Icma.az
close
up
RU
Dünyanın ən güclü teleskopu Yer üçün təhlükəli asteroidi izləyəcək

Dünyanın ən güclü teleskopu Yer üçün təhlükəli asteroidi izləyəcək

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

NASA alimləri, planetimiz üçün potensial təhlükə yarada biləcək 2024 YR4 asteroidinin trayektoriyasını və fiziki xüsusiyyətlərini daha dəqiq müəyyənləşdirmək məqsədilə dünyanın ən güclü teleskoplarından biri olan “Ceyms Uebb” teleskopunu (JVST) bu obyektə yönəldəcək. SİA “The Independent” nəşrinə istinadla xəbər verir ki, sözügedən asteroid ilk dəfə 2024-cü ilin dekabrında kəşf edilib. İlkin hesablamalara əsasən, onun diametri 40 metrdən 90 metrə qədər dəyişir. Lakin onun Günəş sistemindəki trayektoriyası ilə bağlı yeni məlumatlar alimləri bu obyektin Yerlə toqquşma ehtimalını yenidən qiymətləndirməyə vadar edib. Mövcud hesablamalara görə, asteroidin 2028-ci ildə Yerə yaxınlaşması ehtimalı yüksəkdir, lakin onun trayektoriyası hələ də dəqiqləşdirilməlidir.

Alimlər asteroidin optik xüsusiyyətlərinə əsaslanan ölçülərin qeyri-müəyyən olduğunu bildirirlər. Ceyms Uebb” teleskopununun infraqırmızı diapazonda müşahidə aparmaq qabiliyyəti isə asteroidin istilik emissiyasını təhlil etməyə və onun real ölçüsünü daha dəqiq qiymətləndirməyə imkan verəcək. Bu tədqiqat çərçivəsində NASA, Avropa Kosmik Agentliyi (ESA) və Kanada Kosmik Agentliyi (CSA) birlikdə fəaliyyət göstərir. Teleskopun müşahidələri 2025-ci ilin mart ayında aparılacaq. Bu zaman asteroid teleskop üçün ən əlverişli mövqedə olacaq və müşahidələrin daha yüksək dəqiqliklə aparılmasına imkan yaradacaq. Məlumatların təhlili nəticəsində asteroidin trayektoriyası və fiziki xüsusiyyətləri ilə bağlı daha etibarlı proqnozlar vermək mümkün olacaq. Bu tədqiqatın nəticələri yalnız 2024 YR4 asteroidinin mümkün təhlükəsini qiymətləndirməyə deyil, həm də gələcəkdə potensial təhlükəli asteroidlərin aşkarlanması və müşahidəsi üçün metodologiyaların təkmilləşdirilməsinə töhfə verəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://sia.az
archiveBu xəbər 19 Fevral 2025 06:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see268

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see225

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see221

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see206

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see198

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see171

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see167

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see161

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see160

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see159

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see154

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see149

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see149

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see147

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see145

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see145

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see143

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri