Icma.az
close
up
RU
Dünyanın bölüşdürülməsinə start verildi İlk qurban bu ölkədir

Dünyanın bölüşdürülməsinə start verildi İlk qurban bu ölkədir

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Sankt-Peterburqda yerləşən Boris Yeltsin adına Prezident Kitabxanasında Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin Yaxın Şərq və Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff arasında qapalı görüş keçirilib. Görüşün detalları ictimaiyyətə açıqlanmasa da, siyasi müşahidəçilər bu danışıqları qlobal geosiyasi proseslərin mühüm dönüm nöqtəsi kimi qiymətləndirirlər.

İddialara görə, müzakirə olunan mövzulardan biri Ukraynanın taleyi ilə bağlıdır: tərəflər arasında Ukraynanın bölüşdürülməsi, yəni şərq bölgələrinin Rusiya, qərb bölgələrinin isə Qərbin, xüsusilə ABŞ-ın nüfuz dairəsində saxlanılması ehtimalı müzakirə edilib. Bu, ilk baxışda spekulyativ səslənsə də, prosesin gedişi və tərəflərin son dövrlərdəki ritorikası bu ehtimalın tamamilə əsassız olmadığını göstərir.

Belə bir razılaşmanın gündəmə gətirilməsi isə yalnız Ukrayna deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik sisteminə təsir edəcək yeni bir mərhələnin başlanğıcı ola bilər.

Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, ABŞ-ın qurulmasına start verdiyi yeni dünya düzəni beynəlxalq münasibətlər sistemini də dəyişməkdədir:

"Nə qədər ki Tramp hakimiyyətdədir, proses davam edəcək. Onun dayanması üçün Trampın impiçment edilməsi lazımdır. Ona görə də biz hələ ki dünyanın yenidən bölüşdürülməsi haqqında danışa bilərik. Birləşmiş Ştatlar bu məsələdə daha çox Rusiya ilə anlaşmağa çalışır və Çinin təklənməsini istəyir.

Rusiyanı razı salmaq üçün ABŞ-ın kifayət qədər güzəştə hazır olduğunu da müşahidə edirik. Sankt-Peterburqda Putinlə xüsusi nümayəndə Stiven Uitkoff arasında keçirilən görüşün predmeti təkcə Ukrayna məsələsi ilə məhdudlaşmır. Bu, ilk növbədə Rusiyaya tətbiq edilmiş sanksiyaların aradan qaldırılması, Çin və İrana münasibət, eləcə də nüfuz dairələrinin təxmini xəritəsinin müəyyənləşdirilməsini ehtiva edir. Təəssüf ki, Birləşmiş Ştatlar öz siyasi maraqları üçün Ukraynanı qurban verməkdədir.

ABŞ-ın təkliflərinin mahiyyətində Ukraynanın parçalanması dayanır. Ölkənin şərq hissəsi Rusiyaya verilir, qərb tərəfinə nəzarəti isə ABŞ götürür. Rəsmi Vaşinqton Moskva ilə anlaşmanı tezləşdirməyə çalışır. Bir neçə səbəbə görə bu ona çox vacibdir. Kifayət qədər əhəmiyyətli olan səbəblərdən biri budur ki, Çin ABŞ və onun müttəfiqlərinə nadir torpaq elementləri və maqnitlərin ixracını dayandırıb. Bu isə yeri doldurula bilməyən zərbədir.

Çünki bu elementlər olmadan müasir raket, elektronika, çiplərin istehsalı mümkün deyil. Ona görə də ABŞ yaranacaq boşluğu doldurmaq üçün Ukraynada faydalı qazıntı yataqlarının istismarına başlamalıdır. Çox güman ki, görüşün nəticələri özünü çox gözlətməyəcək. Yaxın günlərdə üzə çıxan mənzərə iki dövlətin razılaşması haqqında mənzərəni gözlər önünə sərəcək".
Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:136
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 17 Aprel 2025 08:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see352

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see195

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see191

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see167

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see164

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see161

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see160

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see152

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see151

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see142

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri