Icma.az
close
up
RU
Dünyanın ən hündür 20 binası açıqlandı Siyahı

Dünyanın ən hündür 20 binası açıqlandı Siyahı

Icma.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Dünyada ən hündür göydələnlərin inşası uğrunda rəqabət son onilliklərdə memarlıq sahəsinin ən diqqətçəkən tendensiyalarından birinə çevrilib.
Yeniavaz.com
xəbər verir ki, Dubayda yerləşən və 828 metr hündürlüyə malik “Bürc Xəlifə” hələ də dünyanın ən hündür binasıdır.
Onun ən yaxın rəqibi Malayziyanın paytaxtı Kuala Lumpurda yerləşən “Merdeka 118” göydələnidir. 679 metr hündürlüyündə olan bu göydələn liderdən təxminən 150 metr geri qalır.
Şaquli Şəhərsalma Şurasının 1 aprel 2026-cı il tarixinə açıqladığı siyahıya əsasən, dünyanın ən hündür 20 binasının böyük hissəsi Asiyada yerləşir. Xüsusilə Çin bu sahədə açıq üstünlük nümayiş etdirir və siyahıda digər ölkələrlə müqayisədə daha çox göydələnlə təmsil olunur.
Ekspertlər qeyd edir ki, Asiyanın bu sahədə liderliyi yeni deyil. Hələ 1998-ci ildə Kuala Lumpurda “Petronas Towers” istifadəyə veriləndə region qlobal liderliyə yüksəlmişdi.
Hazırkı reytinqdə ilk üçlüyə Dubay, Kuala Lumpur və Şanxay şəhərlərində yerləşən göydələnlər daxildir.
Dünyanın ən hündür 20 binası bunlardır:
“Bürc Xəlifə” (Dubay) – 828 metr;
“Merdeka 118” (Kuala Lumpur) – 679 metr;
“Şanxay Qülləsi” (Şanxay) – 632 metr;
“Məkkə Kral Saat Qülləsi” (Məkkə) – 601 metr;
“Ping An Maliyyə Mərkəzi” (Şencen) – 599 metr;
“Lotte Dünya Qülləsi” (Seul) – 554 metr;
“Dünya Ticarət Mərkəzi” (Nyu-York) – 541 metr;
“Guangzhou CTF Maliyyə Mərkəzi “(Quançjou) – 530 metr;
“Tianjin CTF Maliyyə Mərkəzi” (Tyantszin) – 530 metr;
“CITIC Qülləsi” (Pekin) – 528 metr;
“Taypey 101” (Taypey) – 508 metr;
“Şanxay Dünya Maliyyə Mərkəzi” (Şanxay) – 492 metr;
“Beynəlxalq Ticarət Mərkəzi” (Honq Konq) – 484 metr;
“Uhan Qrenlandiya Mərkəzi” (Uhan) – 475 metr;
“Mərkəzi Park Qülləsi” (Nyu-York) – 472 metr;
“Laxta Mərkəzi” (Sankt-Peterburq) – 462 metr;
“Vincom Landmark 81” (Hoşimin) – 461 metr;
“Birja 1062 (Kuala Lumpur) – 454 metr;
“Çansa IFS Qülləsi T1” (Çansa) – 452 metr;
“Petronas Əkiz Qüllələri” (Kuala Lumpur) – 452 metr.
Onu da bildirək ki, Azərbaycanda hazırda ən hündür bina “Baku Tower” göydələnidir. Bakı şəhərində, Heydər Əliyev prospektində yerləşən bu binanın hündürlüyü 276 metrdir və 49 mərtəbədən ibarətdir. Bina həm də Cənubi Qafqazın ən hündür tikilisi hesab olunur.
Onu da qeyd etmək lazımdır ki, “Sea Breeze” yaşayış və istirahət kompleksində “Cipriani Tower” adlı binanın tikiləcəyi elan olunub. Planlaşdırılan bu binanın hündürlüyünün 323 metr olacağı gözlənlilir.
Murad Məmmədov
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:127
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 28 Aprel 2026 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see327

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see325

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see318

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see308

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see304

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see300

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see299

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see271

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see270

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see264

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see260

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see258

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see256

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see250

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see247

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see245

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see244

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see208

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see207

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri