Icma.az
close
up
RU
Dünyanın 20 dən artıq ölkəsindən məşhur ürək damar cərrahları Bakıya toplaşır

Dünyanın 20 dən artıq ölkəsindən məşhur ürək damar cərrahları Bakıya toplaşır

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Məlum olduğu kimi, Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti tərəfindən 16-18 may 2025-ci il tarixlərdə "Gülüstan" sarayında Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresi təşkil ediləcək.

APA xəbər verir ki, Konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresində dünyanın 20 ölkəsindən 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardioccərahın iştirakı ilə ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər müzakirə ediləcək.

Dünyanın ən məşhur kardiocərrahlarından Böyük Britaniyadan olan Prof. Dr. David Taggart və Yaponiyadan Prof. Dr. Şiqeyuki Ozaki fəxri qonaq kimi Konqresdə iştirak edəcək. Konqres çərçivəsində əməliyyatxanadan birbaşa bağlantı ilə ürək əməliyyatının canlı yayımı da təşkil olunacaq.

Konqresin proqramına əsasən, 16 may tarixində gənc ürək-damar cərrahları və rezidentlər üçün EVAR-TEVAR mövzusunda ekspert görüşü, mitral qapaq təmiri və cərrahi anastomoz kursu, tibb bacıları və perfüzionistlər üçün öyrədici kurslar təşkil ediləcək.

17-18 may tarixlərində isə təşkil olunacaq 21 elmi sessiyada kardioloq və kardiocərrahların iştirakı ilə səhiyyənin bu sahəsindəki ən son elmi yeniliklərin müzakirəsi baş tutacaq. Proqramda həmçinin, Türkiyə Ürək-Damar Cərrahiyyəsi Dərnəyi, Avropa Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti və Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti ilə ortaq sessiyaların keçirilməsi də nəzərdə tutulub.

Konqres zamanı Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşəbbüsü ilə ötən il Türkiyədə təsis edilmiş Türk Dünyası ürək-damar cərrahiyyəsi Birliyinin Zirvə toplantısı da təşkil olunacaq.

“Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Davamlı Tibbi Təhsil verən tədbir kimi tanınıb və Konqres iştirakçıları 20 DTT balı əldə edəcək.

"Konqresdə iştirak etmək istəyən mütəxəssislər www.bakuheartdays.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər. Konqresdə çıxış üçün göndərilmiş elmi məqalələr və abstraktlar Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının dövri nəşrlər siyahısında olan "Azərbaycan Ürək və Damar Cərrahiyyəsi" elmi jurnalında dərc ediləcək."

Xatırladaq ki, AÜDCC 2009-cu ildən etibarən hər iki ildən bir Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” Beynəlxalq Konqresini təşkil edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://apa.az
archiveBu xəbər 07 May 2025 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“2024 YR4” asteroidi bəşəriyyət üçün ciddi təhlükə yarada bilər

22 İyun 2025 08:27see171

Röya Ayxan Anardan danışdı

23 İyun 2025 13:37see121

Azərbaycan rəqabətqabiliyyətli dövlətlər qrupuna daxil olub

22 İyun 2025 09:32see117

Almaniya müharibəyə hazırlaşır

23 İyun 2025 17:59see116

Almaniya nəhəngi Liverpul un iki vingerini birdən almaq istəyir

22 İyun 2025 22:00see116

Məşhur mağazalar şəbəkəsinin müdiri meneceri bıçaqladı

22 İyun 2025 18:26see115

Bakıda toyda DAVA

22 İyun 2025 20:11see114

Britaniya məmurları bir ildə 1,3 milyon dəyərində 2 min mobil cihaz itirib

22 İyun 2025 16:45see114

Xamneyi: İran aqressiya nümayiş etdirməyib

23 İyun 2025 23:35see114

Savadsız müəllimə güzəşt gələcəyimizə xəyanətdir! Ekspert

23 İyun 2025 08:25see113

Bu bürcə XƏBƏRDARLIQ

22 İyun 2025 22:53see113

ABŞ müdafiə naziri hücum təfərrüatlarını AÇIQLADI: 125 təyyarə ilə...

22 İyun 2025 16:46see112

Netanyahu: İsrail İranda qarşısına qoyduğu hədəflərə çatmağa çox yaxındır

23 İyun 2025 00:18see112

Polis niyə maşının arxa farasına toxunur? Bu hərəkət həyatı xilas edə bilər

22 İyun 2025 22:10see112

Roma Papası dünya liderlərinə çağırış etdi: Müharibəni dayandırın

22 İyun 2025 17:43see111

Nüvə obyektlərinə silahlı hücumlar heç vaxt baş verməməlidir BAEA rəhbəri

23 İyun 2025 01:12see111

Tramp öz xaqını aldatdı

23 İyun 2025 07:36see111

ABŞ qoşunlarına zərbə endirilməsi ehtimalı var NYT

23 İyun 2025 09:31see111

“Tramp heç vaxt “Nobel”i görməyəcək” Medvedev

22 İyun 2025 13:47see110

Daha tez xarab olurlar: 3 çox etibarsız avtomobil

22 İyun 2025 20:11see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri