Icma.az
close
up
RU
Tahir Gözel: “Bu, hamımız üçün qürur mənbəyidir”

Tahir Gözel: “Bu, hamımız üçün qürur mənbəyidir”

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

“Qarabağ” Azərbaycan Premyer Liqasının XXXV turunda “Kəpəz”i məğlub edib – 3:0.

Futbolpress.az xəbər verir ki, matçdan sonra “atlılar”a çempionluq kuboku və medalları təqdim edilib. Mükafatlandırma mərasimində iştirak edən klubun prezidenti Tahir Gözel jurnalistlərə açıqlama verib:

– Çox sevincliyəm, “Qarabağ” sevərləri təbrik edirəm. 12-ci dəfədir ki, çempion oluruq. Böyük uğurdur. Üç dəfə daha olsaq, üç ulduzu qazanmaq istəyirik. Çox gözəl çempionat keçdi. Gələn il liqada komanda sayı daha da artacaq. “Karvan”, “Qəbələ” və “İmişli” də liqaya qoşulur. İldən-ilə bizdə futbol keyfiyyəti düzəlir, yüksəlir. Möhtəşəm axşam idi. “Qarabağ”ı təbrik edirəm. Burada əla ab-hava yaratdılar. Möhtəşəm bayram yaşadıq, hava da çox gözəl idi. “Qarabağ” sevərləri, Azərbaycanı sevindirdik. Allah qoysa, artıq Avropada yola davam edəcəyik.

– Hədəflər yəqin ki, dəyişməyib?
– Bəli, hədəflər dəyişməyib. UEFA-nın verdiyi qərardan asılıdır ki, biz ÇL-ə 2-ci təsnifat mərhələsindən başlayırıq, yoxsa 1-ci mərhələdən. Amma ora gəlməyin özü də, elə “Qarabağ”ın artıq futbol səviyyəsini göstərir. “Qarabağ” 32 min xalla hardasa Avropanın orta səviyyəli klubları arasındadır. Bu, hamımız üçün qürur mənbəyidir. Əlbəttə ki, hamımız daha da inkişaf etməyə çalışacağıq.

– Qarşıda “Qarabağ”ı ölkə kubokunda da oyun gözləyir. “Qızıl dubl” gözləyirsiz?
– Əlbəttə ki, bunun üçün çalışacağıq. “Sabah” rəqibimizdir, güclü klubdur. Mənim “Sabah”a xüsusi ehtiramım var. Futbolun kökündən gələn insanlardır orada. Hər iki kluba da uğurlar arzulayıram, hər ikisi də bizimdir, hər ikisi də layiqdir.

– “Zirə” və “Turan Tovuz” finalda sizə azarkeşlik edir. Çünki siz qalib gəlsəz, “Turan Tovuz” avrokuboklara gedəcək, “Zirə” isə Avropa Liqasına yollanacaq…
– Doğrudur. “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovdur, o da mənim canımdır, bizə yaxındır. Hamısına uğurlar arzulayıram, hamısı bizim övladlarımızdır, hamısı bizim klublarımızdır.

– Beş ildən sonra Konfrans Liqasının kubokunu Azərbaycana gətirmək fikrinə necə baxırsız?
– Qismət olsun. Elə ona görə işləməliyik. Mənə əsas nə ümid verir? Cavan oyunçularımızın oyuna çıxması. Bu gün Hikmət Cəbrayılzadəni, Amin Rzayevi görmək məni çox sevindirir. Cavanlarımız gəlsin. Hamısı altyapıdan gəlməli uşaqlardır. Gələcəyimiz cavanlardır. İnşallah onlar gətirəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 19 May 2025 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see341

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see308

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see253

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see248

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see217

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see215

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see208

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see202

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see201

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see199

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see199

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see194

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see191

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see190

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see184

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see182

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see176

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see175

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri