Icma.az
close
up
RU
Dünyanın diqqəti niyə Qəbələyə çevrildi?

Dünyanın diqqəti niyə Qəbələyə çevrildi?

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Elçin Quliyev

YAP Nərimanov Rayon Təşkilatının sədri

Birmənalı şəkildə qeyd etməliyik ki, Ukrayna prezidentinin Qəbələyə səfəri Azərbaycanla bu ölkə arasında yeni səhifələr açacaq.

Eyni zamanda, Ukraynanın Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri sadə ikitərəfli təmasdan kənara çıxaraq, Avrasiya geosiyasətində mühüm dönüş mərhələsinin aydın göstəricisidir.

Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi, 2022-ci ilin yanvarında dövlətimizin başçısının Kiyevə rəsmi səfəri, aprelin 25-də Zelenskinin ölkəmizə səfəri Azərbaycan–Ukrayna münasibətlərinin intensiv və sistemli xarakter aldığını nümayiş etdirir.

Bu nünas indi Qərbin aparıcı beyin mərkəzlərinin bu səfərlə bağlı irəli sürdüyü tezislərin ana xəttini təşkil edir.

Prezident İlham Əliyevin həm Moskva, həm də Kiyevlə qurduğu balanslı və praqmatik dialoq mühiti Bakını etibarlı diplomatik mərkəz kimi önə çıxarır.

Onu da qeyd edək ki, səfər çərçivəsində müdafiə sənayesi və enerji təhlükəsizliyi də daxil olmaqla bir sıra mühüm sənədlərin imzalanması, əlaqələrin formal çərçivəni aşaraq real strateji tərəfdaşlığa çevrildiyini göstərir. Kiyev və Bakı arasındakı əlaqələr günbəgün inkişaf etməkdədir.

Xüsusilə Volodimir Zelenskinin sülh danışıqları üçün Bakını mümkün platforma kimi dəyərləndirməsi Azərbaycanın balanslaşdırılmış və fəal neytrallıq siyasətinin qlobal miqyasda artan rolunu nümayiş etdirir.

Onu da xüsusi vurğulayaq ki, Ukraynanın hava hücumundan müdafiə sahəsində təcrübəsi ilə Azərbaycanın praktik imkanlarının birləşdirilməsi regionda texnoloji əsaslı yeni təhlükəsizlik modelinin formalaşmasına zəmin yaradır. Enerji sahəsində, xüsusilə SOCAR vasitəsilə genişlənən əməkdaşlıq isə enerji marşrutlarının dayanıqlığını və təhlükəsizliyini gücləndirir.

Eyni zamanda, Azərbaycanın Ukraynaya göstərdiyi humanitar və enerji dəstəyi iki ölkə arasında etimadın möhkəmlənməsində mühüm rol oynayır.

2008-ci və 2011-ci illərdə iki ölkə arasında imzalanmış sənədlər isə bu münasibətlərin normativ-hüquqi bazasını təşkil etməklə yanaşı, qarşılıqlı olaraq suverenliyin, ərazi bütövlüyünün və sərhədlərin toxunulmazlığının tanınmasını prioritet kimi müəyyən edir.

Bu xüsusda Azərbaycan və Ukraynanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinə verdiyi dəstək yalnız siyasi jest deyil, həm də prinsipial mövqeyin ifadəsidir. Xüsusilə ərazi bütövlüyü məsələsinin hər iki dövlət üçün prinsipial əhəmiyyət daşıdığı nəzərə alındıqda, bu qarşılıqlı dəstək beynəlxalq hüququn fundamental prinsiplərinin qorunmasına yönəlmiş koordinasiyalı siyasət kimi də dəyərləndirilə bilər.

Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı və qlobal nizamın yenidən formalaşdırılmağa başlandığı bir dövrdə Ukrayna Prezidentinin Azərbaycana səfəri, imzalanan sənədlər və verilən bəyanatlar həm geosiyasi gündəmdə, həm də ikitərəfli münasibətlərdə ciddi dəyişikliklərin baş verdiyini göstərir.

Bu dinamikanın əsas hərəkətverici qüvvəsi isə, şübhəsiz ki, Azərbaycandır. İki ölkə arasında münasibətlərin bu səviyyədə inkişafı və konkret nəticələrin əldə olunması Azərbaycanın ardıcıl siyasəti və Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində mümkün olub.

Filrimcə, bu səfər Ukraynanın Cənubi Qafqaz regionunu strateji tərəfdaş kimi qiymətləndirdiyini bir daha təsdiqləyir və Azərbaycanın beynəlxalq münasibətlərdə vasitəçi və sabitləşdirici aktor kimi mövqeyini daha da gücləndirir.

Prezident Zelenskinin Qəbələdə “Moskva istəsə Ukrayna-Rusiya danışıqları Bakıda keçirilə bilər və biz buna hazırıq” deməsi bu məsələni real ola biləcəyinə açıq işarədir. Çünki son 4 ildə bir çox ölkələr danışıqlara ev sahibliyi etsə də, ciddi nəticələr əldə edilmədi, bir çox ölkələrin isə vasitəçilik təklifləri tərəflərin ən azı biri tərəfindən qəbul olunmadı. Azərbaycanın indiyə qədər mövcud olan danışıqlar platformalarından daha effektiv və nəticəyönümlü məkan olması mümkündür.

Bütün bunların fonunda qeyd etmək olar ki, Azərbaycan-Ukrayna münasibətləri klassik diplomatik çərçivədən çıxaraq çoxşaxəli strateji tərəfdaşlıq modelinə çevrilməkdədir.

Bu model siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və müdafiə sənayesi kimi müxtəlif istiqamətlərin sintezini özündə ehtiva edir. Eyni zamanda, bu münasibətlər qarşılıqlı hörmət və maraqlar balansı üzərində qurulduğundan, onların davamlı və dayanıqlı xarakter daşıdığı aydın görünür.

Eyni zamanda, bu görüş regionda uzunmüddətli sabitlik və yeni təhlükəsizlik arxitekturasının formalaşmasında əhəmiyyətli mərhələ kimi qiymətləndirilə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:119
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Aprel 2026 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri