Icma.az
close
up
RU
Dünyanın ən dəqiq saatı satışa çıxarılır: 10 milyard ildə sadəcə 1 saniyə səhv edə bilər

Dünyanın ən dəqiq saatı satışa çıxarılır: 10 milyard ildə sadəcə 1 saniyə səhv edə bilər

Icma.az, News24 portalına istinadən məlumat yayır.

Yaponiyanın Kyoto şəhərindən olan "Shimadzu Corp" şirkəti unikal saatların satışına başlayıb. Saatların özəlliyi ondadır ki, 10 milyard ildə sadəcə bir saniyə səhv edirlər.

News24.az-ın xəbərinə görə, bu barədə "Bloomberg" nəşri məlumat verib.

Məlumata görə, bu, stronsium optik qəfəsdə dünyanın ilk kommersiya saatıdır. Bir ekzemplyarın qiyməti isə təxminən 3,3 milyon dollara çatır.

Cihaz xüsusi işıq dalğalarında saxlanılan atomların vasitəsilə vaxtı ölçür. Layihə Tokio Universiteti və Riken İnstitutu ilə birgə həyata keçirilib. Yeni saat dəqiqliyinə görə adi sezium atom saatlarını təxminən yüz dəfə üstələyir. Məhz sezium saatları indi saniyənin standartını təyin edir.

Satışlara dünən (5 mart - red.) başlanılıb. Şirkət üç il ərzində 10 belə cihaz buraxıb satmaq niyyətindədir. Həm Yaponiyada, həm də xaricdən alıcıların olacağı gözlənilir. Saat mürəkkəb elmi tədqiqatlar üçün nəzərdə tutulub.

"Shimadzu Corp" nümayəndələri bəyan ediblər ki, onların məhsulu bütün satış üçün olanlar sırasında ən dəqiqidir. Eyni zamanda, onlar əlavə ediblər ki, alimlər artıq daha təkmil modellərin yaradılması üzərində işləyirlər. /oxu.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://news24.az
archiveBu xəbər 09 Mart 2025 01:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see254

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see216

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see214

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see200

“Payız Əfsanələri 2025” İncəsənət Müsabiqəsi keçiriləcək FOTO

25 Oktyabr 2025 17:30see182

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see147

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see141

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see135

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see132

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see130

Çin sahillərində gəmilər toqquşdu 2 nəfər itkin düşdü

26 Oktyabr 2025 16:57see129

Qatıqla bağlı mif PUÇ OLDU

26 Oktyabr 2025 12:02see127

Turun mərkəzi oyununda sülh VİDEO

25 Oktyabr 2025 22:58see127

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see127

Yayda toz torpaq, qışda palçıq: Kənd camaatını bezdirən yol problemi

26 Oktyabr 2025 01:49see126

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see126

Bu insanlar qırmızı ət yeməyi azaltmalıdır

26 Oktyabr 2025 02:04see125

Ana və oğlu bir birindən xəbərsiz eyni gündə anju olunub

26 Oktyabr 2025 04:04see125

Alma sirkəsinin faydaları necə istifadə edək?

26 Oktyabr 2025 07:01see123

Misli Premyer Liqası: “Araz Naxçıvan” “Sabah”la üz üzə

25 Oktyabr 2025 09:32see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri