Icma.az
close
up
RU
Dünyanın ən böyük rəqəmsal kamerasının ilk astronomik görüntüləri nümayiş olunub

Dünyanın ən böyük rəqəmsal kamerasının ilk astronomik görüntüləri nümayiş olunub

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 25 iyun, AZƏRTAC

Çilidə yerləşən Vera C. Rubin Rəsədxanası dünyanın ən böyük rəqəmsal kamerası ilə əldə etdiyi ilk görüntüləri ictimaiyyətə təqdim edərək astronomlar arasında böyük maraq doğurub. 3200 meqapiksellik bu qabaqcıl kamera aprel ayında teleskopun tikintisi tamamlandıqdan sonra başlayan sınaq mərhələsində istifadə edilib.

AZƏRTAC “NATURE” jurnalına istinadla xəbər verir ki, sözügedən görüntülər göy cismlərinin və qalaktik strukturların yüksək dəqiqliklə və geniş miqyasda müşahidə olunmasını mümkün edən yeni nəsil texnologiyanın imkanlarını nümayiş etdirib. Görüntülərdən birində, Süd Yolunun ionlaşmış hidrogenlə zəngin bölgəsində yerləşən Trifid Dumanlığı və Laqun Dumanlığı əks olunub. Bu görüntü cəmi yeddi saat ərzində çəkilmiş 678 monoxromatik ekspozisiyanın birləşdirilməsi ilə yaradılıb. Dörd fərqli filtr vasitəsilə əldə olunan məlumatlar görüntüyə yüksək rəng dərinliyi və estetik zənginlik qazandırıb.

Rubin Rəsədxanası ABŞ-ın rəhbərlik etdiyi və 810 milyon ABŞ dolları dəyərində olan bir layihədir. O, And dağlarının mərkəzi hissəsində, Cerro Pachon zirvəsində yerləşir. Rəsədxana hər 3-4 gecədən bir bütün cənub səmasını xəritələşdirə biləcək qədər geniş bir baxış bucağına malikdir. Bu xüsusiyyət onu “Hubble” və “James Vebb” kimi kosmik teleskoplardan fərqləndirir; belə ki, həmin teleskoplar səmanın kiçik bir hissəsinə fokuslanaraq yüksək detal səviyyəsi təqdim etsə də Rubin teleskopu geniş sahəli müşahidələrdə üstünlük təşkil edir.

Rəsədxananın tikintisi üzrə direktor müavini Sandrine Tomasın sözlərinə görə, bu ilkin görüntülər daha çox texnoloji potensialı və estetik baxımdan təsir gücünü nümayiş etdirmək məqsədi daşıyır. Bununla belə, gələcəkdə təqdim olunacaq “məlumat məhsulları” daha çox elmi-tədqiqat məqsədlərinə yönəlik olacaq. Tomas əlavə edir: “Biz astronomiyaya, səmaya və onun gözəlliyinə baxmağı sevirik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 İyun 2025 07:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see271

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see207

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see191

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see180

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see156

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see148

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see147

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see146

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see140

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see139

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri