Icma.az
close
up
RU
“Dünyanın bir nömrəli cinayətkarının əlindən medal almaq yolverilməzdir... Hamımız üçün alçaqlıqdır...“

“Dünyanın bir nömrəli cinayətkarının əlindən medal almaq yolverilməzdir... Hamımız üçün alçaqlıqdır...“

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistandakı “Bərabər Hüquqlar Uğrunda” QHT-nin prezidenti, keçmiş deputat Qayane Abramyan mediaya müsahibəsində maraqlı fikirlər səsləndirib.  

Moderator.az xəbər verir ki, bu haqda "Armtimes" nəşri məlumat yayıb.

Keşmiş deputatın fikrincə, Ermənistan demokratik proseslər baxımından regionda ən yaxşı vəziyyətdədir.

Onun sözlərinə görə, bəli, problemlər olsa da, bu o demək deyil ki, müxalifətin dediyi kimi, indi "37"-dir: “Başa düşmürəm, nə müqayisələr aparırlar, 37-də nə baş verdiyini heç bilirlərmi?"

Sülh gündəminin hakim qüvvənin seçkilər zamanı oyun kartı kimi istifadə etməsi üçün paraflandığı iddiasını da Abrahamyan anlamır.

"Əgər yerlərdə sülh ifadə olunmasa, ən yaxşı sənəd belə bu baxımdan kozır ola bilməz. Bu, absurd siyasi söhbətdir", - o qeyd edir.

Həmsöhbətin sözlərinə görə, bu sənəd Ermənistan və region üçün ciddi perspektivi göstərir.

Müxalifətin niyə 10 noyabr 2020-ci il sənədindən bu qədər səylə yapışdığını soruşduqda, Abrahamyan cavab verir ki, o, Rusiyanın maraqlarına xidmət etməyə və onu qorumağa çalışır.

Abrahamyan Ermənistan mallarının Azərbaycan ərazisindən idxalının asılılıq yaratması ilə bağlı iddiaları da absurd hesab edir: "Lars yolunu bağlasaq və yalnız o marşrutla idxal etsək, bu, asılılıq olardı, amma bu, diversifikasiyadır. Həmçinin yolun açılması Azərbaycana sərfəlidir".

Eyni zamanda, o qeyd edir ki, Ermənistan Rusiyanın həyati maraqları ilə maraqlanmaqda davam edir və buna görə də özünün “oyundan kənar” statusunu müəyyən qədər azaltmağa çalışır: “Onlar paxıllıq edirlər, ona görə də Zaxarova isterik bəyanatlar verir”.

Sonuncu hesab edir ki, Rusiya əvvəllər Qarabağ münaqişəsindən Ermənistana qarşı alət kimi istifadə edib, indi isə bunu iqtisadi cəhətdən etməyə çalışır: "Müxalifətin fikrini bölüşmürəm ki, biz ruslara yaxşılıq etsək, onlar bizimlə daha yaxşı rəftar edəcəklər. Belə bir şey yoxdur".

Abrahamyan əmindir ki, Rusiyanın hibrid hücumları seçkiqabağı dövrdə kifayət qədər aktivləşəcək və qeyd edir: “Çox təəssüf ki, kilsə alətləşdirilib, bu çox təhlükəlidir”.

O, dövlətin kilsəyə hücum etməsi ilə bağlı rəvayətləri manipulyasiya hesab edir.

Rusiya prezidenti Vladimir Putinin II Qareginin qardaşı Mkrtiç (Ezras) Nersisyana Aleksandr Nevski ordeni təqdim etməsinə toxunan həmsöhbət qeyd edir: "Dünyanın bir nömrəli cinayətkarının əlindən medal almaq yolverilməzdir. Bu, bizim hamımız üçün alçalıq gətirir. Həm də keşişin xüsusi xidmət orqanlarına cəlb olunduğu üçün...”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Noyabr 2025 07:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see250

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see158

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see156

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see134

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see133

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see133

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see129

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see129

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see127

Alleqri İtaliya Superkubokunun yarımfinalındakı davranışına görə cərimələnib

21 Dekabr 2025 05:16see125

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see125

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri