Icma.az
close
up
RU
Dünyanın ən gəlirli 20 idman komandası Siyahı

Dünyanın ən gəlirli 20 idman komandası Siyahı

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Ötən mövsüm dünyanın ən gəlirli 20 idman klubu ümumilikdə 4,5 milyard dollar əməliyyat mənfəəti əldə edib.
Yeniavaz.com
“Forbes” jurnalının açıqladığı reytinqə istinadən xəbər verir ki, bu komandalar arasında ən çox mənfəət əldə edən ABŞ-ın Milli Futbol Liqasında (NFL) çıxış edən “Dallas Cowboys” klubu olub.
NFL-də ardıcıl 30-cu ildir Super Kuboka çıxa bilməməsinə baxmayaraq, “Dallas Cowboys” maliyyə göstəricilərinə görə idman dünyasında hegemonluğunu qoruyur. Komandanın sahibi Cerri Consun rəhbərliyi altında “Dallas Cowboys” ötən mövsüm təxminən 629 milyon dollar mənfəət əldə edib. Bu nəticə komandanı ABŞ Milli Basketbol Assosiasiyasında (NBA) ikinci yerdə qərarlaşan “Golden State Warriors”dan (409 milyon dollar) 200 milyon dollardan çox, siyahıdakı digər klublardan isə təxminən 400 milyon dollar qabağa çıxarıb.
Hazırda 13 milyard dollar dəyəri ilə “Dallas Cowboys” təkcə ən gəlirli deyil, həm də dünyanın ən dəyərli idman komandasıdır.
Siyahıda NFL yeddi komanda ilə birinci, NBA isə altı komanda ilə ikinci yerdədir. Milli Xokkey Liqası (NHL) və İngiltərə Premyer Liqası hər biri üç klubla, “Formula 1” isə bir komanda ilə təmsil olunub.
NFL-də milli media hüquqları və sponsorluq müqavilələri klubların maliyyə dayanıqlığını xeyli artırır. “Forbes”in hesablamalarına görə, liqada orta komanda gəliri 662 milyon dollar, liqadan birbaşa pay isə 443 milyon dollar təşkil edib.
Avropa futbolunda isə sərt maliyyə nəzarətinin olmaması hətta nəhəng klubların belə zərərə düşməsinə səbəb olur. Məsələn, “Paris Saint-Germain” 2023–24 mövsümündə təxminən 111 milyon dollar itki ilə üzləşib.
Ən gəlirli 20 komanda arasında iki kluba sahib olan yeganə investor Sten Kronkedir. O, həm NFL-də “Los Angeles Rams”a, həm də İngiltərə Premyer Liqasında “Arsenal”a nəzarət edir. Hər iki klubun birgə əməliyyat mənfəəti 417 milyon dollar olsa da, bu göstərici belə “Dallas Cowboys”un nəticəsindən 200 milyon dollardan çox aşağıdır.
Dünyanın ən gəlirli 20 idman klubu:
“Dallas Cowboys” (NFL) – 629 milyon dollar
“Golden State Warriors” (NBA) – 409 milyon dollar
“Edmonton Oilers” (NHL) – 244 milyon dollar
“Los Angeles Rams” (NFL) – 244 milyon dollar
“Mercedes” (Formula 1) – 227 milyon dollar
“New England Patriots” (NFL) – 222 milyon dollar
“Atlanta Hawks” (NBA) – 203 milyon dollar
“Philadelphia 76ers” (NBA) – 203 milyon dollar
“Houston Rockets” (NBA) – 191 milyon dollar
“Toronto Maple Leafs” (NHL) – 191 milyon dollar
“Manchester United” (İngiltərə Premyer Liqası) – 185 milyon dollar
“Tottenham Hotspur” (İngiltərə Premyer Liqası) – 184 milyon dollar
“New York Rangers” (NHL) – 182 milyon dollar
“New York Giants” (NFL) – 181 milyon dollar
“New York Jets” (NFL) – 180 milyon dollar
“Las Vegas Raiders” (NFL) – 179 milyon dollar
“Arsenal” (İngiltərə Premyer Liqası) – 173 milyon dollar
“Los Angeles Lakers” (NBA) – 170 milyon dollar
“Chicago Bulls” (NBA) – 160 milyon dollar
“Houston Texans” (NFL) – 156 milyon dollar
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 11 Yanvar 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri