Icma.az
close
up
RU
Dünyanın bölüşdürülməsinə start verildi İlk qurban bu ölkədir

Dünyanın bölüşdürülməsinə start verildi İlk qurban bu ölkədir

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Sankt-Peterburqda yerləşən Boris Yeltsin adına Prezident Kitabxanasında Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin Yaxın Şərq və Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff arasında qapalı görüş keçirilib. Görüşün detalları ictimaiyyətə açıqlanmasa da, siyasi müşahidəçilər bu danışıqları qlobal geosiyasi proseslərin mühüm dönüm nöqtəsi kimi qiymətləndirirlər.

İddialara görə, müzakirə olunan mövzulardan biri Ukraynanın taleyi ilə bağlıdır: tərəflər arasında Ukraynanın bölüşdürülməsi, yəni şərq bölgələrinin Rusiya, qərb bölgələrinin isə Qərbin, xüsusilə ABŞ-ın nüfuz dairəsində saxlanılması ehtimalı müzakirə edilib. Bu, ilk baxışda spekulyativ səslənsə də, prosesin gedişi və tərəflərin son dövrlərdəki ritorikası bu ehtimalın tamamilə əsassız olmadığını göstərir.

Belə bir razılaşmanın gündəmə gətirilməsi isə yalnız Ukrayna deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik sisteminə təsir edəcək yeni bir mərhələnin başlanğıcı ola bilər.

Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, ABŞ-ın qurulmasına start verdiyi yeni dünya düzəni beynəlxalq münasibətlər sistemini də dəyişməkdədir:

“Nə qədər ki Tramp hakimiyyətdədir, proses davam edəcək. Onun dayanması üçün Trampın impiçment edilməsi lazımdır. Ona görə də biz hələ ki dünyanın yenidən bölüşdürülməsi haqqında danışa bilərik. Birləşmiş Ştatlar bu məsələdə daha çox Rusiya ilə anlaşmağa çalışır və Çinin təklənməsini istəyir.

Rusiyanı razı salmaq üçün ABŞ-ın kifayət qədər güzəştə hazır olduğunu da müşahidə edirik. Sankt-Peterburqda Putinlə xüsusi nümayəndə Stiven Uitkoff arasında keçirilən görüşün predmeti təkcə Ukrayna məsələsi ilə məhdudlaşmır. Bu, ilk növbədə Rusiyaya tətbiq edilmiş sanksiyaların aradan qaldırılması, Çin və İrana münasibət, eləcə də nüfuz dairələrinin təxmini xəritəsinin müəyyənləşdirilməsini ehtiva edir. Təəssüf ki, Birləşmiş Ştatlar öz siyasi maraqları üçün Ukraynanı qurban verməkdədir.

ABŞ-ın təkliflərinin mahiyyətində Ukraynanın parçalanması dayanır. Ölkənin şərq hissəsi Rusiyaya verilir, qərb tərəfinə nəzarəti isə ABŞ götürür. Rəsmi Vaşinqton Moskva ilə anlaşmanı tezləşdirməyə çalışır. Bir neçə səbəbə görə bu ona çox vacibdir. Kifayət qədər əhəmiyyətli olan səbəblərdən biri budur ki, Çin ABŞ və onun müttəfiqlərinə nadir torpaq elementləri və maqnitlərin ixracını dayandırıb. Bu isə yeri doldurula bilməyən zərbədir.

Çünki bu elementlər olmadan müasir raket, elektronika, çiplərin istehsalı mümkün deyil. Ona görə də ABŞ yaranacaq boşluğu doldurmaq üçün Ukraynada faydalı qazıntı yataqlarının istismarına başlamalıdır. Çox güman ki, görüşün nəticələri özünü çox gözlətməyəcək. Yaxın günlərdə üzə çıxan mənzərə iki dövlətin razılaşması haqqında mənzərəni gözlər önünə sərəcək”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Aprel 2025 07:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see264

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see211

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see193

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see145

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri