Prezidentlərin diqqətini çəkən XTQ zabiti kimdir? Video
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
8 Noyabr - Zəfər Günü Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanla səmimi söhbəti ilə yadda qalan zabitin görüntüləri hər kəsdə maraq doğurub.
Bəs dövlət başçılarının yanında dayanan və Prezident İlham Əliyevin qürurla bəhs etdiyi qəhrəman zabit kimdir?
“Qafqazinfo”nun məlumatına görə, həmin zabit mayor Eltürk Əli oğlu Rzabəylidir. Sumqayıt şəhərində doğulan Eltürk Rzabəyli Azərbaycan ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) hərbi qulluqçusudur.
Eltürkün də xidmətinin ən yaddaqalan vaxtları 44 günlük Vətən Müharibəsi ilə bağlıdır. O, 6 il əvvəl müharibədə kapitan rütbəsi ilə döyüşüb. Şərəfli döyüş yolu keçən zabitimiz Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda gedən əməliyyatlarda şəxsi igidlik və şücaət nümayiş etdirib.
Rzabəyli torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda gedən döyüşlərdə üç dəfə güllə və qəlpə yarası alıb. Buna baxmayaraq, hər dəfə müalicəsini yarımçıq qoyaraq xidmətə qayıdıb.
Müharibədən sonra Prezidentin Sərəncamı ilə “Qarabağ” və “Azərbaycan Bayrağı” ordenlərinə, həmçinin “Kəlbəcərin azad olunmasına görə” medalına layiq görülüb.
Dövlət başçısının sözləri ilə desək, “düşmənə dərs verən” qəhrəmanlardan olan Eltürk Rzabəyli indi mayor rütbəsində xidmətini davam etdirir.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 11 Noyabr 2026 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















