Icma.az
close
up
RU
Dünyanın ən bahalı evidir, burada ağlınıza gələ biləcək hər şey var Fotolar

Dünyanın ən bahalı evidir, burada ağlınıza gələ biləcək hər şey var Fotolar

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hindistanın Mumbay şəhərində ucaldılan və Asiyanın ən varlı iş adamı Mukeş Ambaniyə məxsus 27 mərtəbəli Antilia dünyanın ən bahalı evi tituluna sahibdir.

“Qafqazinfo” xəbər verir ki, dünyanın 7 möcüzəsindən bir olan Babilin asma bağlarından ilhamlanan Antilia 50 yerlik kinoteatr, spa, süni qar otağı, 168 avtomobillik qaraj və üç helikopter meydançası olan mini şəhərə bənzəyir.

Antilia dünyanın ən bahalı şəxsi iqamətgahıdır və dəyəri 4,51 milyard dollardır.

Mukeş Ambani, həyat yoldaşı və üç uşağı Antiliada yaşayır və burada təxminən 600 işçi çalışır.

Sosial mediada tez-tez paylaşılan bu nəhəng bina təkcə qiyməti ilə deyil, həm də qeyri-adi dizaynı və dəbdəbəli detalları ilə diqqəti cəlb edir.

Mukeş Ambaninin evi 130 metr hündürlüyündə 27 mərtəbəli ayrıca yaşayış binasıdır. Bina təxminən 400 000 kvadratmetr ərazini əhatə edir və tək bir ailə üçün nəzərdə tutulmasına baxmayaraq, demək olar ki, bir şəhər ölçüsündədir.

Antilia dəbdəbəli detalları ilə heyranedicidir. Burada məbəd, nəhəng üzgüçülük hovuzu və doqquz yüksək sürətli lift var. Bu detallar təkcə rahatlıq deyil, həm də möhtəşəm bir yaşayış təcrübəsi təmin etməyi hədəfləyir.

Antilianın ən qeyri-adi xüsusiyyətlərindən biri qar otağıdır. Mumbayda temperatur tarixən heç vaxt 7,4°C-dən aşağı düşməsə də, bu xüsusi otaqda divarlardan süni qar yağır. Ambani ailəsinin sərinləməsi və fərqli bir şey yaşaması üçün nəzərdə tutulmuş bu məkan Antilianın ən maraqlı xüsusiyyətlərindən biri kimi seçilir.

Binanın altı mərtəbəsi tamamilə dayanacaq kimi dizayn edilib, o cümlədən, nəhəng 168 maşınlıq qaraj da var. Bundan əlavə, üç ayrı helikopter meydançası Ambani ailəsinə sürətli və rahat nəqliyyat təmin edir.

Antilianın çoxmərtəbəli bağları Babilin asma bağlarından ilhamlanıb. Bu məkanlar sayəsində bina öz kiçik ekosistemi olan bir şəhər kimi fəaliyyət göstərir.

Təxminən 600 tam ştatlı işçi evin gündəlik işlərini idarə edir və ailəyə tam xidmət göstərir.

Qeyd edək ki, binanın tikintisi 2010-cu ildə sona çatıb. Göydələn Atlantikadakı əfsanəvi adanın şərəfinə “Antilia” adlandırılıb.

Evi ABŞ-nin memarlıq şirkəti olan “Perkins Will and Hirsch Bedner Associates” layihələşdirib. Şirkət yalnız dizayn üçün Mukeş Ambanidən 80 milyon dollar alıb. Göydələn Rixter şkalası ilə 8 ballıq zəlzələyə davamlıdır.

Bütövlükdə göydələnin dörd mərtəbəsi asma bağlardan ibarətdir.

Binada hər incə detal düşünülüb. Belə ki, burada tozu öz-özünə aradan qaldıran sistemlər quraşdırılıb; təhlükəsizlik sistemi isə Ağ Evdəki sistemlə eynidir. Burada gimnastika salonu, rəqs studiyası və təmtəraqlı kübar məclisləri həyata keçirmək üçün bir bal zalı var.

Evin pəncərələrindən Ərəb dənizinə geniş mənzərə açılır. Mukeş Ambani bu qeyri-adi evində həftənin 5 günü qalır.

Əlavə edək ki, göydələnin tikintisinin sona yaxınlaşdığı vaxtlarda belə bir binanın tikilməsi Mumbay sakinləri tərəfindən etirazlara səbəb olub. Belə ki, həmin dövrlərdə Mumbay əhalisinin əksər hissəsinin gündəlik gəliri maksimum 2 dollar idi.







Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Dekabr 2025 07:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri