Icma.az
close
up
RU
Dünyanı təhdid edən beş yeni müharibə OCAĞI

Dünyanı təhdid edən beş yeni müharibə OCAĞI

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ekspertlər yaxın gələcəkdə alovlana biləcək qlobal münaqişələr barədə danışıblar.

Lent.az xəbər verir ki, “Politico” nəşri beş potensial hərbi ocağı ayırd edib.

Hindistan və Pakistan. Jurnalistlər qeyd edirlər ki, məhz bu iki ölkə nüvə müharibəsi riskinə ən çox yaxınlaşan tərəflərdir. Xüsusi narahatlıq doğuran məqam odur ki, ekspertlərin məlumatına görə, Pakistan strategiyası Hindistana qarşı nüvə silahından istifadəyə olduqca aşağı hədd nəzərdə tutur. Hər iki tərəfin daxili siyasi qeyri-sabitliyi və tam dəqiqləşdirilməmiş hərbi doktrinaları elə bir vəziyyət yaradır ki, hətta məhdud qarşıdurma belə bir neçə gün ərzində nüvə arsenalından istifadə ilə müşayiət olunan genişmiqyaslı hücumlar seriyasına çevrilə bilər.

Çin və Tayvan. Məqalədə bildirilir ki, ÇXR sədri Si Cinpin ordunun qarşısına 2027-ci ilə qədər Tayvana mümkün müdaxiləyə hazır olmaq vəzifəsini qoyub. Qeyd olunur ki, Pekin amfibiya qüvvələrini fəal şəkildə gücləndirir və müntəzəm olaraq genişmiqyaslı təlimlər keçirir. Si üçün Tayvan tarixi missiyanın bir hissəsi sayılır və o, hakimiyyətinin sonuna qədər Çinin taleyini dəyişən lider obrazını möhkəmləndirmək üçün bu vəzifəni yerinə yetirmək niyyətindədir.

Baltikyanı ölkələr və Rusiya. “Politico” xatırladır ki, Vladimir Putin Gürcüstan, Moldova, Ukrayna və Baltikyanı dövlətlər üzərində nəzarəti qaytarmaqla dəfələrlə SSRİ-ni bərpa etmək niyyətini dilə gətirib. Bundan əlavə, Rusiya lideri Qərb ittifaqlar sistemini dağıtmağa çalışır, çünki onun fikrincə, bu, RF-nin zəifləməsinin səbəbidir. Müəlliflərin fikrincə, bu məqsədə ən tez yol NATO-nun acizliyini göstərməkdən ibarət ola və bunun üçün yeni bir aqressiya Baltikyanı ölkələrə qarşı yönələ bilər.

Hindistan və Çin. Sərhəddə vəziyyət o qədər gərgindir ki, hər iki ölkənin hərbçilərinə hətta atəşli silah gəzdirmək belə qadağan olunub. Effektiv sazişlərin, tənzimləmə mexanizmlərinin və birbaşa dialoq kanallarının olmaması qəfil eskalasiya riskini artırır.

Koreya yarımadası. Materialda vurğulanır ki, hakimiyyətinə təhdid yaranacağı halda Kim Çen In hərbi ssenariyə əl ata bilər. Münaqişə riski başqa bölgədə müharibə başlasa da, yüksəlir məsələn, Çinin Tayvana müdaxiləsi zamanı. Bu isə zəncirvari reaksiya doğuraraq Koreya yarımadasında toqquşmaya gətirib çıxara bilər.

Bununla yanaşı, “Politico” qeyd edir ki, belə ssenarilərin inkişafını ləngidən və onları daha az ehtimal olunan edən bir sıra amillər də mövcuddur

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://lent.az
archiveBu xəbər 26 Avqust 2025 18:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see427

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see413

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see396

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see377

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see265

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see261

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see258

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see248

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see245

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see237

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see228

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see221

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see213

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see207

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see191

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see188

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see184

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see182

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see181

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri