü ilə bağlı rəsmi intihar açıqlamasına inanmadıqlarını bildirib. Onlar yaşadıqları istismarın həyatlarında qalıcı izlər buraxdığını vurğulayıb.

14 yaşında Epşteyn ilə tanış olan Cena Lisa Cons və Vendi Pesante, bu yaşananların uzun müddət psixologiyalarına təsir etdiyini ifadə edib. Harrison isə keçmiş fotoşəkillərinə baxaraq:
“Artıq eyni şəkildə gülmürəm”, -deyərək yaşadığı travmanı izah edib.(sfera.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://olke.az
archiveBu xəbər 25 Mart 2026 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri