Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Dünyanın azərbaycanlı neftçisi

Dünyanın azərbaycanlı neftçisi

Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

Ger­çək us­ta­dın xa­ti­rə­si­nə

Artıq iyirmi ildir ki, dün­ya­sı­nı də­yiş­mə­si­nə bax­ma­ya­raq, iş­lə­di­yi ka­fed­ra­da – əvvəlki Neft Aka­de­mi­ya­sı­nın, indiki Neft və Sənaye Universitetinin "Neft ya­taq­la­rı­nın iş­lən­mə­si və is­tis­ma­rı" ka­fed­ra­sın­da akade­mik Azad Mir­zə­can­za­də­nin ölü­mü­nə inan­mır­lar. İş­çi­lə­rin tez-tez Azad müəllim­lə ün­siy­yə­tə eh­ti­ya­cı olur və on­lar ka­fed­ra­da aka­de­mi­kin şə­rə­fi­nə yaradılmış xa­ti­rə ota­ğı­na ge­də­rək bir müd­dət onun ir­si ilə tə­mas­da olur, ru­hi təskin­lik ta­pır­lar.

"Bu otaq­da olan­da mə­nə hə­mi­şə elə gə­lir ki, Azad mü­əl­lim di­ri­dir və mə­ni seyr edir", - de­yə 20 ilə ya­xın aka­de­mi­kin rəh­bər­lik et­di­yi ka­fed­ra­da iş­lə­miş apa­rı­cı mü­hən­dis Gül­süm Rza­ye­va Azad Mir­zə­can­za­də­nin na­mə­lum rəs­sam tə­rə­fin­dən işlən­miş port­re­ti­ni gös­tə­rir: "Ba­xın, göz­lə­ri can­lı­dır, ota­ğın ha­ra­sı­na ge­dir­sən­sə, get, göz­lə­ri ilə sə­ni iz­lə­yir. Ka­fed­ra­nın ək­sər iş­çi­lə­ri o ba­xış­la­rın tə­si­ri­ni duy­maq üçün bu­ra­ya gə­lir­lər".

İn­san­lar adə­tən dün­ya­la­rı­nı də­yiş­miş doğ­ma­la­rı­nın port­ret­lə­ri­nə ba­xan­da bu hissləri ke­çi­rir­lər, bu, nə­sə şüu­ral­tı bir ins­tink­tdir və ka­fed­ra iş­çi­lə­ri­nin be­lə düşünmə­si də tə­sa­dü­fi de­yil. Azad Mir­zə­can­za­də on­lar üçün sa­də­cə bir rəh­bər, iş yol­da­şı ol­ma­yıb, ta­le­yin keş­mə­keş­li yol­la­rın­da doğ­ma­ya, əsil mü­əl­li­mə və hə­yat yo­lu­nu ör­nək say­dıq­la­rı ger­çək us­ta­da çev­ri­lib.

Azad mü­əl­lim ka­fed­ra iş­çi­lə­ri­nin hər bi­ri­ni, o cüm­lə­dən in­di­ki ka­fed­ra mü­di­ri, onun işi­ni da­vam et­di­rən pro­fes­sor Tul­par­xan Sa­la­va­to­vu da hə­lə gənc yaş­la­rın­dan yüz­lər­lə tə­lə­bə­nin için­dən şəx­sən özü se­çib, onun­la bö­yük qar­daş ki­mi dav­ra­na­raq el­min sir­lə­ri­ni öy­rə­dib. Ka­fed­ra­da aka­de­mi­kin xa­ti­rə ota­ğı­nın da ya­ra­dıl­ma­sı elə se­vim­li tə­lə­bə­si Tul­par­xan Sa­la­va­to­vun ide­ya­sı­dır. O, Universitetin Azad Mir­zə­can­za­də­ni sağ­lı­ğın­da gö­rə bil­mə­yən gənc tə­lə­bə­lə­ri­nə də aka­de­mi­kin xa­ti­rə ota­ğı­na ge­də­rək onun ir­si ilə ta­nış ol­ma­ğı töv­si­yə edir.

Ma­raq­lı­dır ki, Azad Mir­zə­can­za­də onu hə­qi­qi us­tad sa­yan bu tə­lə­bə­lə­ri se­çər­kən yal­nız 1949-cu il­də bi­ti­rə­rək neft me­xa­ni­ki ix­ti­sa­sı al­dı­ğı və de­mək olar ki, həyatının so­nu­na qə­dər əmək­da­şı ol­du­ğu Neft Aka­de­mi­ya­sı­nın au­di­to­ri­ya­la­rı ilə kifayətlən­mə­yib. 1970-80-ci il­lər­də Azad Mir­zə­can­za­də həm Neft Akademiyasında, həm də pa­ra­lel şə­kil­də pro­fes­so­ru ol­du­ğu Ba­kı Döv­lət Universite­tin­də ke­çir­di­yi açıq mə­ru­zə­lə­ri ilə məş­hur idi. Ba­kı­nın on­lar­la baş­qa ali məktəbinin tə­lə­bə­lə­ri onun açıq dərs­lə­ri­nə gə­lir­di­lər və aka­de­mik bu­nun üçün xü­su­si im­kan ya­ra­dır­dı.

Bə­zi­lə­ri sa­də­cə ma­raq xa­ti­ri­nə, bə­zi­lə­ri "mən Mir­zə­can­za­də­nin dər­sin­də ol­mu­şam" de­mək xa­ti­ri­nə gə­lir­di­sə, aka­de­mik göz­lə­rin­də elm işar­tı­sı olan­la­rı dər­hal se­çir­di və on­la­rın gə­lə­cək in­ki­şa­fı­na tə­kan ve­rir­di. O in­di­yə ki­mi 300-dən çox elm­lər namizədi­nin və 150-dən çox elm­lər dok­to­ru­nun rəh­bə­ri olub. So­vet il­lə­rin­də dünya­nın de­mək olar ki, bü­tün öl­kə­lə­rin­dən onun tə­lə­bə­lə­ri olub, yal­nız Amerika is­tis­na imiş, am­ma in­di ABŞ-da da onun on­lar­la tə­lə­bə­si iş­lə­yir. O, dün­ya­nın bir çox öl­kə­lə­rin­də mü­ha­zi­rə­lər­lə çı­xış edib və tə­lə­bə­lə­ri­nin be­lə ge­niş coğ­ra­fi­ya­dan se­çil­mə­sin­də bu mü­ha­zi­rə­lə­rin bö­yük ro­lu olub.

Aka­de­mi­kin tə­lə­bə­lə­ri ara­sın­dan neft sa­hə­sin­də bö­yük uğur qa­zan­mış in­san­lar var. Mə­sə­lən, "Lu­koil" neft şir­kə­ti­nin pre­zi­den­ti Va­hid Ələk­bə­rov, neft üz­rə ta­nın­mış mü­tə­xəs­sis, "Azə­ri-Çı­raq-Gü­nəş­li" ya­taq­la­rı­nın iş­lən­mə­si üz­rə bağ­lan­mış "Əs­rin mü­qa­vi­lə­si" çər­çi­və­sin­də qərb şir­kət­lə­ri ilə nor­ma­tiv-hü­qu­qi sə­nəd­lə­rin təmin edilmə­sin­də ARDNŞ təm­sil­çi­si ki­mi bö­yük rol oy­na­mış Va­leh Ələs­gə­rov da aka­de­mi­kin tə­lə­bə­lə­rin­dən­dir.

Baş­qır­dıs­tan Elm­lər Aka­de­mi­ya­sı­nın pre­zi­den­ti Ay­rat Şam­ma­zov, "Ros­neft"in vit­se-pre­zi­den­ti Mars Ha­sa­nov, Ufa Döv­lət Neft Tex­ni­ka Uni­ver­si­te­ti­nin prorektoru Ra­mil Bax­tı­zin də onun tə­lə­bə­lə­rin­dən­dir.

1992-2001-ci il­lər­də Azər­bay­can Ali At­tes­ta­si­ya­sı Ko­mis­si­ya­sı­nın səd­ri olan­da da yüz­lər­lə gən­cin hə­qi­qi alim­lik də­rə­cə­si al­ma­sı­na im­kan ya­ra­dıb.

Tə­sa­dü­fi de­yil ki, Azər­bay­can müs­tə­qil­lik qa­za­nan­dan son­ra aka­de­mi­kin fəa­liy­yə­ti bu­ra­ya gəl­miş qərb neft şir­kət­lə­ri­nin, o cüm­lə­dən BP-nin diq­qə­ti­ni cəlb edib. Tələbə­si, tex­ni­ka elm­lə­ri na­mi­zə­di Arif Sü­ley­ma­nov da­nı­şır ki, 90-cı il­lə­rin əvvəllə­rin­də Ba­kı­ya BP-dən cə­mi beş-al­tı adam gə­lib­miş. On­lar yer­li alim­lə­rin necə iş­lə­mə­si­ni mü­əy­yən­ləş­dir­mək üçün bə­zi si­fa­riş­lər ve­rir­miş­lər. Şi­mal dənizində yer­lə­şən "For­tes" ya­ta­ğı ba­rə­də müx­tə­lif alim­lər­dən, o cüm­lə­dən Azad Mir­zə­can­za­də­dən rəy is­tə­yib­lər. Da­ha son­ra Şi­mal də­ni­zin­də yer­lə­şən "Maq­nus" yata­ğı­nın təh­lil edil­mə­si­ni xa­hiş edib­lər.

Ma­raq­lı­dır ki, Azad mü­əl­li­min özü­nə məx­sus üsul­la apar­dı­ğı araş­dır­ma­la­rın nəticələ­ri BP-nin alim­lər qru­pu­nun əl­də et­di­yi nə­ti­cə­lər­lə üst-üs­tə dü­şüb. Yə­ni əvvəl­lər Şi­mal də­ni­zin­də yer­lə­şən bu ya­taq­lar­da nef­tin tü­kən­di­yi eh­ti­mal olunurmuş, am­ma bu araş­dır­ma­lar nə­ti­cə­sin­də ya­taq­la­rın is­tis­mar müd­də­ti da­ha 10 il uza­dı­lıb. Da­ha son­ra 1990-cı il­lə­rin or­ta­la­rın­da Neft Aka­de­mi­ya­sın­da BP-nin dəs­tə­yi ilə qa­baq­cıl tex­no­lo­gi­ya­lar la­bo­ra­to­ri­ya­sı ya­ra­dı­lıb, son­ra­dan la­bo­ra­to­ri­ya mər­kə­zi­nə çev­ri­lib. Azad mü­əl­lim BP-nin gör­dü­yü iş­lər üz­rə rəy­lər ya­zır, tövsiyələr ve­rir­miş.

Azad Mir­zə­can­za­də, el­min və in­cə­sə­nə­tin bir çox sa­hə­lə­ri ilə ya­xın­dan ta­nış imiş və o vaxt­kı Azər­bay­can mil­li fik­ri­nin bir çox apa­rı­cı şəxs­lə­ri ilə ya­xın olub. O, tarix­çi aka­de­mik Zi­ya Bün­ya­dov və ya Mil­li Azad­lıq Hə­rə­ka­tı­nın li­de­ri Əbül­fəz Elçibəy­lə tez-tez gö­rü­şür, mü­za­ki­rə­lər apa­rır­mış, İs­lam tə­fək­kü­rü və dün­yə­vi cəmiy­yə­tin bir ara­ya gəl­mə­si­nin, ger­çək İs­la­mın öy­rə­nil­mə­si­nin va­cib­li­yi­ni vurğula­yır­mış. Tə­sa­dü­fi de­yil ki, ba­cı­sı İra­də xa­nım 2004-cü il­də dün­ya­sı­nı dəyişən­də o, eh­sa­nı uşaq evin­də ata­sız-ana­sız kör­pə­lə­rə ve­rib, ger­çək iİ­la­mın bu­nu tə­ləb et­di­yi­ni de­yib.

O, mu­si­qi­ni çox gö­zəl bi­lir­di və Qa­ra Qa­ra­ye­vin, Fik­rət Əmi­ro­vun dün­ya musiqisin­də et­dik­lə­ri ye­ni­lik­lər­dən if­ti­xar­la da­nı­şır­dı. Klas­sik mu­si­qi­yə olan sevgisi o qə­dər güc­lü imiş ki, hət­ta gənc­li­yin­də alim, yox­sa pe­şə­kar mu­si­qi­çi olmaq ba­rə­də se­çim et­mə­li olub. Bu ma­raq onu son­ra­kı il­lər­də də tərk et­mə­yib, Fər­had Bə­dəl­bəy­li ilə bir­gə "Mu­si­qi­li mo­zai­ka" əsə­ri­ni ya­zıb. Ədə­biy­ya­ta da yaxın­dan bə­ləd olub, Dos­to­yevs­ki­nin, Hü­seyn Ca­vi­din, Cə­fər Cab­bar­lı­nın əsərlərini çox se­vib, on­la­rı dö­nə-dö­nə oxu­yub. Gənc­li­yin­də hət­ta "Tey­mur­ləng" dra­mı yaz­maq­la ya­zı­çı da ol­maq is­tə­yib.

Dün­ya­sı­nı də­yiş­məz­dən qa­baq Azad Mir­zə­can­za­də hər gün ka­fed­ra əmək­daş­la­rı ilə 5-6 sa­at gö­rü­şür­müş. On­la­ra tap­şı­rıq­lar ve­rir, nə­ti­cə­lə­ri­ni yox­la­yır­mış. Ölə­cə­yi­ni bi­lir­miş, "vax­tım az qa­lıb, gə­rək bun­la­rı si­zə çat­dı­rım" de­yir­miş. İs­ti bir cü­mə gü­nü iş­çi­lər onun­la sa­ğol­la­şa­raq bağ­la­ra yol­la­nıb­lar, "in­şal­lah bi­rin­ci gün gö­rü­şə­rik" deyib­lər. Am­ma bu, on­la­ra nə­sib ol­ma­yıb. 1928-ci il sen­tyab­rın 29-da Ba­kı­da anadan ol­muş bu bö­yük in­sa­nın elm və Və­tən yo­lun­da dö­yü­nən qəl­bi 2006-cı il iyulun 16-dan 17-nə ke­çən gün da­ya­nıb.

“Kompas” jurnalı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://ayna.az
archiveBu xəbər 19 Sentyabr 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see707

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see543

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see492

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see361

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see348

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see280

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see262

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see239

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see233

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see232

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see232

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see220

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see220

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see214

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see196

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see194

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see193

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see189

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see175

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri